Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu

Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, Government Organization, Ağstafa rayonu H. Əliyev pr. 10, Akstafa.

🇦🇿  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilm...
06/09/2026

🇦🇿 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Kurqanlar Vadisində “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 6” layihəsinin praktiki işləri aparılır.
İşlərin ilk mərhələsi çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərliyi altında arxeoloji tədqiqatların aparılacağı kurqanlar müəyyənləşdirilmiş və qazıntı sahələrində ilkin təşkilati işlər görülmüşdür.
Eyni zamanda, arxeoloji ekspedisiya üzvlərinin və yay məktəbi iştirakçılarının sahə şəraitində rahat, təhlükəsiz fəaliyyətini təmin etmək üçün ilk olaraq alaçıqlar qurulmuşdur. Bu alaçıqlar iştirakçıların iş və istirahət mühitinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır və sahə işlərinin sistemli şəkildə davam etməsinə imkan verir.
Hazırda layihə çərçivəsində arxeoloji qazıntıların, elmi tədqiqatların və praktiki təlimlərin keçirilməsi üçün lazımi infrastruktur qurulmuş və arxeoloji qazıntı işləri davam etdirilir.

🇦🇿  5 sentyabr 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət...
04/09/2026

🇦🇿 5 sentyabr 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və tərəfdaş elmi-mədəni qurumların birgə təşkilatçılığı ilə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi – VI” layihəsinə başlanılır.

https://keshikchidagh-heritage.az/az/content/17035

01/09/2026

🇦🇿 27 avqust 2026-cı il tarixində Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın müvafiq dövlət qurumları, elmi müəssisə və muzey-qoruqlarının nümayəndələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların əməkdaşlarının, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimlərinin, BDU və Xəzər Universitetinin müəllim, alim, magistrant və tələbələrinin iştirakı ilə “Ortaq İrs, Ortaq Gələcək: Türk Dünyasında Arxeoloji və Tarixi-Mədəni İrsin Qorunması, Tədqiqi və Təbliği” mövzusunda keçirilmiş beynəlxalq onlayn seminardan video görüntüləri təqdim edirik.

🇦🇿  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmi...
01/09/2026

🇦🇿 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritet istiqamətləri çərçivəsində regionlarda fəaliyyət göstərən mədəniyyət işçilərinin peşəkar kompetensiyalarının inkişaf etdirilməsi, idarəetmə və kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi, eləcə də əməkdaşların motivasiya və işgüzar potensialının artırılması məqsədilə motivasiya düşərgəsində iştirak edib

https://keshikchidagh-heritage.az/az/content/17010

🇦🇿  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilm...
31/08/2026

🇦🇿 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində həyata keçiriləcək “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 6” layihəsinə hazırlıq çərçivəsində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun gənc könüllüləri qoruğun inzibati binasında olmuşlar. Gənclər artefaktlarla, əvvəlki qazıntıların nəticələri və layihəyə dair videomateriallarla tanış olmuşlar.

https://keshikchidagh-heritage.az/az/content/16994

🇦🇿   ​Türk Dünyasının Arxeoloji və Tarixi-Mədəni İrsi Beynəlxalq Onlayn Seminarda Müzakirə Olunub.​27 avqust 2026-cı il ...
27/08/2026

🇦🇿 ​Türk Dünyasının Arxeoloji və Tarixi-Mədəni İrsi Beynəlxalq Onlayn Seminarda Müzakirə Olunub.

