Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti / State Border Service of the Republic of Azerbaijan

01/08/2026
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdırDövlət sərhədinin etibarlı mühafizəsinin təmin edil...
28/07/2026

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edirik. Peşəkar media cəmiyy...
22/07/2026

22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edirik.

Peşəkar media cəmiyyətin inkişafında, ictimai rəydə şəffaflığın və obyektivliyin təmin olunmasında mühüm rol oynayır.

Bu yolda fədakar əməyiniz, informasiya təhlükəsizliyinə, vətəndaş maarifləndirilməsinə verdiyiniz töhfələr təqdirəlayiqdir.

Sizə şərəfli və məsuliyyətli işinizdə uğurlar, möhkəm cansağlığı, daim obyektivlik və yeni-yeni nailiyyətlər arzulayırıq.


22/07/2026

“Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində növbəti “Çevikçi” kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlə...
22/07/2026

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində növbəti “Çevikçi” kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunmuşdur.

Tədbirin rəsmi hissəsindən əvvəl hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu ordu quruculuğu siyasətindən, hərbi qulluqçuların peşəkarlığının, döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən geniş danışılmışdır.

Bildirilmişdir ki, dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xüsusi rol oynayan çevik bölmələrin şəxsi heyəti dövlətə, xalqa, Ali Baş Komandana sonsuz sədaqət nümayiş etdirərək, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirir, Azərbaycanın sərhəd təhlükəsizliyinin və milli maraqlarının qorunmasına layiqli töhfə verir.

Beretləri böyük qürur hissi ilə qəbul edən hərbi qulluqçular göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Çevikçilər Vətənə, xalqa və Dövlət Bayrağına, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, dövlət sərhədlərimizin toxunulmazlığının və ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün hər an döyüşə hazır olacaqlarına, bu müqəddəs amal uğrunda canlarını və qanlarını əsirgəməyəcəklərinə and içmişlər.

Tədbirin sonunda şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilmişdir.

15/07/2026

Dövlət Sərhəd Xidmətinin Akademiyasında magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.

Magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdirDövlət Sərhəd Xidmətinin Akademiy...
15/07/2026

Magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin Akademiyasında magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.

Tədbirdən əvvəl iştirakçılar Akademiyada yerləşən “Heydər Əliyev guşəsi”ni ziyarət etmiş, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzmüşlər.

Döyüş Bayrağının mərasim yerinə gətirilməsindən sonra Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin sərhəd mühafizəsi sisteminin davamlı inkişaf etdiyini, Dövlət Sərhəd Xidmətinin Akademiyasında isə peşəkar və hərtərəfli hazırlığa malik zabit kadrlarının yetişdirilməsi üçün zəruri şəraitin yaradıldığını, bu sahəyə daim böyük önəm verildiyini qeyd etmişlər.

Bildirilmişdir ki, Akademiyanın magistratura pilləsinin məzunları təhsil müddəti ərzində nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnərək peşəkar sərhədçi zabit kimi formalaşmış, dövlət sərhədlərinin etibarlı mühafizəsi işinə öz töhfələrini verməyə hazır olduqlarını nümayiş etdirmişlər.

Çıxışlardan sonra magistratura pilləsini müvəffəqiyyətlə başa vurmuş 7 məzuna diplomları təqdim edilmişdir. Onlardan 5 nəfəri tədrisi fərqlənmə ilə bitirərək yüksək hazırlıq səviyyəsi göstərmişlər.

Məzunlar göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərinin keşiyində şərəflə dayanacaqlarına əminlik ifadə etmişlər.

Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində “Açıq qapı” günü keçirilmişdirDövlət Sərhəd Xidmətinin hərbi hissələrində mənə...
15/07/2026

Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində “Açıq qapı” günü keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi, ictimaiyyətlə əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir.

“Lənkəran” sərhəd dəstəsində keçirilən növbəti tədbirdə hərbi qulluqçuların valideynləri və yaxınları sərhədçilər üçün yaradılan xidmət və sosial-məişət şəraiti ilə yaxından tanış olmuşlar.

Tədbirdə vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində sərhəd mühafizəsi sistemi müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilir, şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət qayğısı sərhədçilərin peşəkarlığının artırılmasına, onların mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsinə və xidməti fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verir.

Çıxışlar zamanı valideynlər övladlarının xidmətindən məmnunluqlarını ifadə etmiş, şəxsi heyət üçün yaradılmış şəraitə və göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin davamında xidmətdə fərqlənən hərbi qulluqçular və nümunəvi yanaşma sərgiləyən valideynlər fəxri fərmanla təltif olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.

Daha sonra qonaqlar əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, idman zalı və digər inzibati binalarla tanış olmuş, xidmətin təşkili istiqamətində görülən işləri yerində müşahidə etmişlər.

Tədbirin sonunda valideynlər və hərbi qulluqçuların iştirakı ilə birgə nahar təşkil edilmiş, səmimi söhbətlər aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Address

Zarifa Aliyeva 76, Azerbaijan
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti:

Shortcuts

Share