Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

30/08/2026

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib və müsahibəsində onu da qeyd edib...
21/08/2026

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib və müsahibəsində onu da qeyd edib ki, “2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib2026-cı il avqustun 12-də QHT Agentliyində Səhi...
12/08/2026

Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib

2026-cı il avqustun 12-də QHT Agentliyində Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib.
İnfosessiyada səhiyyə nazirinin müavini Nadir Zeynalov, QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və digər məsul şəxslər iştirak edib.
Toplantıda birgə qrant müsabiqəsinə dair suallar cavablandırılıb, izahlar verilib.
İnfosessiyada 30-dan çox QHT iştirak edib.
Xatırladaq ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il avqust ayının 6-da başlanıb. Müraciət üçün son tarix 2026-cı il 26 avqustdur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.

https://ngoagency.gov.az/az/communication/detail/sehiyye-nazirliyi-ve-qht-agentliyi-qht-ler-ucun-birge-infosessiya-kecirib-1787022451141

Ukrayna əsilli Azərbaycan qəhrəmanı Oleq Babakın xatirəsinə həsr olunan tədbirlər keçirilib“Zəngəzur” Cəmiyyətləri İctim...
12/08/2026

Ukrayna əsilli Azərbaycan qəhrəmanı Oleq Babakın xatirəsinə həsr olunan tədbirlər keçirilib

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” layihəsinin icrasını başa çatdırıb. İctimai Birliyin sədri Hacı Nərimanoğlu bildirib ki, layihənin məqsədi milliyətcə ukraynalı olan Azərbaycan qəhrəmanı Oleq Babakın nümunəsində Azərbaycan və ukrayna xalqları arasında dostluğun təbliğidir. Layihə çərçivəsində “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” adlı kitab azərbaycan və ukrayna dillərində nəşr olunub.
2026-cı il iyunun 26-da layihə çərçivəsində Sumqayıtda müvəqqəti məskunlaşan Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin sakinləri ilə Ukrayna icmasının təmsilçilərinin “Sumqayıtdan Poltavaya könül körpüsü” mövzusunda görüşü olub. 1991-ci il aprelin 7-də Qubadlının Ermənistanla həmsərhəd kəndi olan Yuxarı Cibiklidə erməni silahlı terrorçu dəstələrinin mühasirəsinə düşən sakinləri xilas etmək üçün döyüşə atılan 24 yaşlı leytenant Oleq Babakın xatirəsinə həsr edilən tədbirdə qəhrəmanın ömür yolundan danışılıb, döyüş yoluna həsr olunmuş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” (“Олег Бабак, Азербайджан тебе не забуде!”) kitabı təqdim olunub.
Oleq Babakın Ukraynanın Poltava vilayətinin Piryatin rayonunun Viktoriya kəndində yaşayan anası Nadiya Babak tədbirə onlayn qatılaraq təşkilatçılara təşəkkür edib.
Sonda iştirakçılara kitabın nüsxələri, elektron diskləri, Oleq Babakın ömür yolunu əks etdirən foto-albomlar hədiyyə edilib.
Layihə çərçivəsində həmçinin 2026-cı il mayın 20-də Oleq Babakın Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində yaşayan valideynlərinə, təhsil aldığı və onun adını daşıyan kənd məktəbində, Poltavadakı muzeyində, mayın 21-də Kiyevdə “Millətlərarası Harmoniya və Mədəni Müxtəliflik Günü” münasibətilə Ukraynanın Milli Azlıqları və Yerli Xalqlarının Ümumukrayna Forumunda təşkil olunan sərgidə, mayın 28-də isə Dnepropetrovsk şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin ofisində kitabın təqdimatı olub.
Layihənin donoru Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

https://ngoagency.gov.az/az/communication/detail/ukrayna-esilli-azerbaycan-qehremani-oleq-babakin-xatiresine-hesr-olunan-tedbirler-kecirilib-1787022603344

Bakı və Gədəbəydə uşaq və gənclər üçün ustad dərsləri təşkil olunub“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi “İst...
11/08/2026

Bakı və Gədəbəydə uşaq və gənclər üçün ustad dərsləri təşkil olunub

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi “İstedadlar Akademiyası” layihəsinin icrasını başa çatdırıb.
2026-cı il iyulun 25-də Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumun akt zalında layihə çərçivəsində yekun hesabat konserti və sərgi təşkil olunub. İctimai Birliyin sədri Vüsalə Qələndərli bildirib ki, layihənin məqsədi uşaq və gənclərin yaradıcılıq potesialını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək olmaq və milli-mədəni irsimizi gələcək nəsillərə ötürməkdir.
Tədbirdə istedadlı uşaq və gənclərin ifasında musiqi və rəqslər, səhnə çıxışları təqdim olunub, əl işlərindən və rəsmlərindən ibarət sərgi təşkil edilib. Sonda ustad dərslərində fəal iştirak edən müəllimlər və tələbələr diplomla təltif ediliblər.
Qeyd edək ki, layihə çərçivəsində iyun-iyul aylarında Bakı və Gədəbəydə xanəndəlik, ifaçılıq, rəssamlıq, rəqs, qiraətçilik, aşıq yaradıcılığı, instrumental musiqi alətlərində ifaçılıq üzrə 7 ustad dərsi keçirilib.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

https://ngoagency.gov.az/az/communication/detail/baki-ve-gedebeyde-usaq-ve-gencler-ucun-ustad-dersleri-teskil-olunub-1787022749453

Marneulidə “Azərbaycan-Gürcüstan dostluğu: soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitabın təqdimatı olub“Borçalı” İc...
11/08/2026