​27 avqust 2026-cı il tarixində Azərbaycan, Özbəkistan, Qazaxıstan, və Qırğızıstanın müvafiq dövlət qurumları, elmi müəssisələri və muzey-qoruqlarının nümayəndələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş qoruqların əməkdaşlarının, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimlərinin, Bakı Dövlət Universitetinin alim və magistrantları, Xəzər Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Ortaq İrs, Ortaq Gələcək: Türk Dünyasında Arxeoloji və Tarixi-Mədəni İrsin Qorunması, Tədqiqi və Təbliği” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.
​Zoom platforması üzərindən baş tutan tədbir Türk dünyasının zəngin arxeoloji və tarixi irsinin qorunması, tədqiqi və müasir yanaşmalarla təbliği sahəsində təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.
​Seminar "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş elmi işçisi, BDU-nun dosenti Yunis Nəsiblinin moderatorluğu ilə baş tutub.
​Tədbir iki əsas bölmə çərçivəsində tərəfdaş ölkələrin mütəxəssislərinin məruzələri ilə davam edib. I bölmədə
​Azərbaycandan Musa Mursaquliyev (Keşikçidağ DTMQ-nin direktoru) — “Arxeoloji tədqiqatdan mədəni irsin təbliğinə: Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi təcrübəsi”
​Özbəkistandan Ruzimurotova Safura Şamuratovna ("Səmərqənd" Dövlət Muzey-Qoruğu) — “Mədəni irsin qorunmasında çöl tədqiqatlarının əhəmiyyəti”,
​Qazaxıstandan Dinara Sazanova ("Əzrət Sultan" Milli TMQ) — “Həzrət Sultan Türbəsini ziyarət edənlər: Türk xalqlarının ənənəvi ziyarət mədəniyyətinin təzahürü”,
​Qırğızıstandan Xayrullo İbaydullayev Xəbibullayeviç ("Süleyman-Too" Milli TA-Muzey Kompleksi) — “Süleyman-Too Türk dünyasının sakral (müqəddəs) mərkəzi kimi”, ​II bölmədə isə
​Azərbaycandan Pərviz Qasımov (AMEA Arxeologiya və Antropologiya İnstitutu) — “Keşikçidağ kurqanları”,
​Qırğızıstandan İshaq Egemnazarov Sardarbekoviç ("Süleyman-Too" Milli TA-Muzey Kompleksi) — “Çingiz Aytmatovun humanizmi: milli köklərdən ümumbəşəri dəyərlərə doğru”,
​Qazaxıstandan Nazerke Dulatova ("Əzrət Sultan" Milli TMQ) — “Yəsəvi Türbəsi: Ortaq irsin tədqiqi, qorunması və gələcək nəsillərə ötürülməsi”,
​Özbəkistandan Navbahor Qarşiyevna Daliyeva ("Səmərqənd" Dövlət Muzey-Qoruğu) — “"Səmərqənd" Dövlət Muzey-Qoruğunun ekspozisiyalarında nümayiş olunan "Kafirqala panosu" haqqında” adlı məruzələrlə çıxış ediblər.

​Keçirilən beynəlxalq seminar Türk dövlətləri arasında arxeologiya, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahəsində institusional əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də ortaq tarixi-mədəni irsin beynəlxalq müstəvidə daha geniş təbliği baxımından mühüm platforma rolunu oynayıb.

26/08/2026

🇦🇿 24 avqust 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları Tovuz rayonunda yerləşən Göytəpə Neolit yaşayış məskənini ziyarət ediblər.
Səfər zamanı qoruq əməkdaşları abidədə aparılan arxeoloji qazıntı və tədqiqat işləri ilə tanış olublar. Qazıntılara rəhbərlik edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov Göytəpənin tarixi, elmi əhəmiyyəti və tədqiqat nəticələri barədə məlumat verib. Səfərin sonunda qoruq əməkdaşları Göytəpədə aparılan tədqiqatlarla bağlı fikir və təəssüratlarını bölüşüblər.

https://keshikchidagh-heritage.az/az/content/16972

📢 BEYNƏLXALQ ONLAYN ELMİ SEMİNAR🌐 “Ortaq İrs, Ortaq Gələcək: Türk Dünyasında Arxeoloji və Tarixi-Mədəni İrsin Qorunması,...
25/08/2026

📢 BEYNƏLXALQ ONLAYN ELMİ SEMİNAR
🌐 “Ortaq İrs, Ortaq Gələcək: Türk Dünyasında Arxeoloji və Tarixi-Mədəni İrsin Qorunması, Tədqiqi və Təbliği”
📅 27 avqust 2026-cı il
🕑 Saat 14:00 — Azərbaycan vaxtı ilə
💻 Format: Zoom platforması üzərindən beynəlxalq onlayn seminar
🤝 Təşkilatçılar: 🇦🇿 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu
🇺🇿 “Səmərqənd” Dövlət Muzey-Qoruğu
🇰🇿 “Əzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu
🇰🇬 “Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi
🏛️ AMEA Arxeologiya və Antropologiya İnstitutu

🇺🇿 Özbək dili
📢 XALQARO ONLAYN ILMIY SEMINAR
🌐 “Umumiy meros, umumiy kelajak: Turkiy dunyoda arxeologik va tarixiy-madaniy merosni muhofaza qilish, tadqiq etish va targ‘ib qilish”
📅 2026-yil 27-avgust
🕑 Soat 14:00 — Ozarbayjon vaqti bilan
💻 Format: Zoom platformasi orqali xalqaro onlayn seminar
🤝 Tashkilotchilar:
🇦🇿 Ozarbayjon Respublikasi Madaniyat vazirligi huzuridagi Madaniy merosni muhofaza qilish, rivojlantirish va tiklash bo‘yicha Davlat xizmatining boshqaruviga berilgan Keşikçidağ davlat tarixiy-madaniy qo‘riqxonasi
🇺🇿 “Samarqand” davlat muzey-qo‘riqxonasi
🇰🇿 “Hazrati Sulton” milliy tarixiy-madaniy muzey-qo‘riqxonasi
🇰🇬 “Sulaymon-Too” milliy tarix-arxeologiya muzey majmuasi
🏛️ O‘zbekiston Milliy Fanlar Akademiyasi Arxeologiya va Antropologiya instituti

