Ağstafa Rayon İcra Hakimiyyəti

Ağstafa Rayon İcra Hakimiyyəti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağstafa Rayon İcra Hakimiyyəti, Government Organization, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi/3, Akstafa.

05/09/2026

Ağstafada qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilib

Ağstafada qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilibGörüşdə Ağstafa RİH başçısı, Qazax...
05/09/2026

Ağstafada qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilib

Görüşdə Ağstafa RİH başçısı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayonu üzrə Təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin əməkdaşları həmçinin valideynlər iştirak ediblər. Görüşdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onlara xoş arzularını çatdıraraq gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. O, qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru müdiri Mədəd Zeynalov çıxış edərək bu il orta məktəbi bitirən şagirdlərdən 23 nəfərinin 600 baldan yüksək nəticə göstərdiyini bildirib. Ən yüksək nəticəni isə Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Qarayeva Selcan İmran qızı göstərdiyini, onun, 684 balla Azərbaycan Tibb Universitetinə qəbul olduğunu qeyd edib. Görüşdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıblar. Tələbələr isə öz növbələrində onlara göstərilən diqqətə və təbriklərə görə öz təşəkkürlərini bildirib, seçdikləri sahələr üzrə savadlı və ixtisaslı mütəxəssis olmaq üçün var gücləri ilə çalışacaqlarına söz veriblər. Tədbirin sonunda yüksək bal toplamış abituriyentlər rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatladırılıb. Onlara fəaliyyətlərində uğurlar arzulanıb.

Ağstafada vətəndaşların növbəti səyyar qəbulu Köçəsgər kəndində keçirilibAğstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymu...
04/09/2026

Ağstafada vətəndaşların növbəti səyyar qəbulu Köçəsgər kəndində keçirilib

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda məsul şəxslər və kənd sakinləri iştirak ediblər.
Səyyar görüşdə giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının bugünkü tərəqqisi və inkişafına xidmət edib. Ulu Öndər tərəfindən əsası qoyulan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında ildən-ilə güclənir, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir, eyni zamanda, bütün sahələrdə dinamik inkişafı, qüdrətli ordusu ilə regionda lider dövlətə çevrilib.
Vətəndaşların qaldırdıqları məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə müvafiq göstərişlər verilib.

Düzqışlaq kəndində növbəti səyyar qəbul keçirilibSeymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Düzqışlaq kəndində ...
03/09/2026

Düzqışlaq kəndində növbəti səyyar qəbul keçirilib

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Düzqışlaq kəndində keçirib. Qəbulda aidiyyəti üzrə məsul şəxslər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. RİH başçısı vətəndaşların müraciət və təkliflərini qəbul edib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlarını verib.

02/09/2026
28/08/2026

Ağstafada təhsil işçilərinin sentyabr konfransı keçirilib

“Bəzi yaşayış məntəqələrində qaz təchizatının dayandırılması barədə” Şəmkir Regional Qaz İstismar İdarəsi Ağstafa Xidmət...
27/08/2026

“Bəzi yaşayış məntəqələrində qaz təchizatının dayandırılması barədə” Şəmkir Regional Qaz İstismar İdarəsi Ağstafa Xidmət Sahəsinin məlumatı:

Köçəsgər AQPS-dən qidalanan yaşayış məntəqələrində yeni quraşdırılmış qaz tənzimləyicilərinin şəbəkəyə qoşulması, xidmət sahəsi tərəfindən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması, korroziyaya uğramış boruların əvəzlənməsi, daşıyıcı qaz xətti üzərində olan siyirtmələrdə əmələ gəlmiş sızmanın aradan qaldırılması üçün qaz təchizatının dayandırılması zərurəti yaranmışdır. Qeyd olunan işlərin yerinə yetirilməsi üçün 28.08.2026-cı il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Köçəsgər AQPS-dən (Köçəsgər, Tatlı, Köhnəqışlaq, Göycəli, Eynallı, Qırılı, Vurğun, Həsənsu, Aşağı Göycəli kəndləri-5590 abonent) qaz təchizatı dayandırılacaqdır.

Odur ki, nəzərə almağınızı Sizdən xahiş edirik.

Ağstafada təhsil işçilərinin sentyabr konfransı keçirilib.Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayonun təhsil işçiləri...
27/08/2026

Ağstafada təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, təhsil müəssisələrinin rəhbərləri, eləcə də rayonun təhsil işçiləri iştirak ediblər. İlk öncə iştirakçılar Mərkəzin önündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfrans işinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfransı giriş sözü ilə açan Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektorunun müdiri Mədəd Zeynalov hesabat məruzəsi ilə çıxış edib. 2025-2026-ci tədris ilində Ağstafa rayonu üzrə Təhsil sektorunun fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran əsas hədəfləri nəzərə çatdırıb Ağstafa RİH başçısı Seymur Orucov çıxışında yeni tədris ilində konfrans iştirakçılarına müvəffəqiyyətlər arzu edib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan, maddi-texniki bazanın gücləndirilməsindən, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısından söz açıb. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov 2025-2026-cı tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Konfrans ayrı-ayrı fənlər üzrə panel müzakirələrinin keçirilməsi ilə dava edib.

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunubAğstafa Ray...
25/08/2026

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub

Ağstafa Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının veteranı Abbasov Akif Abbas oğlunun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Bakı Dövlət Universitetinin (Qazax filialı) riyaziyyat kafedrasının müdiri Hüseyn Xəlilov, ailə üzvü Vaqif Abbasov, veteran partiyaçı Əli Əliyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıblar. Qeyd olunub ki, Akif Abbasov uzun illər partiya ideyalarının təbliği və ictimai fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm töhfələr verib. Ağstafa Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası tərəfindən yubilyara Fəxri Fərman və xatirə hədiyyələri təqdim edilib.
Sonra partiya veteranı Akif Abbasov çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu söyləyib. Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Ağstafada vətəndaşların növbəti səyyar qəbulu Aşağı Göycəli kəndində keçirilibAğstafa Rayon İcra Hakimiyyətinin başçısı ...
24/08/2026

Ağstafada vətəndaşların növbəti səyyar qəbulu Aşağı Göycəli kəndində keçirilib

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Aşağı Göycəli kənd tam orta məktəb binasında keçirilən növbəti səyyar qəbulda RİH başçısı aparatının və aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşların irəli sürdükləri müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunub, məsələlərin həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq göstərişlər verilib.

Address

Ağstafa şəhəri, Hüseyn Arif Küçəsi/3
Akstafa

Alerts

Be the first to know and let us send you an email when Ağstafa Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ağstafa Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share