Rovshan Mammadov

Rovshan Mammadov "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Çin Media Korporasiyasının Dublyaj Mərkəzinin...
13/08/2026

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Çin Media Korporasiyasının Dublyaj Mərkəzinin direktoru Van Lu, Tərcümə şöbəsi direktorunun müavini Yu Yu, Xarici Təbliğat şöbəsinin direktor müavini Sun Tsyuan, baş mütəxəssis Tsin Tsin və Avrasiya Bürosunun Direktorlar Katibliyinin rəhbəri Syuy Hunbo ilə görüş keçirib.

Görüşdə AzTV-nin fəaliyyəti, layihələri, sənədli filmləri və dublyaj imkanları barədə məlumat verilib. Rövşən Məmmədov Azərbaycan və Çin media qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər təcrübə mübadiləsi, birgə layihələr, həmçinin cizgi filmləri və tarixi sənədli filmlərin qarşılıqlı dublyajı və nümayişi imkanlarını müzakirə ediblər. Görüşdə gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri Ləman Cəli...
13/08/2026

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri Ləman Cəlilova, Elbrus İbrahimov və Elmar Məmmədrzayev ilə görüş keçirib.

Görüş zamanı Rövşən Məmmədov qonaqlara QSC-nin fəaliyyəti, həyata keçirdiyi layihələr və qarşıya qoyulan məqsədlər barədə məlumat verib. Sədr müsabiqənin qaliblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

12/08/2026

Prezident: "Ordubadda su elektrik stansiyasına vəsait ayıracağıq"

12/08/2026

Prezident: "2 batareya saxlanc qurğusu yaratdıq"

12/08/2026

Prezident Sərəncam imzalayacaq

12/08/2026

Prezident Naxçıvanda enerji təhlükəsizliyindən danışdı

12/08/2026

Prezident Ermənistanı gözlənilən böhrandan xilas edəcək layihədən danışdı

12/08/2026

Prezident: "Kim bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməsin"

12/08/2026

Prezident: "Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq"

12/08/2026

Prezident İlham Əliyev: "Azərbaycan onların sırasında birincidir"

Address

Mehdi Hüseyn Küçəsi 1
Baku
AZ1006

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Rovshan Mammadov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share