Innovation and Digital Development Agency

Innovation and Digital Development Agency Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il fərmanı ilə yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin inkişaf meyllərinin gücləndirilməsinə xidmət edir. Innovation and Digital Development Agency was established according to the Decree of President of the Republic of Azerbaijan Ilham Aliyev dated October 11, 2021. Innovation and Digital D

evelopment Agency provides organization of activities in the field of digital transformation, formation of the local innovation environment, and to strengthen the development trends of the ecosystem in the country.

Azərbaycanda süni intellektin tətbiqi və bu sahədə insan kapitalının inkişafı istiqamətində mühüm əməkdaşlığa start veri...
30/05/2026

Azərbaycanda süni intellektin tətbiqi və bu sahədə insan kapitalının inkişafı istiqamətində mühüm əməkdaşlığa start verilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və OpenAI arasında imzalanmış Anlaşma Memorandumu ölkədə həm təhsil sahəsində süni intellekt həllərinin tətbiqini, həm də milli Sİ innovasiya ekosisteminin inkişafını nəzərdə tutur.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri təhsil sektorunu əhatə edir. Bu çərçivədə “Rəqəmsal məktəb” layihəsi üzrə hazırlanacaq süni intellekt əsaslı adaptiv öyrənmə platformasının 500 mindən çox şagird üçün yeni imkanlar yaratması nəzərdə tutulur. Platforma şagirdlərin bilik və bacarıqlarını qiymətləndirməyə, onların ehtiyaclarına uyğun fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə və öyrənmə prosesini daha effektiv şəkildə dəstəkləməyə imkan verəcək.

Təhsil istiqaməti ilə yanaşı, memorandum ölkədə süni intellekt üzrə innovasiya ekosisteminin gücləndirilməsini də hədəfləyir. Bu çərçivədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və OpenAI tərəfindən hakatonların, “Build Days” formatlı tədbirlərin, eləcə də strukturlaşdırılmış tədqiqat və inkişaf proqramlarının təşkili planlaşdırılır. Məqsəd yerli istedadların, tədqiqatçıların, startap və texnologiya icmalarının potensialını gücləndirmək, ölkədə süni intellekt sahəsində innovasiyaların inkişafını sürətləndirməkdir.

Təşəbbüs Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritet istiqamətlərinə uyğun olaraq həyata keçirilir. Bu əməkdaşlıq süni intellekt texnologiyalarının daha geniş tətbiqinə, innovasiya potensialının gücləndirilməsinə və Azərbaycanın Sİ əsaslı həllər üzrə regional mərkəz kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

28 May Müstəqillik Günüdür!Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın dövlətçilik ənənələrinin əsası qoy...
28/05/2026

28 May Müstəqillik Günüdür!

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın dövlətçilik ənənələrinin əsası qoyulmuşdur.

Bu gün müstəqilliyimizin və milli birliyimizin rəmzi kimi böyük önəm daşıyır.

✨Bayram sevincini birlikdə paylaşırıq!Bayram münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik. Bu mübarək günlərin hə...
27/05/2026

✨Bayram sevincini birlikdə paylaşırıq!

Bayram münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik. Bu mübarək günlərin hər bir ailəyə ruzi-bərəkət, sağlamlıq, rifah və əmin-amanlıq gətirməsini arzulayırıq.

Qurban bayramınız mübarək!🤲

🚀 WUF 13 çərçivəsində Pakistan İslam Respublikasının Pəncab vilayətini təmsil edən yüksək səviyyəli nümayəndə heyəti İnn...
25/05/2026

🚀 WUF 13 çərçivəsində Pakistan İslam Respublikasının Pəncab vilayətini təmsil edən yüksək səviyyəli nümayəndə heyəti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) rəsmi səfərdə olub.

🤝 Nümayəndə heyətinin tərkibində Pəncab vilayətinin Baş nazirinin süni intellekt və rəqəmsal transformasiya üzrə müşaviri Əli Mustafa Dar, xüsusi təşəbbüslər və siyasi məsələlər üzrə baş müşavir Təhmasib Mubascar, Azərbaycan Ticarət Evinin prezidenti Adeel S. Butt və investor Mustafa bin Talha iştirak ediblər.

