Nəsimi Bələdiyyəsi

Nəsimi Bələdiyyəsi Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi Bələdiyyəsi Nəsimi rayonu Xətai, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonları ilə həmsərhəddir.

Nəsimi rayonunun ərazisi

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nəsimi rayonun 13.06.1969-cu il tarixdə yaradılmışdır. İnzibati ərazisi 10,0 kv.km.-dir. Rayon ərazisində Nəsimi Bələdiyyəsi fəaliyyət göstərir. Nəsimi rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir. Rayon ərazisində 19 iri sənaye müəssisəsi, 4 Elmi Tədqiqat və Layihə İnstitutu, 13 bank və on

ların filialları, 9 rabitə müəssisəsi, 11 mehmanxana yerləşir. İşçilərin sayına görə ən iri müəssisə “Bakı Tikiş Evi” ASC-dir. Rayon ərazisində 8 ali məktəb (Azərbaycan Neft Akademiyasi, Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti), 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi yerləşir.

Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə rayonda 12 istirahət parkı, 1 mədəniyyət evi, 3 kinoteatr, 6 kitabxana (kitab fondu – 632900) fəaliyyət göstərir. Bütün bunlardan əlavə Heydər Əliyev Sarayı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Dəmir Yolu Vağzalı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, 28 May, C.Cabbarlı, 20 Yanvar və Memar Əcəmi metro stansiyaları Nəsimi rayonunun ərazisində yerləşir. Habelə rayonda 14 siyasi partiyanın rayon şöbəsi, 45 qeyri-hökümət təşkilatı, 17 beynəlxalq təşkilat, 7 dini icma fəaliyyət göstərir. Nəsimi rayonu ərazisində 3 Seçki Dairəsi: 21 saylı Nəsimi birinci (29 məntəqə), 22 sayli Nəsimi ikinci (30 məntəqə) və 23 saylı Nəsimi-Səbail (Nəsimi rayonu üzrə 19 məntəqə) Seçki Komissiyaları fəaliyyət göstərir. Nəsimi rayonunun əhalisi

Əhalisi 01.01.2014-cü il tarixə rəsmi qeydiyyatda 217900 nəfərdir. Onlardan 107900 nəfərini kişilər, 110000 nəfərini isə qadınlar təşkil edir. Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 2457 ailə (10872 nəfər) rayon ərazisində müvəqqəti məskunlaşmışdır. Rayonda 152 şəhid (138-i Qarabağ müharibəsi şəhidi, 14-ü 20 Yanvar şəhidi) ailəsi vardır.

https://kanalim5.az/index.php?newsid=2506
13/11/2025

https://kanalim5.az/index.php?newsid=2506

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri – 8 Noyabr, Şuşa şəhərinin azad olunduğu gündür. Bu tarix, təkcə bir şəhərin işğaldan xilasını deyil, xalqımızın azadlıq iradəsini, milli birliyini və dövlətçilik əzmini təcəssüm etdirir. 2020-ci ilin 8 noyabr....

https://intertv.az/index.php?newsid=57630
13/11/2025

https://intertv.az/index.php?newsid=57630

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri – 8 Noyabr, Şuşa şəhərinin azad olunduğu gündür. Bu tarix, təkcə bir şəhərin işğaldan xilasını deyil, xalqımızın azadlıq iradəsini, milli birliyini və dövlətçilik əzmini təcəssüm etdirir. 2020-ci ilin 8 noyabr....

https://aia.az/114637-azerbaycanin-tarixi-qelebesi-8-noyabr.html
07/11/2025

https://aia.az/114637-azerbaycanin-tarixi-qelebesi-8-noyabr.html

8 Noyabr Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış bir gündür. Bu tarix təkcə bir qələbə günü deyil, həm də xalqımızın iradəsinin, birliyinin və qəhrəmanlığının simvoludur. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu uzun illər işğal altında qalm...

Address

Samad Vurghun, 112
Baku
AZ1022

Opening Hours

Monday 09:30 - 18:00
Tuesday 09:30 - 18:00
Wednesday 09:30 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124405071

Alerts

Be the first to know and let us send you an email when Nəsimi Bələdiyyəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nəsimi Bələdiyyəsi:

Share