Azərpambıq ASK MMC

Azərpambıq ASK MMC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərpambıq ASK MMC, Government Official, İzmir küçəsi 14, Bakı.

21/08/2026

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin birinci yarısında yüksək artım və ixrac göstəriciləri nümayiş etdirib.

Daha ətraflı: https://lnkd.in/dg9Syb_n




Companies managed by AIH demonstrated strong growth and export performance in the first half of 2026.

Learn more: https://lnkd.in/dnkuThEz


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı 2026-cı ilin yanvar–iyun ayları üzrə göstəricilərə ...
31/07/2026

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı 2026-cı ilin yanvar–iyun ayları üzrə göstəricilərə əsasən, Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkəti "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft ixracının həcminə görə ilk beşlikdə qərarlaşıb. Cəmiyyətin ixrac həcmi 34 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,26% artım göstəricisidir.

22 İyul – Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edirik!Cəmiyyətin etibarlı informasiya il...
22/07/2026

22 İyul – Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrini təbrik edirik!
Cəmiyyətin etibarlı informasiya ilə təminatında, obyektiv və peşəkar jurnalistikanın inkişafında göstərdikləri fədakar fəaliyyətlərində hər bir mətbuat nümayəndəsinə tükənməz yaradıcılıq enerjisi və nailiyyətlər arzulayırıq.


34 illik təcrübə: Pambıqçılıqda uğurun əsasında etibarlı tərəfdaşlıq dayanırAğcabədi rayonunun Kəhrizli kənd sakini ferm...
10/07/2026

34 illik təcrübə: Pambıqçılıqda uğurun əsasında etibarlı tərəfdaşlıq dayanır
Ağcabədi rayonunun Kəhrizli kənd sakini fermer İntizar Nəcəfova "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC ilə müqavilə əsasında əməkdaşlıq edir. Cəmiyyət tərəfindən ona pambıq istehsalının bütün mərhələlərində – yüksək reproduksiyalı toxumla təminat, mineral gübrələr, bitki mühafizə vasitələri, kənd təsərrüfatı texnikası, aqrotexniki xidmətlər və mütəxəssis məsləhətləri göstərilir. Bu kompleks dəstək fermerin əkin sahələrində aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməsinə, nəticədə isə yüksək məhsuldarlığa nail olmasına şərait yaradır.
Artıq 34 ildir pambıqçılıqla məşğul olan İntizar Nəcəfova bu il 38 hektar sahədə pambıq becərir. Onun sözlərinə görə, yüksək məhsuldarlığın əldə olunmasının əsas şərtləri torpağın düzgün hazırlanması, keyfiyyətli toxumdan istifadə, suvarma, gübrələmə və bitki mühafizəsi tədbirlərinin aqrotexniki tələblərə uyğun həyata keçirilməsidir. Fermer bildirir ki, hər bir aqrotexniki əməliyyatın vaxtında yerinə yetirilməsi məhsulun həm keyfiyyətinə, həm də məhsuldarlığına birbaşa təsir göstərir.
İntizar Nəcəfova qeyd edir ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" pambıqçılığın inkişafı üçün yeni imkanlar yaradır. Onun fikrincə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər fermerlərin daha yüksək məhsuldarlığa nail olmasına, müasir aqrotexnologiyaların tətbiqinin genişlənməsinə və pambıq istehsalının səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)  “İxrac icmalı”nda ölkənin 2026-cı ilin yanvar-may ayl...
02/07/2026

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nda ölkənin 2026-cı ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixracı barədə məlumat təqdim edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-may aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixracı 29 milyon 600 min ABŞ dolları təşkil edib.

2025-ci ilin eyni dövründə Cəmiyyətin ixracı 17 milyon 300 min ABŞ dolları həcmində olub. Bu ilin qeyd olunan dövrü üzrə isə ixrac 12 milyon 300 min ABŞ dolları həcmində və ya 71,1% artıb.

26/06/2026
Sabirabadda pambıqçılığın inkişafına dair regional müşavirə keçirilibSabirabad rayonunda Azərbaycan Respublikası Prezide...
25/06/2026

Sabirabadda pambıqçılığın inkişafına dair regional müşavirə keçirilib

Sabirabad rayonunda Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində pambıqçılıq sahəsi üzrə müəyyən edilmiş hədəflərin icrasına həsr olunmuş regional müşavirə keçirilib.
Tədbirdə Prezident Administrasiyasının, aidiyyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, fermerlər, sahibkarlar və pambıqçılıq sektorunda fəaliyyət göstərən müəssisələrin rəhbərləri iştirak ediblər.
Müşavirədə “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Fəxri Mehdiyev çıxış etmişdir.
Qeyd olunmuşdur ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ölkədə pambıqçılığın inkişafına töhfə verən aparıcı aqrar-sənaye müəssisələrindən biri olaraq istehsaldan emala qədər bütün mərhələləri əhatə edən inteqrasiya olunmuş fəaliyyət modelini uğurla tətbiq edir. Müqaviləli əkin sistemi çərçivəsində fermerlərə göstərilən dəstək, müasir aqrotexniki xidmətlərin təşkili və məhsulun zəmanətli tədarükü sahənin dayanıqlı inkişafına xidmət edir.
Çıxış zamanı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq pambıqçılıqda məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, emal müəssisələrinin modernləşdirilməsi və əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat təqdim olunub.
Bildirilib ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən pambıq emalı müəssisələrinin texnoloji yenilənməsi, istehsal güclərinin artırılması, aqrotexniki parkın müasirləşdirilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir. Bu tədbirlər həm məhsulun keyfiyyətinin yüksəldilməsinə, həm də ixrac potensialının artırılmasına xidmət edir.
Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, qarşıdakı dövrdə pambıqçılıqdan tekstil sənayesinə qədər uzanan əlavə dəyər zəncirinin genişləndirilməsi, yeni investisiyaların cəlb olunması və regionlarda iqtisadi fəallığın artırılması əsas inkişaf istiqamətləri olaraq müəyyən edilmişdir.

Address

İzmir Küçəsi 14
Bakı
AZ1065

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+99412464921618

Alerts

Be the first to know and let us send you an email when Azərpambıq ASK MMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərpambıq ASK MMC:

Shortcuts

Share