💡 Görüş zamanı İRİA sədrinin müavini Şahin Əliyev və digər əməkdaşlar qonaqlarla süni intellekt, rəqəmsal transformasiya, innovasiya ekosisteminin inkişafı, süni intellekt əsaslı idarəetmə modelləri, rəqəmsal hökumət həlləri, rəqəmsal infrastruktur və gələcək əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparıblar.

🌐 Tərəflər Azərbaycan və Pakistan arasında innovasiya və texnologiya sahəsində strateji əməkdaşlığın inkişafı, bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də süni intellekt sahəsində gələcək tərəfdaşlıq perspektivlərini xüsusi vurğulayıblar.

📈 Görüş çərçivəsində İRİA-nın beynəlxalq əməkdaşlıq platforması kimi rolu, regional texnologiya tərəfdaşlığının gücləndirilməsi və rəqəmsal və çevik idarəetmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti də qeyd olunub.

🌐Azərbaycan startapları “Silicon Valley May Summit 2026” tədbirində “Global Startup Showcase” səhnəsində çıxış ediblər.🌎...
25/05/2026

🌐Azərbaycan startapları “Silicon Valley May Summit 2026” tədbirində “Global Startup Showcase” səhnəsində çıxış ediblər.

🌎Kaliforniyanın Sunnyvale şəhərində keçirilən və 300-dən çox startapı, minlərlə iştirakçını və investorları bir araya gətirən tədbir süni intellekt, fintex, kibertəhlükəsizlik və dərin texnologiyalar kimi əsas sahələri əhatə edib.

🧑‍💻“GOAL” proqramı çərçivəsində seçilən Azərbaycan startapları – “Glacies Biome”, “Bonfi”, “Recepta”, “Pixelfork” və “Pionero AI” – öz innovativ həllərini beynəlxalq investor və korporativ auditoriyaya təqdim ediblər.

📈Startaplar sərgi zonalarında nümayişlərdə və canlı təqdimatlarda iştirak edərək qlobal investisiya və tərəfdaşlıq imkanları əldə etməyə fokuslanıblar. Xüsusilə “Pionero AI” Showcase-in əsas səhnəsində xüsusi təqdimat imkanı qazanıb.

📡Bu iştirak Azərbaycan startaplarının qlobal ekosistemdə görünürlüyünü artıran və Silikon Vadisi ilə əlaqələri gücləndirən mühüm addım kimi qiymətləndirilir.

22/05/2026
🌏Yerli oyun studiyaları qlobal oyun sənayesinin ən nüfuzlu tədbirlərindən biri olan “Digital Dragons”da təmsil olunub.🐲“...
21/05/2026

🌏Yerli oyun studiyaları qlobal oyun sənayesinin ən nüfuzlu tədbirlərindən biri olan “Digital Dragons”da təmsil olunub.

🐲“Xsolla” tərəfindən təşkil olunan və İRİA-nın dəstəyi ilə üç yerli oyun studiyası – “CoolBears”, “PixelNodes” və “Darknight” - Polşanın Krakov şəhərində keçirilən və Avropanın aparıcı oyun inkişafı konfranslarından biri olan “Digital Dragons” tədbirində iştirak etmişdir.

📅17–19 may tarixlərində baş tutan konfrans çərçivəsində həmin studiyalar müxtəlif vörkşoplarda iştirak etmiş, öz layihələrini beynəlxalq auditoriyaya təqdim etmiş, həmçinin müxtəlif ölkələrdən olan investorlar, yayımçılar və potensial tərəfdaşlarla görüşlər keçirmişlər.

🤝Tədbir ərzində ümumilikdə 30-dan çox işgüzar görüş keçirilmiş, bu görüşlər nəticəsində studiyaların gələcək inkişafına töhfə verəcək yeni əməkdaşlıq imkanlarının formalaşması üçün zəmin yaranmışdır.

