Baktelecom

Baktelecom “Bakı Telefon Rabitəsi” MMC

"Bakı Telefon Rabitəsi" MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.

Abunəçilərimizin nəzərinə!“Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) AZCON Holding şirkətlərindən olan “Aztelekom” M...
06/03/2026

Abunəçilərimizin nəzərinə!

“Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-yə birləşməsi ilə bütün xidmət və dəstəklə bağlı müraciətlərinizi Aztelekom-un rəsmi kanallarına ünvanlamağınız xahiş olunur.

🔗 aztelekom.az
📞 170 Çağrı Mərkəzi

📢 Hörmətli müştərilər,15.03.2026-cı il tarixindən etibarən "Bakı Telefon Rabitəsi" MMC-yə ("Baktelecom") aid bütün ödəni...
05/03/2026

📢 Hörmətli müştərilər,

15.03.2026-cı il tarixindən etibarən "Bakı Telefon Rabitəsi" MMC-yə ("Baktelecom") aid bütün ödənişlərinizi edərkən "Aztelekom"u seçməyiniz xahiş olunur.

2025-ci ildə “Bakı Telefon Rabitəsi” MMC-nin AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC-yə birləşdirilməsi səbəbindən "Bakı Telefon Rabitəsi" MMC-yə məxsus abunə xidmətləri və ödəniş prosesləri "Aztelekom"un səlahiyyətində olacaq.

💳 Ödəniş üsulları:
Onlayn: Million.az, Smartpay.az, Expresspay.az, Hesab.az, Payments.az🌐
Ödəniş terminalları ilə: Milliön, eManat, Ekspresspay 🏧
Mobil tətbiqlərlə: M10, Mpay, bank tətbiqləri 📱
Ənənəvi üsulla: Poçt, banklar və rabitə xidmət mərkəzləri ✉️

🔗 www.aztelekom.az
📞 170 Çağrı Mərkəzi

Address

Tbilisi Pr. 107
Baku-Baladshary
1122

Alerts

Be the first to know and let us send you an email when Baktelecom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Baktelecom:

Share

Tarixçə

1881-ci ildən bəri uzun tarixi yol keçmiş şirkətin ilk telefon xətti 6 km təşkil edib, 1886-cı ildə isə Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 40 telefon istifadəçisi olub.

Müasir dünyada internetin əvəzolunmaz rolu və ölkəmizdə internetə artan tələbatın nəticəsi olaraq, 2001-ci il may ayının 10-da “Bakı Telefon Rabitəsi” MMC-nin internet provayderi olan “Bakİnternet”in əsası qoyulub və şirkət genişzolaqlı internet xidmətləri təqdim etməyə başlayıb.

"Bakı Telefon Rabitəsi" MMC-nin göstərdiyi telekommunikasiya xidmətləri ən son yeni nəsil şəbəkə texnologiyası əsasında yüksək standartlara uyğun səviyyədə təşkil edilib. Şirkət müştərilərini hər zaman razı salmaq və ən yaxşı xidməti təqdim etmək üçün davamlı olaraq təkmilləşmə işləri aparır. Bakı şəhərində telekommunikasiya infrastrukturu mövcud olmayan yeni tikilmiş yaşayış binaları, eləcə də yeni salınmış yaşayış məskənləri ən müasir müvafiq infrastruktur ilə təmin olunur.

Hüquqi və fiziki şəxslərə göstərdiyi xidmətlərlə yanaşı “BTR” MMC sosial layihələrə də böyük önəm verir, bu səbəbdən də 2017-ci ilin mart ayından başlayaraq Bakı şəhərindəki istirahət parkları və bağlarda İctimai internet xidmətini təmin etməyə başlayıb. Hazırda 17 məkanda İctimai internet xidməti fəaliyyət göstərir və bu vaxta qədər milyonlarla istifadəçi pulsuz internetdən istifadə edib.