4SİM Azərbaycan / C4IR Azerbaijan

4SİM Azərbaycan / C4IR Azerbaijan İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM)

Azərbaycan Respublikası Prezidentinin 6 yanvar, 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsi yaradılmışdır. Mərkəz eyni zamanda 1 aprel, 2021-ci il tarixindən etibarən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycanda Afiləedilmiş Mərkəzinə ev sahibliyi edir.

03/09/2026

📚 Milli Proqram haqqında suallarınız var?

🤩Cavabı axtarmağa ehtiyac yoxdur!

🤖Bütün suallarınıza cavab tapmaq üçün istənilən vaxt Telegram botumuzdan istifadə edə bilərsiniz!

“Qaranlıq fabriklər” nədir və istehsalın gələcəyini necə dəyişir?“Qaranlıq fabriklər” (lights-out manufacturing) istehsa...
31/08/2026

“Qaranlıq fabriklər” nədir və istehsalın gələcəyini necə dəyişir?

“Qaranlıq fabriklər” (lights-out manufacturing) istehsal proseslərinin robotlar, süni intellekt, sensorlar və avtomatlaşdırılmış sistemlər vasitəsilə minimum insan müdaxiləsi ilə həyata keçirildiyi müəssisələrdir. Bu model bütün fabriki əhatə edə bildiyi kimi, yalnız müəyyən istehsal xətti və ya prosesdə də tətbiq oluna bilər.

Dünyada bunun real nümunələri artıq mövcuddur. Çində smartfon istehsal edən yüksək avtomatlaşdırılmış müəssisələrdə bir çox proses insan müdaxiləsi minimuma endirilərək həyata keçirilir. Yaponiyada sənaye avadanlığı və robot komponentləri istehsal olunan bəzi sahələr gecə və həftəsonları da avtonom rejimdə fəaliyyət göstərə bilir. Tayvanda isə yarımkeçiricilərin yığılması və test edilməsi üzrə müəyyən istehsal sahələrində “lights-out” modeli tətbiq olunur.

“Qaranlıq fabriklər” sənaye 4.0-ın ən qabaqcıl tətbiqlərindən biridir. “Qaranlıq fabrik”in yaradılması yalnız robotların istehsalata inteqrasiyası ilə məhdudlaşmır. Bunun üçün rəqəmsal infrastruktur, məlumatların idarə olunması, süni intellekt, analitika və robot texnologiyalarının birgə tətbiqi və ən əsası yüksək ixtisaslı mütəxəssislər tələb olunur.

Bu model insan əməyini tamamilə əvəz etməkdən daha çox onun xarakterini dəyişir və daha yüksək ixtisas tələb edən fəaliyyətlərə yönəldir.

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində “METAK” MMC-də texniki xidmət və təmir prosesləri rəqə...
27/08/2026

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində “METAK” MMC-də texniki xidmət və təmir prosesləri rəqəmsallaşdırılıb, istehsal proseslərinin avtomatlaşdırılması və real vaxt rejimində idarə olunmasına imkan verən yeni texnoloji həllərin tətbiqinə başlanılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində “METAK” MMC-də texnoloji transformasiya istiqamətində mühüm nəticələr əldə olunur.

Polad boru və profil istehsalı sahəsində fəaliyyət göstərən “METAK” MMC Proqramın pilot mərhələsindən etibarən təşəbbüsə qoşulub. 4SİM-in dəstəyi ilə müəssisədə aparılmış diaqnostika nəticəsində texnoloji transformasiya üzrə prioritet istiqamətlər müəyyən edilib, fərdiləşdirilmiş yol xəritəsi hazırlanıb və istehsal proseslərinin mərhələli rəqəmsallaşdırılmasına başlanılıb.

Artıq şirkətdə texniki xidmət və təmir proseslərinin idarə edilməsi rəqəmsallaşdırılıb. Eyni zamanda avadanlıqların vəziyyətinin real vaxt rejimində izlənilməsi və mümkün nasazlıqların əvvəlcədən müəyyən edilməsi üçün proqnozlaşdırıcı texniki xidmət həllərinin tətbiqi istiqamətində işlər aparılır.

Hazırda polad boru və profil istehsalında soyutma, yağlama və filtrasiya prosesinin avtomatlaşdırılması üzrə yeni həll tətbiq olunur. Nəticədə istehsalda istifadə olunan məhlul sərfinin 30%-dək azaldılması, boşdayanmaların və texniki xidmət xərclərinin aşağı salınması, avadanlıqların istismar müddətinin uzadılması və məhsul keyfiyyətinin yüksəldilməsi gözlənilir.

