28/03/2026
İSTƏYİNİZ
Gələsən dostum olub, xiridara dönəsən
Yazılan hər sözün mənasını sən böləsən
Dərinə meyl edərək baş verəni,görəsən
Baxın, mənə məhz onda gələr istəyiniz
Çörəyi mən verirəm Tanrı deyən ünvanına
Mən onu çatdırırm,gedənəm həm yanına
Duasın mən edərəm,hər kəsin ad- sanına
Sizdə edin,mənə məhz onda gələr istəyiniz
Dünynın ləzzətini almaq üçün müdrik olun
Yalanla böhtana siz fikirləşin bir son qoyun
Şərəf ilə xalqına,həm millətin qanına dolun
Əməl edin,mənə məhz onda gələr istəyiniz
Hacı Rafiq dedi ki,bir olub yükü biz qaldırarıq
Anadan əmdiyimiz o sudü sizə biz qandırarıq
Qeyrətidə,namusuda, hər kəsə biz andırarıq
Başa salsan,mənə məhz onda gələr istəyiniz
Görəsən bəs niyə bu, fikri kənar yolundadır
Xəbəri yoxdu onun sonu yox bir, oyundadır
Udacaq udmayacaqdı,bu yolun sonundadır
Sonunu de,mənə məhz onda çatar istəyiniz.