Marneulidə “Azərbaycan-Gürcüstan dostluğu: soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitabın təqdimatı olub

“Borçalı” İctimai Birliyi “Soydaşlarımız və Qarabağ” layihəsinin icrasını yekunlaşdırıb. 2026-cı il avqustun 8-də Gürcüstanın Marneuli şəhərində - Gürcüstan Azərbaycanlıları Konqresində layihə çərçivəsində nəşr edilən “Azərbaycan-Gürcüstan dostluğu: soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitabın təqdimat mərasimi keçirilib.
İctimai Birliyin sədri Dəyanət Osmanlı bildirib ki, layihənin məqsədi çağdaş Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə ictimai dəstək verməkdir.
Tədbirdə çıxışçılar Vətən uğrunda mübarizədə şücaət göstərmiş soydaşlarımızın daim diqqətdə saxlanılmasının, onların döyüş yolu haqqında yeni kitabların nəşr olunmasının vacibliyindən və bu nəşrlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsindəki rolundan söhbət açıblar.
Qeyd edək ki, kitabda Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə, eləcə də torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş borçalı əsilli soydaşlarımızın – şəhid və qazilərimizin həyat və döyüş yolundan, onların I və II Qarabağ müharibələrində göstərdikləri qəhrəmanlıqlarından bəhs olunub, vətənpərvərlik nümunələri təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

https://ngoagency.gov.az/az/communication/detail/marneulide-azerbaycan-gurcustan-dostlugu-soydaslarimiz-ve-qarabag-1990-2026-adli-kitabin-teqdimati-olub-2026

“Cəfər Cabbarlı yaradıcılığı” və “Şekspir dramaturgiyası Cəfər Cabbarlı tərcüməsində” adlı kitablar nəşrə hazırlanır“Cəf...
09/08/2026

“Cəfər Cabbarlı yaradıcılığı” və “Şekspir dramaturgiyası Cəfər Cabbarlı tərcüməsində” adlı kitablar nəşrə hazırlanır

“Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi “Cəfər Cabbarlı müasirimizdir” layihəsinin icrasını davam edir.
2026-cı il iyunun 23-də layihə çərçivəsində dahi dramaturq Cəfər Cabbarlının doğulduğu Xızı şəhərində “Cəfər Cabbarlı günü” qeyd edilib. Tədirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Xızı ictimaiyyətinin nümayəndələri, məktəblilər və tələbələr iştirak ediblər. İctimai Birliyin sədri Qəmər Bağırova bildirib ki, layihənin məqsədi Cəfər Cabbarlının zəngin ədəbi irsinin təbliği, onun yaradıcılığının gənc nəslə daha yaxından tanıdılması və dramaturqun Azərbaycan mədəniyyətindəki mühüm yerinin ictimaiyyətə çatdırılmasıdır.
Tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığına dair məruzələr dinlənilib, onun Azərbaycan ədəbiyyatı və teatr sənətinin inkişafındakı xidmətlərindən bəhs edilib. Sonda tanınmış incəsənət xadimlərinin iştirakı ilə Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş bədii proqram təqdim edilib. Proqramda ədibin sözlərinə bəstələnmiş mahnıları ifa olunub, poeziyasından nümunələr səsləndirib.
Layihə çərçivəsində həmçinin “Cəfər Cabbarlı yaradıcılığı” və “Şekspir dramaturgiyası Cəfər Cabbarlı tərcüməsində” adlı kitablar nəşrə hazırlanır.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

https://ngoagency.gov.az/az/communication/detail/cefer-cabbarli-yaradiciligi-ve-sekspir-dramaturgiyasi-cefer-cabbarli-tercumesinde-adli-kitablar-nesre-hazirlanir-1787023265585

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı filmin çəkilişlərinə başlanıb“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai ...
09/08/2026

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı filmin çəkilişlərinə başlanıb

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsini icra edir. Layihə çərçivəsində
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə həsr olunmuş yeni sənədli filmin çəkilişlərinə başlanıb. İctimai Birliyin sədri Ayaz Mirzəyev bildirib ki, layihənin məqsədi Azərbaycanın qələbə və dirçəliş rəmzinə çevrilən bu torpaqları həm milli iftixar simvolu, həm də post-konflikt ərazilərinin yenidən qurulmasında dünyaya nümunəvi model kimi təqdim etməkdir.
Filmdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq qısa müddətdə bərpa olunan yaşayış məntəqələri, doğma ocaqlarına qayıdan sakinlərin həyatı və aparılan quruculuq işləri real insan hekayələri üzərindən işıqlandırılır.
Çəkilişlər artıq Ağdam, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərində aparılıb. Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insan yönümlü prinsiplərə söykənən yeni yaşayış məntəqələri nümayiş olunacaq.
Bununla yanaşı, ekran əsərində ölkəmizin iqlim dəyişmələri və şəhərsalma üzrə qlobal çağırışlara inteqrasiyası, azad olunmuş ərazilərdə tətbiq edilən innovativ yanaşmalar və “yaşıl enerji” zonalarının yaradılmasına xüsusi diqqət yetirilir.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

https://ngoagency.gov.az/az/communication/detail/qarabag-ve-serqi-zengezurun-dircelisi-ile-bagli-filmin-cekilislerine-baslanib-1787023380807

Address

Yasamal Rayonu, Hüseyn Cavid Prospekti, 520ci Məhəllə, Ev 20
Baku
AZ1029

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124931581

Alerts

Be the first to know and let us send you an email when Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi:

Shortcuts

Share