AXCP Gənclər Komitəsi

AXCP Gənclər Komitəsi AXCP Gənclər Komitəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənclik qoludur.

09/08/2026

24/07/2026

" Bu zülmü dayandırmaq üçün hamımızın səsimiz ucadan eşidilməlidir. Xüsusilə, bu vəhşətlərə səsini çıxarmayan ziyalı, ziyalı deyil." Səadət Cahangir

14/07/2026

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin saxlanma şəraitinin dəyişmədiyi, ona tətbiq edilən məhdudiyyətlərin davam etdiyi bildirilir.

Bu barədə “Əli Kərimliyə azadlıq” səhifəsi partiya sədrinin vəkillərinə istinadən məlumat yayıb.

Məlumata görə, Əli Kərimliyə ötən həftə də ailəsi ilə telefonla danışmağa icazə verilməyib. Onun əvvəllər iki saat olan gündəlik gəzinti vaxtının isə bir saata endirildiyi bildirilir.

Açıqlamada qeyd olunur ki, vəkillərin Əli Kərimliyə sosial şəbəkələrdə aparılan müzakirələrlə bağlı yazılı materiallar verməsinə də imkan yaradılmır. Vəkillər bununla əlaqədar məhkəməyə müraciət etsələr də, şikayətə baxılmasının uzadıldığı bildirilir.

Səhifənin məlumatına görə, İŞİD üzvü olduğu bildirilən və psixoloji problemləri olduğu deyilən məhbus hələ də Əli Kərimli ilə eyni kamerada saxlanılır.

“Bu şəxs gecə yarısı yatağından qalxaraq uca səslə dini ayinlər icra edir, özünə xəsarət yetirir, ağlayır və qışqırır. Bütün bunlar kameradakı müşahidə sistemi vasitəsilə izlənilsə də, heç bir tədbir görülmür”, – açıqlamada deyilir.

Xəbərin davamını şərhdəki linkə keçid edərək oxuyun.

04/07/2026

18/06/2026

AXCP sədrinə təcridxanada yaradılan təzyiqlərə qarşı partiyanın bəyanatından bir hissə:

10/06/2026

"Mövcud bütün imkanlardan istifadə edərək öz əqidəmi müdafiə etməyə və ömrümü həsr etdiyim işi davam etdirməyə çalışıram"

Vurğulamaq istəyirəm ki, mən ölümcül xəstəlikdən əziyyət çəkmirəm və intihar mənə aid bir şey deyil. Mən həyatımı xalqıma xidmətə həsr etmək niyyətindəyəm. Heç vaxt olmadığı qədər qətiyyətliyəm. Həbsi yolun sonu deyil, mübarizənin yeni mərhələsi hesab edirəm. Mövcud bütün imkanlardan istifadə edərək öz əqidəmi müdafiə etməyə və ömrümü həsr etdiyim işi davam etdirməyə çalışıram.
Əgər mən həbsdən sağ çıxmasam, hər kəs bunun siyasi qətl olduğunu bilməlidir.
Əli Kərimli France24 mediasına verdiyi müsahibədən.

05/06/2026

Əli Kərimliyə və bütün siyasi məhbuslara azadlıq!

Address

Azerbaycan/Baku
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when AXCP Gənclər Komitəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share