20/08/2026
Mas-reslinq idman növü üzrə Cəbrayıl rayon turniri təşkil olunub.
📅 Turnir avqustun 20-də Biləsuvar rayonu 2 saylı Cəbrayıl qəsəbəsində yerləşən R. Xudiyev adına Minbaşılı kənd tam orta ümumtəhsil məktəbin ərazisində Cəbrayıl Rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Cəbrayıl rayon sektorunun təşkilatçılığı ilə yeniyetmələr (oğlanlar) arasında keçirilib.
✅️ Turnirin açılış mərasimində çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mayil Əliyev və Regional İdarənin Cəbrayıl rayon sektorunun baş məsləhətçisi Hüseyn Fətullayev iştirakçılara uğurlar arzu ediblər.
Gərgin mübarizə şəraitində keçən turnirdə 4 çəki dərəcəsi üzrə qaliblər müəyyən olunub.
👏Qaliblər Regional İdarənin diplom və medalları ilə təltif olunublar.