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə icra olunan “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” yerli müəssisələrin texnoloji transformasiyasının sürətləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi və onların rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir, transformasiya üzrə prioritet istiqamətlər müəyyənləşdirilərək fərdiləşdirilmiş yol xəritələri hazırlanır və müvafiq texnoloji həllərin tətbiqinə dəstək göstərilir. Proqram sənaye müəssisələrində Sənaye 4.0 yanaşmalarının tətbiqinin genişləndirilməsinə və ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyir.

Daşkənddə təşkil edilən IV   –   Regionlararası Forumunda ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, birgə layih...
24/08/2026

Daşkənddə təşkil edilən IV – Regionlararası Forumunda ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb, sənədlər mübadilə olunub.

Ətraflı - https://economy.shorturl.az/zwBHp

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Azərsun Hol...
20/08/2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Azərsun Holdinq” arasında texnoloji transformasiya, qabaqcıl texnologiyaların tətbiqi və sənaye müəssisələrinin texnoloji inkişafının sürətləndirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Bu məqsədlə 4SİM-in icraçı direktoru Fariz Cəfərov ilə “Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan arasında görüş keçirilib.

Görüşdə “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində əməkdaşlıq perspektivləri, “Azərsun Holdinq”in müəssisələrində qabaqcıl texnologiyaların tətbiqi, istehsal proseslərinin optimallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” yerli müəssisələrdə rəqəmsal transformasiyanın və sənaye 4.0 texnologiyalarının tətbiqinin sürətləndirilməsinə, istehsal və idarəetmə proseslərinin təkmilləşdirilməsinə, innovativ həllərin tətbiqinə, eləcə də məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

İstehsal müəssisələrində texnoloji imkanların genişləndirilməsi, müasir həllərin tətbiqi və proseslərin daha səmərəli təşkili məqsədilə “Azərsun Holdinq”ə daxil olan “Sun Tea” MMC və “AzərSüd” MMC proqrama qoşulub.

Görüş zamanı sözügedən müəssisələrin sənaye 4.0 prinsiplərinə uyğun transformasiyası, mövcud texnoloji imkanlarının qiymətləndirilməsi, rəqəmsal həllərin tətbiqi və gələcək inkişaf istiqamətləri müzakirə edilib.

Həmçinin, innovasiya ekosisteminin inkişafı, insan kapitalının gücləndirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Qeyd edilib ki, bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi sənaye müəssisələrinin texnoloji transformasiyasının sürətləndirilməsinə, istehsal səmərəliliyinin və texnoloji hazırlıq səviyyəsinin yüksəldilməsinə, bütövlükdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin gücləndirilməsinə töhfə verəcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direk...
13/08/2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi çərçivəsində milli gündəliklərin formalaşdırılmasına həsr olunmuş onlayn görüşdə iştirak edib. Görüşdə şəbəkəyə daxil olan mərkəzlərin milli səviyyədə strateji təşəbbüslərin formalaşdırılmasına verdiyi töhfə və bu istiqamətdə uğurlu təcrübələr müzakirə olunub.

Fariz Cəfərov “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” barədə məlumat verib. Bildirilib ki, strategiya biznes, cəmiyyət və dövlət sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsinə, rəqəmsal bacarıqların inkişafına və məlumat əsaslı idarəetmənin gücləndirilməsinə yönəlib. Strategiya 9 prioritet istiqamət və 50 təşəbbüsü əhatə edir.

Azərbaycanda formalaşdırılan sənaye 4.0 ekosistemi, müəssisələrin texnoloji və yaşıl transformasiyasına dəstək, insan kapitalının inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər təqdim edilib. Qeyd olunub ki, strategiya çərçivəsində 2029-cu ilədək 300 müəssisənin rəqəmsal transformasiya proqramlarına qoşulması, 250 yeni sahəvi startapın yaradılması, 200 KOB-un rəqəmsal bazarlara çıxışının təmin edilməsi və 40 min vətəndaşın ixtisaslaşmış təlimlərə cəlb olunması hədəflənir.

Şəbəkəyə üzv olan 24 mərkəzin rəhbər şəxsləri, eləcə də DİF-in Qabaqcıl Texnologiyalar və İnnovasiya Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju Georgenin qatıldığı görüşdə Azərbaycanla yanaşı, Ruanda və Malayziyanın 4-cü Sənaye İnqilabı mərkəzləri də öz təcrübələrini bölüşüblər. Görüş zamanı milli gündəliklərin formalaşdırılmasına effektiv töhfə, maraqlı tərəflərlə əməkdaşlıq, uğurlu yanaşmalar və mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Xinji...
13/08/2026

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Xinjiang Joinworld Co., Ltd.” şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşüb.

