04/08/2026
YENİ TƏMAYÜL TƏDRİS MODELİNƏ QEYDİYYAT DAVAM EDİR
GƏLƏCƏYİNİ QUR, MARAQLARINI İNKİŞAF ET, UĞURLA ADDIMLA!
Hazırda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X–XI sinifləri üçün nəzərdə tutulan Yeni Təmayül Tədris Modeli üzrə şagird və müəllimlərin qeydiyyat prosesi davam edir.
70 nömrəli məktəb lisey də bu pilot layihənin həyata keçiriləcəyi 31 məktəbdən biridir.
Məktəbimizdə pilot təmayül tədris modeli üzrə X və XI siniflərə qeydiyyat davam edir.
Xatırladaq ki, yeni təmayül tədris modeli:
* Məktəbin akademik rolunun gücləndirilməsinə;
* Şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə;
* Şagirdlərin maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Düzgün seçim – parlaq gələcək!