🇰🇿 Qazax dili
📢 ХАЛЫҚАРАЛЫҚ ОНЛАЙН ҒЫЛЫМИ СЕМИНАР
🌐 «Ортақ мұра, ортақ болашақ: Түркі әлеміндегі археологиялық және тарихи-мәдени мұраны қорғау, зерттеу және насихаттау»
📅 2026 жылғы 27 тамыз
🕑 Сағат 14:00 — Әзербайжан уақыты бойынша
💻 Форматы: Zoom платформасы арқылы халықаралық онлайн семинар
🤝 Ұйымдастырушылар:
🇦🇿 Әзербайжан Республикасы Мәдениет министрлігі жанындағы Мәдени мұраны қорғау, дамыту және қалпына келтіру жөніндегі мемлекеттік қызметтің басқаруына берілген Кешікшідаг мемлекеттік тарихи-мәдени қорығы
🇺🇿 «Самарқанд» мемлекеттік музей-қорығы
🇰🇿 «Әзірет Сұлтан» ұлттық тарихи-мәдени музей-қорығы
🇰🇬 «Сүлеймен-Тоо» ұлттық тарихи-археологиялық музей кешені
🏛️ Әзербайжан Ұлттық Ғылым Академиясының Археология және Антропология институты

🇰🇬 Qırğız dili
📢 ЭЛ АРАЛЫК ОНЛАЙН ИЛИМИЙ СЕМИНАР
🌐 «Жалпы мурас, жалпы келечек: Түрк дүйнөсүндөгү археологиялык жана тарыхый-маданий мурастарды коргоо, изилдөө жана жайылтуу»
📅 2026-жылдын 27-августу
🕑 Саат 14:00 — Азербайжан убактысы боюнча
💻 Форматы: Zoom платформасы аркылуу эл аралык онлайн семинар
🤝 Уюштуруучулар:
🇦🇿 Азербайжан Республикасынын Маданият министрлигинин алдындагы Маданий мурастарды коргоо, өнүктүрүү жана калыбына келтирүү боюнча Мамлекеттик кызматынын башкаруусуна берилген Кешикчидаг мамлекеттик тарыхый-маданий коругу
🇺🇿 «Самарканд» мамлекеттик музей-коругу
🇰🇿 «Азирет Султан» улуттук тарыхый-маданий музей-коругу
🇰🇬 «Сулайман-Тоо» улуттук тарых-археологиялык музей комплекси
🏛️ Азербайжан Улуттук Илимдер Академиясынын Археология жана Антропология институту

🇦🇿  24 avqust 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət ...
25/08/2026

🇦🇿 24 avqust 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları Tovuz rayonunda yerləşən Göytəpə Neolit yaşayış məskənini ziyarət ediblər.

Səfər zamanı qoruq əməkdaşları AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərovun rəhbərliyi ilə ərazidə aparılan arxeoloji qazıntı və tədqiqat işləri ilə tanış olub daha sonra isə qoruq əməkdaşlarına Göytəpə abidəsinin tarixi və elmi əhəmiyyəti, aparılan araşdırmaların nəticələri, aşkar olunan arxeoloji materiallar, həmçinin abidənin sənədləşdirilməsi və mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

https://keshikchidagh-heritage.az/az/content/16958

24/08/2026

🇦🇿 2022–2024-cü illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun Karvandərəsi kurqanlarında aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş skif tipli ox ucları haqqında elmi məqalə beynəlxalq Scopus indeksli “Qazaxıstan Arxeologiyası” jurnalında nəşr edilib. Müştərək hazılanmış məqalədə Son Tunc – Erkən Dəmir dövrünə aid bu tapıntıların forması, xüsusiyyətləri, xarakteriktikası hazırlanma texnologiyası, tərkibi və Azərbaycan ərazisindəki digər nümunələrlə oxşarlıqları araşdırılıb. Tədqiqat zamanı kurqanların dəfn kameralarından obsidian və tunc ox ucları, gil qablar, muncuqlar, tunc bilərzik, qızıl bəzəklər və at kəlləsi də aşkar edilib. Hazırladığımız video məhz Keşikçidağın Karvandərəsi ərazisində aparılan bu arxeoloji tədqiqatların nəticələrinə həsr olunub.

https://keshikchidagh-heritage.az/az/content/16951

Address

Ağstafa Rayonu H. Əliyev Pr. 10
Akstafa
0500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

0503547170

Alerts

Be the first to know and let us send you an email when Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share