Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti

Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon İcra Hakimiyyəti Respublika Prezidentinin tapşırıqlarını yerinə yetirir.

20 avqust 2026-cı il tarixində Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bak...
21/08/2026

20 avqust 2026-cı il tarixində Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Tural və "Qismət" qrupunun iştirakı ilə konsert proqramı keçirilib.

Tədbir rayon sakinlərinin, xüsusilə gənclərin və musiqisevərlərin böyük marağına səbəb olub. Konsert proqramında müxtəlif musiqi nümunələri səsləndirilib, tamaşaçılara xoş və yaddaqalan anlar bəxş edilib.

Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində bu cür mədəni-kütləvi tədbirlərin keçirilməsi rayon sakinlərinin asudə vaxtının səmərəli təşkilinə, onların musiqi və incəsənətə marağının artırılmasına xidmət edir.

19.08.2026-cı il tarixdə  257 nömrəli məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, hüquq-...
20/08/2026

19.08.2026-cı il tarixdə 257 nömrəli məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

İcra başçısı daha sonra çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. İcra başçısı qeyd edib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bölgənin dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin böyük sürətlə davam etdiyini deyən icra başçısı qeyd edib ki, qarşıdakı dövrdə Böyük Qayıdış Proqramının tam icra olunması, ordumuzun daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır. Prezident İlham Əliyev bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Bizim vəzifəmiz görülən işlərə, inkişaf siyasətinə dəstək olmaqdır.

Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

19/08/2026
17 avqust 2026-cı il tarixində Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti,  Bakı...
18/08/2026

17 avqust 2026-cı il tarixində Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, YAP Xətai rayon təşkilatı və "Space TV"- nin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xalq artisti Valeh Kərimov, “Space” televiziyasının baş direktoru Ayaz Mustafayev və rayon sakinləri iştirak ediblər.

Görüşdə Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm xidmətləri olan Afaq Bəşirqızının zəngin yaradıcılıq fəaliyyəti və sənət yolu barədə söhbət aparılıb. Xalq artistinin çoxillik səhnə fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələr və tamaşaçı sevgisi xüsusi vurğulanıb.

Səmimi şəraitdə keçən görüş zamanı Afaq Bəşirqızı yaradıcılıq fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, sənət yolu və səhnə fəaliyyəti barədə danışıb, rayon sakinlərinin suallarını cavablandırıb.

Tədbirin musiqili qonaqları əməkdar artist Amil Həsənoğlu, Şölə Səfərəliyeva, gənc müğənni Rəsul Əfəndiyev olub. İfaçıların təqdim etdiyi musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və görüşə xüsusi rəng qatıb.

Çıxışlar zamanı Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında tanınmış sənətkarların xidmətləri qeyd olunub, bu cür mədəni tədbirlərin rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyəti vurğulanıb.

Görüş iştirakçıların böyük marağı ilə qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.

16.08.2026-cı il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyət...
17/08/2026

16.08.2026-cı il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqlar üçün “Üç quzu və Canavar” kukla tamaşası nümayiş olunub.

Uşaqların asudə vaxtının səmərəli təşkili və onların mədəni tədbirlərə marağının artırılması məqsədilə təşkil olunan tamaşa balacalar tərəfindən böyük maraqla qarşılanıb. Rəngarəng səhnə quruluşu, maraqlı süjet və obrazların təqdimatı uşaqlara xoş əhval-ruhiyyə bəxş edib.

16.08.2026-cı il tarixdə Vətən Müharibəsi şəhidi Rəfiyev Ülvi Rafael oğlunun məzarı ziyarət edilib.Tədbirdə rayon İcra H...
17/08/2026

16.08.2026-cı il tarixdə Vətən Müharibəsi şəhidi Rəfiyev Ülvi Rafael oğlunun məzarı ziyarət edilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına tər gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!

15 avqust 2026-cı il tarixində Xətai rayonunda yerləşən Nizami Gəncəvi adına istirahət parkında sakinlər üçün konsert pr...
17/08/2026

15 avqust 2026-cı il tarixində Xətai rayonunda yerləşən Nizami Gəncəvi adına istirahət parkında sakinlər üçün konsert proqramı təşkil olunub.

Bakı Şəhər İcra Hakimiyyəti və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon sakinləri iştirak ediblər.

Konsert proqramında tamaşaçılara müxtəlif musiqi nömrələri təqdim olunub. Tədbir sakinlərin asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahətinin təmin olunması və şəhər mühitində ictimai-mədəni tədbirlərin keçirilməsi baxımından əhəmiyyət daşıyıb.

Açıq havada keçirilən konsert iştirakçılar tərəfindən maraqla qarşılanıb. Musiqi proqramı boyunca parkda xoş əhval-ruhiyyə hökm sürüb.

Address

Xocalı Prospekti 41
Baku

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00

Telephone

+994124900808

Alerts

Be the first to know and let us send you an email when Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share