09/09/2026
TƏBİB tərəfindən Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Praqramının icrasına əsasən,ana və uşaq sağlamlıqı sahəsində xidmət keyfiyyətinin artırılması,hamilə və zahı qadınlara,eləcədə azyaşlı uşaqlara göstərilən ev ziyarətlərinin(patronaj)müsir standartlar əsasında yenidən təşkili məqsədilə silsilə təlimlər keçirilir.
İlk Təlim Ağsu Rayon Mərkəzi Xəstəxanadında ilkin Səhiyyə xidmətlərində çalışan, tibb işçiləri üçün təşkil olunub.
Təlimdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının İSX-nın v.m.i.e. şöbə müdiri, kurator Vəfa Ağayeva, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı, təlimçi Gülçiçək Şəfiyeva və Qobustan Rayon Mərkəzi Xəstəxanasının İSX-nın müdiri, təlimçi Nərgiz Sadıqzadə iştirak edərək müvafiq mövzular üzrə təqdimatlar aparılıb.
Tədbir zamanı ana və uşaqların sağlamlığının qorunması,göstrilən tibbi xidmətlərin təşkili və müvafiq xidmətlərin düzgün icrası ilə bağlı müzakirələr edilib.Ana və uşaq sağlamlığı sahəsində xidmətlərin daha səmərəli təşkili və keyfiyyət göstəricisinin yüksəldilməsidir.