Ətraflı - https://economy.shorturl.az/IFmii

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkını...
11/08/2026

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.

https://president.az/az/articles/view/73250

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.

"Qlobal Mayak" Şəbəkəsi | Texnoloji transformasiya ilə qlobal tanınma "Qlobal Mayak" statusuna aparan yol texnoloji tran...
07/08/2026

"Qlobal Mayak" Şəbəkəsi | Texnoloji transformasiya ilə qlobal tanınma

"Qlobal Mayak" statusuna aparan yol texnoloji transformasiyanın düzgün planlaşdırılması və ölçüləbilən nəticələrin əldə olunmasından başlayır.

Dünya İqtisadi Forumunun “Qlobal Mayak” Şəbəkəsi (Global Lighthouse Network) Dördüncü Sənaye İnqilabı texnologiyalarını uğurla tətbiq edən qabaqcıl istehsal və logistika müəssisələrini bir araya gətirir. Şəbəkə 30-dan çox ölkədən, 40-dan çox sənaye sahəsini təmsil edən 238 istehsal və təchizat zənciri obyektini əhatə edir.

Azərbaycan artıq bu qlobal şəbəkədə təmsil olunur. 2026-cı ildə “SOCAR Karbamid” zavodu “Qlobal Mayak” Şəbəkəsinə qoşulub. Zavodda 42 rəqəmsal həllin tətbiqi nəticəsində istehsal həcmi 21% artıb, təbii qaz sərfiyyatının səmərəliliyi isə 24% yaxşılaşıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) yerli müəssisələrin texnoloji transformasiyasını sürətləndirmək məqsədilə "Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı"nı icra edir. Proqrama qoşulan 18 müəssisədə texnoloji hazırlıq üzrə diaqnostika aparılıb, hər biri üçün transformasiya üzrə yol xəritəsi hazırlanıb. Hazırda yol xəritələrinin icrası davam edir.

Yerli müəssisələr https://industry4.az saytında proqram barədə ətraflı məlumat əldə edə bilərlər.

Mənbə: Dünya İqtisadi Forumu, “Qlobal Mayak” Şəbəkəsi, 2026.

“Milli Proqram”ın 3-cü mərhələsi çərçivəsində ilk qrup istifadəçilər “Coursera” onlayn təhsil platformasında 15 mindən ç...
05/08/2026

“Milli Proqram”ın 3-cü mərhələsi çərçivəsində ilk qrup istifadəçilər “Coursera” onlayn təhsil platformasında 15 mindən çox təlimi uğurla tamamlayıblar. 4 mindən çox yeni istifadəçi platformadan yararlanmağa başlayıb.

“4Sİ Akademiyası - Milli Proqram”ın 3-cü mərhələsi çərçivəsində iyun ayından etibarən 4000-dən çox istifadəçi “Coursera” platformasından 6 həftə ərzində ödənişsiz istifadə imkanından faydalanıb. Bu müddətdə iştirakçılar ümumilikdə 31 mindən çox təlim üçün qeydiyyatdan keçib, 15 mindən artıq təlimi uğurla tamamlayıblar. Beləliklə, müraciət olunan təlimlərin tamamlanma faizi 48%-dən çox olub. Bu da analoji qlobal proqramlarla müqayisədə 3 dəfə yüksək nəticə deməkdir.

İştirakçıların ən çox tamamladığı təlimlər süni intellekt və maşın öyrənməsi, liderlik və idarəetmə, data analitikası, biznes və təhsil istiqamətlərinə aiddir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın məqsədi dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə, rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsinə və əmək bazarında rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır.

Dünyanın 380-ə yaxın aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanmış 21 mindən çox təlim istifadəçilər üçün əlçatandır. Həmin təlimlər Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları tərəfindən hazırlanıb. 3 250 təlim isə platformada Azərbaycan dilində altyazı ilə təqdim olunur.

Proqram dövlət və özəl sektor tərəfdaşlığı əsasında icra olunur. “Pasha Holding”, SOCAR, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın 3-cü mərhələsinin tərəfdaşlarıdır.

Yaşından və yaşadığı ərazidən asılı olmayaraq, istənilən Azərbaycan vətəndaşı https://form.4sim.gov.az/ linki vasitəsilə müraciət edib proqrama qoşula bilər.

Address

Üzeyir Hacıbəyli 84 (Hökümət Evi)
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994123102800

Alerts

Be the first to know and let us send you an email when 4SİM Azərbaycan / C4IR Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to 4SİM Azərbaycan / C4IR Azerbaijan:

Shortcuts

Share