Həyatı:
Jalə Əhmədova 1981-ci ildə aprel ayının 23-də Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhərində 158 saylı orta məktəbi bitirib. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək, magistr ali təhsilini alıb. Üçüncü ali təhsilini Azərbaycan Respublikası Prezidenti yanınd
a Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Fəaliyyəti:
Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb. Ehtiyatda olan zabitdir.
2020-ci - 2024-cü il Milli Məclis Vl çağırış deputatı.
2018-ci - 2022-ci il Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I Vitse-Prezidenti.
2022-ci il Dünya Alpaqut (Turan döyüş sənəti) Federasiyasının Prezidenti.
2023-cü il Azərbaycan Autizm Assosiasiyasının Prezidenti.
2024-cü il İDDO Psixi Sağlamlıq Proqramının rəhbəridir.