Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı

Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı "Dayaq" Vətən Müharibəsi Əlillərinə Kömək və Şəhid Ailərinə Dəstək Təşkilatı

26 iyun- Silahlı Qüvvələr Günü münasibəti ilə silahilı qüvvələrin bütün zabit və əsgər heyətini təbrik edir, Vətən namin...
26/06/2026

26 iyun- Silahlı Qüvvələr Günü münasibəti ilə silahilı qüvvələrin bütün zabit və əsgər heyətini təbrik edir, Vətən naminə bu müqəddəs və şəfərli xidmətində hər birinə uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan ordusu!

🇦🇿 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik!Bu əlamətdar gün dövlətçil...
14/06/2026

🇦🇿 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik!

Bu əlamətdar gün dövlətçiliyimizin möhkəmlənməsinin, sabitlik və inkişaf yolunun təməlinin qoyulduğu tarixi bir gündür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əldə olunan milli həmrəylik və qurtuluş ideyaları bu gün də ölkəmizin tərəqqisinin əsasını təşkil edir.

Xalqımıza daim əmin-amanlıq, firavanlıq və yeni uğurlar arzulayırıq.

🇦🇿 Milli Qurtuluş Günümüz mübarək!

Qurban Bayramı münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirildi27 may tarixində müqəddəs Qurban Bayramı münasibə...
28/05/2026

Qurban Bayramı münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirildi

27 may tarixində müqəddəs Qurban Bayramı münasibətilə şəhid ailələri və qazilərlə səmimi bayram görüşü təşkil olundu.

Benilüks Azərbaycanlıları Konqresi / Benelux Azerbaijanis Congress-in sədri hörmətli Elsevər Məmmədovun dəstəyi, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə keçirilən görüş çərçivəsində 50-dən artıq şəhid ailəsinə və qaziyə bayram sovqatları və qurban payları təqdim edildi.

Görüşün əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə mənəvi dəstək göstərmək, onların hər zaman dövlətimizin və xalqımızın diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirmək idi.

Tədbirin açılışında çıxış edən “Dayaq” təşkilatının sədr müavini Məcid Məmmədov iştirakçıları öz adından və Elsevər Məmmədovun adından salamlayaraq müqəddəs Qurban Bayramı münasibətilə səmimi təbriklərini çatdırdı. O qeyd etdi ki, şəhid ailələri və qazilər xalqımızın qürur mənbəyidir və onların sosial rifahı, mənəvi dəstəyi hər birimizin müqəddəs borcudur.

Daha sonra “Dayaq” təşkilatının sədri Qalib Əliyev şəhid ailələrinə və qazilərimizə xoş arzularını və bayram təbriklərini çatdırdı.

Görüş zamanı şəhid ailələri və qazilərlə səmimi söhbətlər aparıldı, onların qayğı və problemləri dinlənildi, eyni zamanda bayram sevincinin birlik və həmrəylik şəraitində paylaşılması təmin olundu. Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bayramlarımız xalqımıza əmin-amanlıq, birlik və bərəkət gətirsin.

28 May – Müstəqillik Günü yalnız tarix deyil, xalqımızın azadlıq ruhunun, milli iradəsinin və sarsılmaz dövlətçilik ənən...
28/05/2026

28 May – Müstəqillik Günü yalnız tarix deyil, xalqımızın azadlıq ruhunun, milli iradəsinin və sarsılmaz dövlətçilik ənənəsinin təntənəsidir. Bu müqəddəs gün Azərbaycan xalqının əsrlər boyu yaşatdığı azadlıq amalının zəfərə çevrildiyi şərəfli bir gündür.

“Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək " Təşkilatı olaraq, xalqımızı bu böyük və əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, hər bir vətəndaşımıza rifah, əmin-amanlıq və firavan gələcək arzulayırıq.

Bu gün Azərbaycan artıq yalnız regionun deyil, dünyanın diqqətlə izlədiyi, öz siyasi mövqeyi, güclü iqtisadiyyatı, qüdrətli ordusu və milli birliyi ilə seçilən müstəqil və suveren dövlətdir. Dövlətimizin beynəlxalq arenada söz sahibi olması, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə dalğalanması hər bir azərbaycanlının qürur mənbəyidir.

Müstəqil Azərbaycanın möhkəm təməlləri Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qurulmuş, dövlətçilik ideologiyası xalqımızın milli sərvətinə çevrilmişdir. Bu siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş, dünyada nüfuzu artmış, öz haqq səsini beynəlxalq tribunlardan qətiyyətlə bəyan edən qüdrətli dövlətə çevrilmişdir.

Bu gün qalib xalqın nümayəndələri olaraq müstəqilliyimizin dəyərini daha dərindən anlayır, dövlətimizə və ordumuza sonsuz qürur hissi keçiririk. Azərbaycanın sabahı güclü dövlətçilik, milli birlik və vətən sevgisi üzərində daha böyük zəfərlərə doğru inamla addımlayır.

