Dendrologiya Bağı Publik Hüquqi Şəxs

Dendrologiya Bağı Publik Hüquqi Şəxs Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxs

“Dendrologiya bağı”nda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilibBakı Şəhər İcra Hakimiyyəti başçı...
02/09/2026

“Dendrologiya bağı”nda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxs (PHŞ)-də yanğından mühafizə mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə “Dendrologiya bağı” PHŞ-nin əməkdaşları, Xəzər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Azər Seyidzadə iştirak edib.
Azər Seyidzadə “Yaşıllıq ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlər” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, xüsusilə isti və quraq havalarda yaşıllıq ərazilərində yanğın riskinin artması təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini zəruri edir.
Hissə rəisinin sözlərinə görə, yaşıllıq ərazilərin mütəmadi olaraq quru ot, yarpaq, qurumuş budaq, şüşə qırıntıları və digər yanıcı materiallardan təmizlənməsi vacibdir.
“Yaşıllıq ərazilərdə açıq oddan istifadə, nəzarətsiz ocaq qalamaq və siqaret kötüklərini yerə atmaq yolverilməzdir. Yanğın təhlükəsi yüksək olan sahələr əvvəlcədən müəyyənləşdirilməli və həmin ərazilərdə nəzarət tədbirləri gücləndirilməlidir”-deyə, o, qeyd edib. O, bildirib ki, ilkin yanğınsöndürmə vasitələrinin, su ehtiyatlarının və zəruri avadanlıqların daim saz və istifadəyə hazır vəziyyətdə saxlanılması vacibdir.
Həmçinin yanğınsöndürmə texnikasının əraziyə maneəsiz daxil olması üçün yollar açıq saxlanılmalıdır.
Azər Seyidzadə əməkdaşların yanğın zamanı davranış qaydaları, ilkin müdaxilə və təxliyə tədbirləri barədə mütəmadi təlimatlandırılmasının zəruri olduğunu deyib.
Qeyd olunub ki, yanğın hadisəsi baş verdikdə insanlar təhlükəli ərazidən uzaqlaşdırılmalı, dərhal aidiyyəti qurumlara məlumat verilməlidir. Bildirilib ki, qabaqlayıcı tədbirlərin vaxtında və sistemli şəkildə həyata keçirilməsi yaşıllıq ərazilərinin, ağac və bitki örtüyünün yanğınlardan qorunmasında mühüm rol oynayır.
“Dendrologiya bağı” PHŞ-nin “Ərazi mühafizə işinin təşkili” sektorunun müdiri Sadiq Əliyev bağ ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, ərazidə yanğın risklərinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Bağın ərazisi vaxtlı-vaxtında şüşə qırıntılarından, quru və yanar çubuqlardan, eləcə də digər yanğın təhlükəsi yarada biləcək tullantılardan təmizlənir. Ərazinin daim təmiz və səliqəli saxlanılması, xüsusilə quru ot və bitki qalıqlarının vaxtında ərazidən uzaqlaşdırılması diqqət mərkəzindədir.
Sadiq Əliyevin sözlərinə görə, isti və quraq hava şəraitində yanğın təhlükəsizliyi tədbirləri daha da gücləndirilir və əraziyə nəzarət intensivləşdirilir. Bununla yanaşı, əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi, ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə etməsi və hər hansı təhlükə zamanı operativ davranması istiqamətində maarifləndirmə işləri aparılır.
Tədbirdə iştirakçıları maraqlandıran suallara cavablar verilib.

“Dendrologiya bağı” PHŞ-nin əməkdaşı iqlim dəyişmələri fonunda torpaq və ehtiyatlarının qorunmasına dair təlimlərdə işti...
02/09/2026

“Dendrologiya bağı” PHŞ-nin əməkdaşı iqlim dəyişmələri fonunda torpaq və ehtiyatlarının qorunmasına dair təlimlərdə iştirak edib

Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PH) “Dendroxronologiya” laboratoriyasının aparıcı mütəxəssisi Şəlalə Məmmədova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin birgə maliyyə dəstəyi ilə keçirilən “Şirvan-Salyan iqtisadi rayonunda iqlim dəyişmələri fonunda torpaq və sudan səmərəli istifadəyə dair maarifləndirmə” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə itirak edib.
Qeyd edək ki, layihə çərçivəsində Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarında müxtəlif təlim və maarifləndirici tədbirlər təşkil olunub.
Təlimlər zamanı iqlim dəyişmələrinin ətraf mühitə və kənd təsərrüfatına təsirləri, torpaq ehtiyatlarının qorunması, su resurslarından səmərəli istifadə, suya qənaət edən yanaşmalar və təbii ehtiyatların davamlı idarə olunması ilə bağlı məlumatlar iştirakçılara çatdırılıb.
Tədbirlərdə iştirakçılar mövzu ilə bağlı təqdimatları dinləyib, müzakirələrdə iştirak edib və region üçün aktual olan ekoloji məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Layihə çərçivəsində keçirilən təlimlərdə ekspertlər və mütəxəssislərlə yanaşı, layihə iştirakçıları da fəal şəkildə iştirak ediblər.
Şəlalə Məmmədova da Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarında keçirilən bütün təlimlərdə iştirak edib.
Əsas məqsədi iqlim dəyişmələrinin yaratdığı problemlər barədə məlumatlılığın artırılması, torpaq və su ehtiyatlarının qorunması və onlardan daha səmərəli istifadə ilə bağlı düzgün yanaşmaların təşviq edilməsi olan təlimlərin sonunda iştirakçılara layihədə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub.

“Dendrologiya bağı” PHŞ-nin əməkdaşlarının elmi məqaləsi Qazaxıstanın ENDLESS LIGHT in SCIENCE beynəlxalq elmi-praktik j...
29/08/2026

“Dendrologiya bağı” PHŞ-nin əməkdaşlarının elmi məqaləsi Qazaxıstanın ENDLESS LIGHT in SCIENCE beynəlxalq elmi-praktik jurnalında dərc olunub

“Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin əməkdaşlarının müəllifi olduğu “ВОССТАНОВЛЕНИЕ ЗАСОЛЕННЫХ ПОЧВ С ПОМОЩЬЮ АМАРАНТА” adlı elmi məqalə Qazaxıstanda nəşr olunan beynəlxalq elmi-praktik jurnalda dərc olunub. Qeyd edək ki, məqalədə əks olunan tədqiqat işləri şöbənin məsləhətçi aqronomu, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayevin rəhbərliyi ilə Azərbaycan Elm Fondunun “Əsas Qrant Müsabiqəsi-2025” müsabiqəsinin qalibi olmuş “Azərbaycan Respublikası ərazisində şoranlaşmış torpaqların amarant bitkisi vasitəsi ilə bərpasının iqtisadi və ekoloji səmərəli texnologiyasının işlənib hazırlanması” adlı layihə çərçivəsində həyata keçirilib.
Məqalədə şoranlaşmış torpaqların bərpasında amarant bitkisindən istifadə imkanları, onun becərilməsinin xüsusiyyətləri, eləcə də bu yanaşmanın iqtisadi və ekoloji səmərəliliyi ilə bağlı aparılmış tədqiqatların nəticələri öz əksini tapıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdürMehriban Arif qızı Əliyeva – 1964-cü il avq...
26/08/2026

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür

Mehriban Arif qızı Əliyeva – 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub.
1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir.
1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan "Azərbaycan – İrs" jurnalını təsis edib.
2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən Partiyanın sədr müavini, 2021-ci ildən isə Partiya sədrinin birinci müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2005-ci, 2010-cu və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
2006-cı ilin noyabrında humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilib.

“Dendrologiya Bağı”nın əməkdaşı Şərqi Zəngəzurda yaşı çox olan ağac növlərinin dendroxronoloji tədqiqi və monitorinqi ap...
24/08/2026

“Dendrologiya Bağı”nın əməkdaşı Şərqi Zəngəzurda yaşı çox olan ağac növlərinin dendroxronoloji tədqiqi və monitorinqi aparıb

Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Dendroxronologiya” laboratoriyasının aparıcı mütəxəssisi Şəlalə Məmmədova tərəfindən 13-20 avqust 2026-cı il tarixində Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində yaşı çox olan ağac növlərinin dendroxronoloji tədqiqi və monitorinqi istiqamətində elmi-tədqiqat işləri aparılıb.
Elmi-tədqiqat işinin əsas məqsədi Şərqi Zəngəzur iqtisadi rayonunda yayılmış yaşlı və qiymətli ağac nümunələrinin müəyyənləşdirilməsi, onların yaş göstəricilərinin, illik radial artım dinamikasının öyrənilməsi, həmçinin ağacların inkişafına təsir göstərən ekoloji və iqlim amillərinin araşdırılmasıdır.
Bu məqsədlə Laçın və Kəlbəcər rayonlarının müxtəlif ərazilərinə elmi ekspedisiyalar təşkil edilib, ərazidə yaşı çox olan ağac nümunələri müəyyənləşdirilərək dendroxronoloji tədqiqatların aparılması üçün nümunələr götürülüb.
Ekspedisiya zamanı əsasən palıd (Quercus spp.), fıstıq (Fagus L.), ağcaqayın (Acer L.) və söyüd (Salix spp.) cinslərinə aid ağac növlərindən nümunələr əldə edilib.
Götürülmüş nümunələr laborator şəraitində xüsusi metodlarla hazırlanaraq illik halqaların sayı, eni və radial artım göstəriciləri üzrə təhlil ediləcək. Əldə olunan dendroxronoloji məlumatlar əsasında ağacların təxmini yaşı müəyyənləşdiriləcək, onların müxtəlif illərdəki inkişaf dinamikası araşdırılacaq və iqlim amilləri ilə əlaqəsi qiymətləndiriləcək.
Aparılan monitorinq nəticəsində Şərqi Zəngəzur iqtisadi rayonunda qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyan yaşlı ağac nümunələrinin müəyyənləşdirilməsi, onların bioloji vəziyyətinin qiymətləndirilməsi və mühafizəsi ilə bağlı elmi məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.
Tədqiqatın nəticələrinin regionun dendroflorasının elmi əsaslarla öyrənilməsinə, yaşlı ağacların monitorinqinə və biomüxtəlifliyin qorunmasına töhfə verəcəyi gözlənilir.

Dendrologiya Bağı ərazisində fitosanitar monitorinqlər davam edirDendrologiya Bağının ərazisində mövcud bitkilərin fitos...
11/08/2026

Dendrologiya Bağı ərazisində fitosanitar monitorinqlər davam edir

Dendrologiya Bağının ərazisində mövcud bitkilərin fitosanitar vəziyyətinin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır.
Monitorinqlər zamanı bağ ərazisində yerləşən Lənkəran akasiyası (Albizia julibrissin Durazz) üzərində təhlükəli zərərverici olan Avstraliya şırımlı yastıcası (Icerya purchasi Maskell) aşkar edilib. Bununla əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti başçısının tabeleyində “Dendrologiya Bağı” public hüquqi şəxsin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin əməkdaşları tərəfindən zərərvericinin bioekoloji xüsusiyyətləri öyrənilib, ona qarşı mübarizə tədbirləri hazırlanaraq tətbiq olunub.
Təcrübə məqsədilə 20 fevral 2026-cı il tarixində, bitkilərdə tumurcuqlanma başlamazdan əvvəl, zərərvericinin kütləvi sirayət etdiyi budaqlarda sanitar budama aparılıb. Budanmış hissələri xəstəlik və zərərvericilərdən qoruma məqsədilə bağ məlhəmi ilə işlənib.
24 fevral 2026-cı il tarixində isə zərərvericiyə qarşı insektisid və akarisid qarışığı hazırlanaraq tətbiq edilib. Sınaq üçün iki ədəd yaşlı və bir ədəd 3–5 yaşlı (təxminən 150 sm hündürlüyündə) Lənkəran akasiyası seçilib.
Aparılan müşahidələr zamanı ilk gün zərərvericilərdə nəzərəçarpacaq dəyişiklik qeydə alınmasa da, ikinci gündən etibarən yetkin fərdlərin budaqlardan ayrıldığı müşahidə olunub.
May–iyun aylarında aparılan son monitorinqlərin nəticələrinə əsasən, dərmanlanmış budaqlarda Avstraliya şırımlı yastıcasına demək olar ki, rast gəlinməyib. Əldə olunan nəticələr tətbiq edilən kimyəvi preparatların yüksək səmərəlilik göstərdiyini təsdiqləyir.

Çexiyadan əldə edilən dekorativ kol-ağac və gül toxumları Dendrologiya bağında introduksiya ediləcək“Dendrologiya Bağı” ...
05/08/2026

Çexiyadan əldə edilən dekorativ kol-ağac və gül toxumları Dendrologiya bağında introduksiya ediləcək

“Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Ekologiya və İqlimləşdirmə” laboratoriyasının əməkdaşları tərəfindən Çex Respublikasının “Dear Botanical Garden Teplice” botanika bağından Athyrium niponicum (Mett.) Hance ‘Metallicum’, Polystichum setiferum Rosendahl ‘Plumosum Densum’, Strophanthus speciosus (Ward & Harv) Reber, Cordia boissieri A.DC., Pseudorhipsalis amazonica subsp. Amazonica, Acalypha hispida Burm.f. 'Alba', Clerodendrum trichotomum Thunb., Melissa officinalis L. 'Mandarina', Monarda didyma 'Balmy Pink', Medinilla sp., Fuchsia paniculata Lindl., Paeonia suffruticosa var. papaveracea (Andrews) A.Kern., Passiflora capsularis L., Aconitum soongaricum (Regel) Stapf (Regel) Stapf ., Allium caeruleum Pall., Davidia-involucrata Baill., Ochna serrulata Walp., Allium pskemense B.Fedtsch, Allium sphaerocephalon L., Caryota cf. Mitis, Eustrephus latifolius R.Br., Canna indica L., Iris domestica (L.) Goldblatt & Mabb., Festuca glauca Vill. 'Festina'., Adiantum venustum D.Don. dekorativ kol-ağac və gül bitkilərinə aid toxumlar tədarük edilib.
Toxum nümunələri ətraf mühitin davamlılığının təmin edilməsi, biomüxtəlifliyin qorunması və bitki kolleksiyalarının növ tərkibinin zənginləşdirilməsi məqsədilə əldə edilib.
Laboratoriyanın mütəxəssis heyəti tərəfindən beynəlxalq toxum mübadiləsi çərçivəsində əldə olunan bitki növlərinin bioekoloji xüsusiyyətləri kompleks şəkildə öyrənilmiş və onların "Dendrologiya Bağı"nın ərazisində yerləşən tədqiqat sahələrində və istixanalarında introduksiyası nəzərdə tutulub.

YAP  Xəzər rayon təşkilatının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilibYeni Azərbaycan Partiyası (YAP)...
20/07/2026

YAP Xəzər rayon təşkilatının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib. YAP Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbirdə YAP Xəzər rayon təşkilatının yaranmasının 33 illiyinə həsr olunmuş film nümayiş etdirilib.
Çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə ölkədə mövcud olan ictimai-siyasi vəziyyətdən bəhs edib.
“Ölkəmizin dövlət müstəqilliyini yenidən bərpa etdiyi, mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik, inkişaf və milli həmrəylik arzularının təcəssümü idi. Bu mühüm addımın davamı olaraq, 1993-cü ilin iyul ayında YAP Xəzər rayon təşkilatının təsis konfransı keçirildi və bununla da təşkilat rəsmi fəaliyyətə başladı”-deyə, o, bildirib. Sədr qeyd edib ki, 33 il ərzində YAP Xəzər rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirib, ölkədə həyata keçirilən siyasi kursun rayon səviyyəsində dəstəklənməsi və təbliği istiqamətində mühüm rol oynayıb.
Çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, 33 il ərzində YAP Xəzər rayon təşkilatı müxtəlif ictimai təşəbbüslərin həyata keçirilməsində, gənclərin və qadınların ictimai fəallığının artırılmasında, şəhid ailələri və qazilərlə bağlı sosial layihələrin reallaşdırılmasında, ətraf mühitin mühafizəsi və vətəndaş cəmiyyətinin inkişafı kimi sahələrdə mühüm işlər görüb. O vurğulayıb ki, YAP Xəzər rayon təşkilatı eyni zamanda Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların təbliği istiqamətində də ardıcıl və sistemli fəaliyyət göstərir.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova iştirak ediblər.
Çıxış edənlər YAP Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə partiya üzvlərini təbrik ediblər. Qeyd olunub ki, ölkəmizin ən güclü və ən mütəşəkkil siyasi qüvvəsi kimi tanınan YAP öz fəaliyyətində daim milli maraqları prioritet hesab edərək dövlətçilik ənənələrinin qorunmasına və möhkəmləndirilməsinə töhfə verir.
Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə isə fəxri fərmanlar təqdim edilib.
Təltifetmə mərasimindən sonra tədbirin bədii hissəsi keçirilib. Respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfat...
03/07/2026

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür. Təbrik edirik!

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı, Vətənimizin keşiyində mətin dayanan ...
26/06/2026

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı, Vətənimizin keşiyində mətin dayanan bütün hərbi qulluqçuları, qaziləri ürəkdən təbrik edirik.
Azərbaycan Ordusunun gücü, peşəkarlığı və fədakarlığı dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin ən möhkəm təminatıdır.
Bayramınız mübarək!

Address

Azərbaycan, Bakı şəhəri, Xəzər Rayonu, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin Küç. 89
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Dendrologiya Bağı Publik Hüquqi Şəxs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share