Bakı Kommersiya Məhkəməsi

Bakı Kommersiya Məhkəməsi Bakı Kommersiya Məhkəməsi

29.06.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Səmə...
29/06/2026

29.06.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Səməd Cəfərov, Kollegiyanın hakimləri Leyla Əliyeva və Təranə Mahmudovanın iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin hakimləri ilə görüş keçirilmişdir.

Tədbir zamanı Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan verilmiş apellyasiya şikayətlərinə baxılmasının nəticələri, hesabat dövrü ərzində baxılmış işlər üzrə formalaşmış məhkəmə təcrübəsi, prosessual qanunvericiliyin tətbiqində yaranan aktual məsələlər müzakirə olunmuşdur.

Görüş qarşılıqlı müzakirələr şəraitində keçmiş, hakimləri maraqlandıran suallar cavablandırılmış, ayrı-ayrı işlər üzrə apellyasiya instansiyasının hüquqi mövqeləri hakimlərin diqqətinə çatdırılmış, yol verilən prosessual xarakterli nöqsanlar təhlil edilmiş, onların gələcəkdə aradan qaldırılması istiqamətində tövsiyələr verilmişdir.

Sonda xatirə şəkilləri çəkilmişdir.

12/03/2026
12 fevral 2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ ...
13/02/2026

12 fevral 2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə kommersiya mübahisələrinin xüsusiyyətlərinə və aktual məsələlərinə həsr olunmuş seminar – dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov kommersiya mübahisələri ilə bağlı praktiki və nəzəri hüquqi məsələlərin ətraflı müzakirəsi və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir. Daha sonra o, çirkli pulların yuyulmasının qarşısının alınması məqsədilə diqqət yetirilməli olan maddi hüquq məsələlərinə, o cümlədən hüquqi şəxslərin yenidən təşkili zamanı hüquqi varisliyin xüsusiyyətləri, universal və xüsusi hüquq qabiliyyətinin fərqləndirilməsinin zəruriliyi, sübutetmə vəzifəsinin yerinə yetirilməsi üçün tələb olunan addımlar, korporativ mübahisələr zamanı məhkəmə baxışının hədləri, sadələşdirilmiş icraat və bir sıra digər məsələlər barədə Məhkəmənin formalaşmış praktikası barədə geniş məlumat vermis və diqqət yetirilməli olan məqamları vurğulamışdır.

Daha sonra Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva qeyd edilən məsələlərlə bağlı Ali Məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi istiqamətində apardığı işlər, habelə məhkəmə aidiyyəti, müvəqqəti təminat tədbirləri, sübutların qiymətləndirilməsi və bir sıra digər maddi və prosessual hüquq məsələlərinin xüsusiyyətləri ilə bağlı Ali Məhkəmənin formalaşmış mövqeyi barədə ətraflı məlumat vermişdir.

Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova tədbirə ev sahibliyi edən Bakı Kommersiya Məhkəməsinə və tədbiri dəstəkləmiş Ali Məhkəmənin Kommersiya Kollegiyasına və Bakı Apellyasiya Məhkəməsinə Vəkillər Kollegiyası adından minnətdarlığını bildirərək, bu cür dialoqun vəkillər tərəfindən yüksək qiymətləndirildiyini və ədalət mühakiməsinin inkişafı və səmərəli təcrübə mübadiləsinin genişləndirilməsi üçün daimi platformaya çevriləcəyinə ümidini ifadə etmişdir.

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhman Qəribov və Apellyasiya Məhkəməsinin hakimi Leyla Əliyeva mövzu ilə bağlı məhəkəmə təcrübəsi barədə məlumat vermişlər. Vəkillər Kollegiyasının üzvləri Əkrəm Həsənov, Cavid Alıyev, Dünyamin Novruzov, Sevda Məhərrəmova, Şaiq Mirzəyev, Rüfət Bədirli və Əlibaba Əliyevin qeyd etdikləri praktiki məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır.

