JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi

  • Home
  • Azerbaijan
  • Baku
  • JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi Birliyin əsas məqsədi jurnalistikanın inkişafına dəstək olmaqdır. Birliyin əsas məqsədi jurnalistikanın inkişafına dəstək olmaqdır!

JSİD məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri icra edir:

-jurnalistikanın inkişafı sahəsində dövlət tərəfindən keçirilən tədbirləri təbliğ etmək;
-jurnalistlərin biliklərinin və peşə bacarıqlarının artırılmasına dəstək olmaq;
-bu istiqamətdə maarifləndirmə işləri aparmaq və müvafiq sahədə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək. JSİD-in əsas prioritetləri:

-elmi araşdırmalar aparır, mü

xtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək,
-ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif QHT-ləri, regional və beynəlxalq qurumlarla əlaqələr qurmaq, eləcə də onlarla birgə layihələr icra etmək,
-məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayaraq, qanunvericiliyə müvafiq qaydada çap mediası təsis etmək,
-Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq.

05/09/2026

"EMEDIA GROUP"-un təşkilatçılığı ilə "GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK" layihəsi çərçivəsində Qan Xərçəngi ilə mübarizə gününə həsr olunan tədbir🎥-VİDEO

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, tanınmış telejurnalist-aparıcı Günel Gözəlo...
03/09/2026

JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, tanınmış telejurnalist-aparıcı Günel Gözəlova 4 Sentyabr – Ümumdünya Leykemiya (Qan Xərçəngi) ilə Mübarizə Günü münasibətilə keçirilən tədbirin moderatoru olub

"EMEDIA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə "GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK" layihəsi çərçivəsində maarifləndirici konfrans keçirilib.

Tədbirin əsas məqsədi leykemiya ilə bağlı ictimai məlumatlılığın artırılması, erkən diaqnostikanın və vaxtında müalicənin əhəmiyyətinin vurğulanması, həmçinin xəstəliklə mübarizə aparan şəxslərə və onların ailələrinə mənəvi dəstək göstərilməsidir. "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev bildirib ki, layihə çərçivəsində cəmiyyətdə leykemiya ilə bağlı maarifləndirmənin gücləndirilməsi, erkən diaqnostikanın təşviqi və xəstəliklə mübarizə aparan insanların və onların ailələrinin mənəvi dəstəklənməsi əsas prioritetlərdəndir.

Konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həkimlər, səhiyyə mütəxəssisləri, media nümayəndələri, leykemiyadan əziyyət çəkən uşaqların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda leykemiyanın yalnız tibbi deyil, həm də ciddi sosial və mənəvi mübarizə olduğu vurğulanıb, ailə və cəmiyyət dəstəyinin əhəmiyyəti qeyd edilib.

Konfransda "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev, "Leykemiya ilə Mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırova, Milli Məclisin deputatları Müşfiq Məmmədli və Günay Ağamalı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və digər nümayəndələr çıxış ediblər.

Konfransın əsas məqamlarından biri "Alioğlu Media Group" tərəfindən hazırlanmış "GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK" sosial-maarifləndirici videoçarxının təqdimatı olub. Real həyat hadisələrindən ilhamlanaraq ərsəyə gətirilən videoçarx leykemiya ilə mübarizədə ümidin, iradənin və həyata inamın gücünü əks etdirir.

Videoçarxda leykemiyaya qalib gəlmiş şəxsin obrazını aktrisa Ayşən Abdürəhmənova, onun uşaqlıq dövrünü isə hazırda leykemiya ilə mübarizə aparan balaca Ahu canlandırıb.

Layihənin ideyası və yaradıcı prosesi barədə "Alioğlu Media Group"un rəhbəri Amil Ali məlumat verib.

Konfrans zamanı leykemiyadan əziyyət çəkən uşaqların valideynlərinin üzləşdiyi çətinliklər, ailə dəstəyinin əhəmiyyəti və uşaqların mənəvi-psixoloji dəstəyə ehtiyacı müzakirə olunub.Yeni Klinikanın Hematologiya və Sümük İliyi Transplantasiyası şöbəsinin müdiri Sevil Cəlilova və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-terapevti Vüsalə Məmmədova leykemiyanın müalicəsi, erkən diaqnostika və reabilitasiya məsələləri barədə çıxış ediblər.

  - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür🇦🇿Dilimiz milli kimliyimizdir, onu qorumaq hər bir azərbaycanlının vic...
01/08/2026

- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür🇦🇿Dilimiz milli kimliyimizdir, onu qorumaq hər bir azərbaycanlının vicdan borcudur!

22/07/2026

22 İyul - Milli Mətbuat Günü🇦🇿🇦🇿🇦🇿

Kontakt Home❤️ dəvəti ilə JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, telejurnalist-apa...
16/07/2026

Kontakt Home❤️ dəvəti ilə JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin Sədri, telejurnalist-aparpcı Gunel Gozelova "Zəfərdən inkişafa" Media təlimində iştirak edib🇦🇿

28/06/2026

28 İyun - Azərbaycan Milli Mətbuatının yaradıcısı Həsən bəy Zərdabinin anadan olmasının 189-cu ilidir.

04/06/2026

4 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür. Həmkarlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik.

Allah rəhmət eləsin!

15/05/2026
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür📚
23/04/2026

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür📚

17/04/2026

Address

Üzeyir Hacıbəyli Küç, 72
Baku
AZ1000

Telephone

+994502540294

Website

Alerts

Be the first to know and let us send you an email when JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to JSİD - Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyi:

Shortcuts

Share