Yaşa, qüdrətli, müstəqil və sarsılmaz Azərbaycan!

🇦🇿🌙 Müqəddəs Qurban Bayramınız Mübarək! 🌙🇦🇿“Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək” təşkilatı adından xa...
27/05/2026

🇦🇿🌙 Müqəddəs Qurban Bayramınız Mübarək! 🌙🇦🇿

“Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək” təşkilatı adından xalqımızı Müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirik.

Bu müqəddəs bayramın hər bir ailəyə:
🤍 sağlamlıq,
🤍 ruzi-bərəkət,
🤍 həmrəylik və
🤍 mənəvi rahatlıq gətirməsini arzulayırıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 🇦🇿

Qurban Bayramınız mübarək olsun! 🕌🐑

🇦🇿 Heydər Əliyevin 103 illiyi münasibətilə Ulu Öndərin zəngin dövlətçilik irsini dərin ehtiramla yad edirik.Heydər Əliye...
10/05/2026

🇦🇿 Heydər Əliyevin 103 illiyi münasibətilə Ulu Öndərin zəngin dövlətçilik irsini dərin ehtiramla yad edirik.

Heydər Əliyev hər zaman ictimai təşkilatların və vətəndaş cəmiyyətinin inkişafına xüsusi önəm verib. Bu gün ölkəmizdə ictimai birliklərin güclənməsi məhz həmin siyasətin uğurlu nəticəsidir.

"Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək " təşkilatı olaraq Ulu Öndərin ideyalarına sadiq qalaraq cəmiyyətimizə xidmət etməyə davam edirik.

Bu gün Azərbaycan Ordusunun fəxri, düşmənin vahiməsi olan Xüsusi Təyinatlı Qüvvələrin yaranmasından 27 il ötür.30 aprel ...
30/04/2026

Bu gün Azərbaycan Ordusunun fəxri, düşmənin vahiməsi olan Xüsusi Təyinatlı Qüvvələrin yaranmasından 27 il ötür.

30 aprel 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə qurulan XTQ, 27 ildə bir dastana döndü:

Aprel döyüşlərindən Tovuzadək...
Vətən müharibəsində Füzulidən Şuşayadək...
Harda "mümkünsüz" dedilər, siz "Vətən sağ olsun" deyib keçdiniz.

36 Vətən Müharibəsi Qəhrəmanı.
2 "Zəfər" ordeni. 57 "Qarabağ" ordeni.
Amma ən böyük ordeniniz — milyonların ürəyindəki yerinizdir.

Başda general-polkovnik Hikmət Mirzəyev olmaqla, gecəsi-gündüzü olmayan, dağda-daşda Vətən keşiyində duran bütün XTQ qardaşlarımızı ürəkdən təbrik edirik!

Bu yolda canını fəda edən şəhidlərimizin qarşısında baş əyirik. Ruhunuz şad, məkanınız cənnət olsun!

QƏHRƏMANLARIMIZIN GÜNÜ MÜBARƏK!

https://president.az/az/articles/view/72199
29/04/2026

https://president.az/az/articles/view/72199

Sizin ümumbəşəri amalların təşəkkül tapması, xalqlar arasında qarşılıqlı vəhdətin və sülhün bərqərar edilməsi yolunda səyləriniz çox yaxşı nəticələr verir və hər zaman təqdir olunmaqdadır. Bu mühüm fəaliyyətinizə görə Sizin növbəti mükafatla təltif olunm...

“Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı adından şəhid anaları və xanımları başda olmaqla ...
08/03/2026

“Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı adından şəhid anaları və xanımları başda olmaqla bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

Onlara möhkəm cansağlığı, səbir, xoşbəxtlik və firavan həyat arzulayırıq.

“Dayaq” – Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmə...
22/02/2026

“Dayaq” – Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov və təşkilatın üzvləri tədbirdə iştirak etdi.

Azərbaycan Kikboksinq Federasiyası və Xocalı İdman Klubunun təşəbbüsü ilə təşkil olunan “Xocalıya Ədalət – Xocalı Kuboku VII” turnirinin açılış mərasimi Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutdu.

Tədbir 21 fevral 2026-cı il tarixində keçirildi və müxtəlif qurumların nümayəndələri, idman ictimaiyyəti, həmçinin şəhid ailələri və qazilər bu mərasimdə bir araya gəldilər. Rəsmi hissədə Dövlət Himni səsləndirildi, Vətən uğrunda canını fəda edənlərin xatirəsi dərin ehtiramla yad edildi.

Yarışın keçirilməsi Xocalı faciəsi qurbanlarının unudulmamasına xidmət etməklə yanaşı, gənclər arasında vətənpərvərlik və sağlam həyat tərzinin təbliğinə də töhfə verdi.

Address

Əhməd Rəcəbli 3
Bakıxanov
AZ1033

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125251816

Alerts

Be the first to know and let us send you an email when Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı:

Shortcuts

Share