Yekunda xatirə fotosu çəkilmişdir.

26/01/2026

Bakı Kommersiya Məhkəməsi
Seminarın keçirilməsi haqqında ELAN

1. Təşkilatçı:
Bakı Kommersiya Məhkəməsi və AR Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi
Ali Məhkəmənin Kommersiya Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlərinin,
habelə kommersiya strukturlarının və biznes nümayəndələrinin iştirakı ilə.

2. Seminarın mövzusu: Çirkli pulların yuyulmasının qarşısının alınması, hüquqi şəxsin yenidən təşkili zamanı hüquqi varislik və digər mübahisələrin xüsusiyyətləri, eləcə də prosessual məsələlər üzrə məhkəmənin formalaşmış mövqeləri (estoppel prinsipi, müvəqqəti təminat tədbiri).
Bakı Kommersiya Məhkəməsinin sədrinin məruzəsi

3. Seminarın məqsəd və vəzifələri:
• Məhkəmə təcrübəsində rast gəlinən mürəkkəb məsələlərin müzakirəsi
• Təcrübə mübadiləsinin aparılması

4. Tarix, vaxt və yer:
Tarix: 12 fevral 2026-cı il
Vaxt: 10:15 – 13:00
Yer: Bakı Kommersiya Məhkəməsinin konfrans zalı

5. Hədəf auditoriya:
Hakimlər, hüquqşünaslar, vəkillər, kommersiya hüquqi şəxslərinin nümayəndələri

Qeyd: Seminarda iştirakla bağlı məsələlər AR Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi tərəfindən tənzimlənəcəkdir.

Hörmətlə,
Bakı Kommersiya Məhkəməsinin Mətbuat Xidməti

Bakı Kommersiya Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışan Süleymanov Namiq Əsgər oğlu bütün mərhələlər üzrə ...
12/01/2026

Bakı Kommersiya Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışan Süleymanov Namiq Əsgər oğlu bütün mərhələlər üzrə uğur qazanaraq Azərbaycan Respublikasının Prokurorluq orqanlarında qulluğa qəbul olmuşdur. Bu məqsədlə 12.01.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov Namiq Süleymanov ilə görüş keçirmiş, ilkin olaraq qulluğa qəbulun şəffaflığının təmin edilməsinə görə prokurorluq orqanlarının Rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir və bunun çox təqdirəlayiq hal olmasını vurğulamışdır.
Daha sonra sədr öz və məhkəmənin kollektivi adından N.Süleymanovu təbrik edərək ona bundan sonrakı fəaliyyəti dövründə bu çətin və şərəfli işin öhdəsindən layiqincə və vicdanla gələcəyinə inandığını bildirmişdir. Tədbirdə məhkəmənin hakimləri və məhkəmə aparatının işçiləri də iştirak etmişdir.
Sədr əlavə olaraq qeyd etmişdir ki, Namiq Süleymanovun qardaşı Süleymanzadə Faiq Əsgər oğlu da Vətən müharibəsi iştirakçısı olmuş və Azərbaycan Respublikasının Baş naziri tərəfindən müvafiq medalla təltif olunmuşdur.
Sonda məhkəmə kollektivi yeni təyin olunmuş işçiyə gələcək fəaliyyətində uğurlar arzu etdiklərini bildirmişlər və xatirə fotoları çəkilmişdir.

Address

Bakıxanov Qəsəbəsi, Oskar Əfəndiyev Küçəsi 8
Baku
AZ1040

Opening Hours

Monday 09:00 - 13:00
14:00 - 18:00
Tuesday 09:00 - 13:00
14:00 - 18:00
Wednesday 09:00 - 13:00
14:00 - 18:00
Thursday 09:00 - 13:00
14:00 - 18:00
Friday 09:00 - 13:00
14:00 - 18:00

Telephone

+994125252074

Alerts

Be the first to know and let us send you an email when Bakı Kommersiya Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Kommersiya Məhkəməsi:

Shortcuts

Share

Category