04/09/2026
Kollecimizin əməkdaşı Xəyalə Xanbaba qızı müasir təhsilin əsas çağırışlarından biri olan süni intellektin təhsil prosesində tətbiqi ilə bağlı fikirlərini AZƏRTAC-a verdiyi müsahibədə bölüşüb.
Müsahibədə süni intellektin qadağan edilməsindən daha çox, onun etik, təhlükəsiz və səmərəli istifadəsinin tənzimlənməsinin vacibliyi vurğulanıb. Xəyalə xanım həmçinin rəqəmsal savadlılığın artırılması, şagirdlərdə tənqidi düşünmə və müstəqil problem həll etmə bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Əməkdaşımızın müasir təhsilin inkişafı və innovativ texnologiyaların tətbiqi ilə bağlı fikirlərinin AZƏRTAC-da işıqlandırılması kollektivimiz üçün qürurverici hadisədir. 👏
Xəyalə Xanbaba qızını bu uğuru münasibətilə təbrik edir, fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!
📌 Müsahibə ilə daha ətraflı tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın bütün sahələrinə, o cümlədən təhsil sisteminə ciddi təsir göstərir. Bu, eyni zamanda, təhsil ictimaiyyəti qarşısında mühüm sualı gündəmə gətirir: süni intellekt texnologiyalarından düzgün və məsuliyyə...