Ramin Məmmədov

Ramin Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri TƏLTİFLƏR
1.

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 2017-ci il 18 noyabr tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı
2. Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 2012-ci il 06 iyul tarixli Sərəncamı ilə "DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏYƏ GÖRƏ" medalı

TƏHSİL
*İnkişafda olan Liderlər (xüsusi proqram)
Harvard Universiteti Kennedi Dövlət İdarəetmə Məktəbi
*Beynəlxalq münasibətlər üz

rə magistr dərəcəsi (fərqlənmə diplomu)
Bakı Dövlət Universiteti
*Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi (fərqlənmə diplomu)
Bakı Dövlət Universiteti

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında əsrlər boyu formalaşmış birgəyaşayış və qarşılıqlı hörmət mühitini...
20/08/2026

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında əsrlər boyu formalaşmış birgəyaşayış və qarşılıqlı hörmət mühitini, tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” qısametrajlı sənədli filmi beynəlxalq festivallarda və kino platformalarında uğurla təqdim olunur.
Belə ki, film 29-cu “Religion Today” Film Festivalının rəsmi seçiminə daxil edilib. “Harmoniya”nın Avropa premyerası 20 sentyabr 2026-cı ildə İtaliyanın Trento şəhərində keçiriləcək.
Qeyd edək ki, “Harmoniya” sənədli filmi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsidir.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/harmoniya-senedli-filmi-beynelxalq-festivallarda-numayis-olunacaq

Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edir, fəaliyyət...
18/08/2026

Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.


17/08/2026

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsi respublikamızın cənub və aran bölgələrini əhatə edən rayon və şəhərlərdə davam etdirilib.
Bu mərhələdə Lənkəran, Astara, Lerik, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar və Neftçala rayonlarının bir sıra məscidlərinə kitablar təqdim olunub.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/her-mescidde-kitabxana-layihesi-davam-etdirilir-1



İslam dini hansı şəraitdə və hansı səbəblərdən sürətlə yayılmağa başladı?İslamın yayılması ilə bağlı hansı yanlış təsəvv...
14/08/2026

İslam dini hansı şəraitdə və hansı səbəblərdən sürətlə yayılmağa başladı?
İslamın yayılması ilə bağlı hansı yanlış təsəvvürlər mövcuddur?

APA TV-də yayımlanan “İman” proqramının “İslamın yayılma səbəbləri” mövzusuna həsr edilmiş buraxılışını “YouTube” kanalımızdan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=OiNnXbjqNgg

13/08/2026

"İman" proqramının növbəti buraxılışı "İslamın yayılma səbəbləri" mövzusuna həsr olunub.
Proqramın qonağı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafadır.
Buraxılışı 13 avqust saat 19:30-da APA TV-nin efirində və "YouTube" kanalında izləyə bilərsiniz.

12/08/2026

Avqustun 5-6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Lənkəranda keçirilən “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusundakı seminar-treninqdən




Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda...
12/08/2026

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda imam, imam müavini, dini ayinlərin icraçısı – müəzzin vəzifələri üzrə vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.
Müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2026-cı il saat 9:00-dan 11 sentyabr 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] ünvanına və ya AMIN informasiya sistemi (amin.gov.az) vasitəsilə, yaxud kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16. AZ 1001) təqdim edə bilərlər.

Ətraflı: https://scara.gov.az/az/xeber/media/xeberler/islam-dinine-aid-ibadet-yerlerinde-vakant-vezifelerin-tutulmasi-ucun-musahibe-elan-edilir-1

11/08/2026

"Amin" proqramının 13 avqust tarixində yayımlanacaq buraxılışında "İmam olmaq məsuliyyəti" mövzusunda müzakirələr aparılacaq. Proqramın qonağı Sumqayıt şəhəri "Ceyhun xanım və Hacı Əhməd" məscidinin imamı Ziyad Hüseynov mövzu ilə əlaqədar fikirlərini bölüşəcək.

İslamda valideynə hörmət niyə Allaha ibadətdən dərhal sonra qeyd olunur?Valideynlə fikir ayrılığı yarananda İslam hansı ...
07/08/2026

İslamda valideynə hörmət niyə Allaha ibadətdən dərhal sonra qeyd olunur?
Valideynlə fikir ayrılığı yarananda İslam hansı davranışı tövsiyə edir?
Müasir dövrdə valideyn-övlad problemləri hansılardır?

APA TV-də yayımlanan “İman” proqramının “Valideynə hörmət-İslam nə deyir?” mövzusuna həsr edilmiş buraxılışını “YouTube” kanalımızdan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=0PttKBBNRs0

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Ramin Məmmədov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ramin Məmmədov:

Shortcuts

Share