📱Bu iştirak bir daha göstərir ki, ekosistemin inkişafı yerli istedadların beynəlxalq imkanlarla birləşdirilməsi və qlobal əməkdaşlıq şəbəkəsinə inteqrasiyası ilə mümkündür.

19 may tarixində Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin (EEAS) siyasi məsələlər üzrə direktoru və Baş katibin mü...
20/05/2026

19 may tarixində Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin (EEAS) siyasi məsələlər üzrə direktoru və Baş katibin müavini Olof Skoogun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində olub.

Görüş çərçivəsində nümayəndə heyətinə Mərkəzin fəaliyyəti, tədris prosesi, həyata keçirilən layihələr, kibertəhlükəsizlik sahəsində təşkil olunan təlim proqramları, innovativ tədris metodologiyaları və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat təqdim edilib.

Eyni zamanda qonaqlara Azərbaycanın kibertəhlükəsizlik ekosistemi, rəqəmsal təhlükəsizlik sahəsində həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq imkanlarına dair təqdimat keçirilib.

Görüş zamanı kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin təşviqi və rəqəmsal dayanıqlılığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

📅15 - 17 May tarixlərində “SAGE & IDDA University Students Hackathon 2026” Azərbaycanın gənc innovatorlarını bir araya g...
20/05/2026

📅15 - 17 May tarixlərində “SAGE & IDDA University Students Hackathon 2026” Azərbaycanın gənc innovatorlarını bir araya gətirərək ideyaları real məhsula çevirmək üçün unikal platforma yaratdı.

📋279 müraciət arasından seçilən 21 komanda və 77 tələbə 3 günlük intensiv innovasiya marafonunda iştirak edərək real problemlər üzərində işləyib və öz MVP (minimal işlək məhsul) formalaşdırıb.

👨‍💻“UC Berkeley” nümayəndələri - Mark Searle və Elizabeth Saunders mentor qismində iştirak etdi. Onların beynəlxalq təcrübəsi iştirakçılara qlobal standartlarda düşünmək və həllər yaratmaq imkanı verdi.

👩‍💼Eyni zamanda yerli mentorlar və ekosistem nümayəndələri komandaları praktiki istiqamətləndirmə ilə dəstəklədi.

💵Hakaton yalnız yarışma deyil, davamlı inkişaf platforması kimi dizayn olunduğu üçün bu çərçivədə bütün aktiv iştirakçılara “SAGE Fundamentals Course” üzrə təqaüd imkanı təqdim edildi.

💡Bu gün burada doğulan ideyalar sabahın real məhsullarına çevriləcək.

🚀 Azərbaycanın startap ekosistemi qlobal bazarlara çıxış imkanlarını genişləndirməkdə davam edir.🤝 Agentliyimiz və Plug ...
18/05/2026

🚀 Azərbaycanın startap ekosistemi qlobal bazarlara çıxış imkanlarını genişləndirməkdə davam edir.

🤝 Agentliyimiz və Plug and Play tərəfdaşlığı çərçivəsində icra olunan goal proqramı çərçivəsində startaplarımız növbəti mühüm addımı atıblar. Plug and Play-in baş direktoru Saeed Amidi ilə keçirilən görüşdə sahibkarlarımız qlobal bazarlara inteqrasiya, startapların davamlı inkişafı və Silikon Vadisindəki geniş imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

📈 Bu cür strateji təşəbbüslər yerli startaplarımıza beynəlxalq təcrübəni öyrənmək, investorlarla birbaşa əlaqə qurmaq və innovasiya mühitinə inteqrasiya etmək üçün misilsiz fürsətlər yaradır. Görüşdə müzakirə olunan mövzular startaplarımızın növbəti böyümə mərhələsinə keçidi üçün yeni perspektivlər açır.

Address

M. K. Atatürk Prospekti 89/91, Baku
Bakı

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994123101400

Alerts

Be the first to know and let us send you an email when Innovation and Digital Development Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Innovation and Digital Development Agency:

Share