19/08/2026
💡 Elektrik enerjisinə qənaət etmək üçün LED lampalardan istifadə edin!
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, ölkəmizdə közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan edilib:
🔹 1 yanvar 2026-cı ildən: 60 Vt və daha yuxarı
🔹 1 iyul 2026-cı ildən: 25 Vt – 60 Vt arası
LED lampaları seçərkən bir neçə mühüm texniki göstəriciyə diqqət yetirmək lazımdır. Təqdim etdiyimiz videoçarxda bu barədə daha ətraflı öyrənə bilərsiniz! 🎬