Rövşən Rüstəmov

Rövşən Rüstəmov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri

1980-ci ildə anadan olmuşdur.

1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib.

2001-2003-cü illərdə Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

2004-2007-ci illərdə elmi fəaliyyəti

çərçivəsində iqtisadiyyatın davamlı inkişaf problemləri üzrə dissertasiya işini müdafiə edərək İqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2004-2012-ci illərdə “Azərpoçt” MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2014-2021-ci illərdə “Azərkosmos” ASC-də sədr müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edilib.

Hörmətli media nümayəndələri!Milli Mətbuat və Jurnalistika Günü münasibətilə sizi ürəkdən təbrik edirəm.Əsr yarımlıq mil...
22/07/2026

Hörmətli media nümayəndələri!

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə sizi ürəkdən təbrik edirəm.

Əsr yarımlıq milli mətbuat irsimizin daha da zənginləşdirilməsi naminə peşəkar fəaliyyətinizdə sizə möhkəm cansağlığı, uğurlar və davamlı nailiyyətlər arzulayıram.

Bu gün əlamətdar bir yubileyi – Azərbaycan dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyini qeyd edirik.1926-cı il ...
06/07/2026

Bu gün əlamətdar bir yubileyi – Azərbaycan dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyini qeyd edirik.

1926-cı il iyulun 6-da Sabunçu–Suraxanı xəttində ilk elektrikli sərnişin qatarının hərəkətə başlaması ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında yeni dövrün əsasını qoydu. Məhz həmin gün sürət, etibarlılıq və təhlükəsizlik baxımından yeni standartların təməli qoyuldu.

Sonrakı onilliklər ərzində elektrikləşdirmə Azərbaycan dəmir yollarının inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevrildi. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr sayəsində bu sahədə mühüm nailiyyətlər əldə olundu.

Bu gün Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq ADY müasir və dayanıqlı dəmir yolu sisteminin qurulmasını uğurla davam etdirir. İnfrastruktur yenilənir, elektrikləşdirmə genişlənir, rəqəmsal həllər tətbiq olunur, Abşeron dairəvi dəmir yolu marşrutu inkişaf etdirilir, yeni xətlər istifadəyə verilir və ənənəvi marşrutlar bərpa olunur.

100 il əvvəl atılmış bu mühüm addım bu gün də bizi irəli aparan inkişaf yolunun möhkəm təməlidir. Keçmişdən aldığımız güclə dəmir yollarının gələcəyini daha müasir, təhlükəsiz və dayanıqlı şəkildə qurmağa davam edəcəyik.

Rusiya Federasiyasına işgüzar səfərimiz çərçivəsində Rusiya Dəmir Yollarının rəhbərliyi, eləcə də Rusiya və İranın dəmir...
03/07/2026

Rusiya Federasiyasına işgüzar səfərimiz çərçivəsində Rusiya Dəmir Yollarının rəhbərliyi, eləcə də Rusiya və İranın dəmiryol administrasiyalarının rəhbər heyəti ilə səmərəli görüşlər keçirdik.

Şimal–Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, dəhliz üzrə yükdaşımaların səmərəliliyinin artırılması və rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, həmçinin kadr potensialının inkişafı istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik.

Səfər çərçivəsində Rusiyadakı yükgöndərənlərlə də görüşərək ADY-nin təhlükəsiz və dayanıqlı yükdaşıma xidmətlərini, daha operativ yük əməliyyatları üçün tətbiq olunan rəqəmsal həlləri diqqətə çatdırdıq.

Vətənimizin keşiyində qürurla dayanan, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi naminə şərəflə xidmət ed...
26/06/2026

Vətənimizin keşiyində qürurla dayanan, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbi qulluqçularımızı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.

Bu gün peşə bayramını qeyd edən bütün dənizçiləri səmimi-qəlbdən təbrik edirəm.Dənizçilər ölkəmizin nəqliyyat-logistika ...
25/06/2026

Bu gün peşə bayramını qeyd edən bütün dənizçiləri səmimi-qəlbdən təbrik edirəm.

Dənizçilər ölkəmizin nəqliyyat-logistika sisteminin etibarlı fəaliyyətində, beynəlxalq ticarət əlaqələrinin genişlənməsində və Azərbaycanın tranzit potensialının gücləndirilməsində mühüm rol oynayırlar. Onların peşəkar və fədakar fəaliyyəti Orta Dəhlizin dayanıqlı inkişafına və regionun nəqliyyat xəritəsində Azərbaycanın mövqeyinin möhkəmlənməsinə töhfə verir.

Bakı Limanı ilə sıx əməkdaşlıq dəniz əməliyyatlarının dəmir yolu və dəniz nəqliyyatına səmərəli inteqrasiyasını, yüklərin operativ və təhlükəsiz daşınmasını təmin edir. Birgə fəaliyyətimiz sayəsində ölkəmizin logistika imkanları genişlənir, beynəlxalq yükdaşımaların həcmi artır.

Bütün dənizçilərə möhkəm cansağlığı, əlverişli səfərlər, sakit sular və yeni uğurlar arzulayıram.

Çinə səfərimiz çərçivəsində bu ölkənin “CRRC Zhuzhou Locomotive” və “CRRC Nanjing Puzhen” şirkətlərində olduq, faydalı g...
25/06/2026

Çinə səfərimiz çərçivəsində bu ölkənin “CRRC Zhuzhou Locomotive” və “CRRC Nanjing Puzhen” şirkətlərində olduq, faydalı görüşlər keçirdik.

Azərbaycanda dəmir yolu ilə sərnişindaşımanın inkişafı və müasir hərəkət tərkibi parkının genişləndirilməsi istiqamətində əməkdaşlıq barədə müzakirələr apardıq, bu şirkətlərdən müasir sərnişin qatarları və vaqonlarının alınması imkanlarını dəyərləndirdik və hərəkət tərkiblərinə baxış keçirdik.

Çinə səfərimiz çərçivəsində Şanxayda “Transport Logistic China 2026” sərgisində iştirak etdik, sərginin işi ilə tanış ol...
24/06/2026

Çinə səfərimiz çərçivəsində Şanxayda “Transport Logistic China 2026” sərgisində iştirak etdik, sərginin işi ilə tanış olduq, “Interrail Holding AG” və Hamburq Limanının idarəçisi olan “METRANS” şirkətinin rəhbərliyi ilə görüşlər keçirərək Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yük daşımalarının genişləndirilməsi, Orta Dəhliz üzrə yeni logistika xidmətlərinin formalaşdırılması və Bakı Limanının Avropa limanları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli müzakirələr apardıq.

Çinə səfərimiz çərçivəsində ADY-nin lokomotiv parkının yenilənməsi üzrə səmərəli görüş keçirdik.“CRRC Ziyang” şirkəti il...
23/06/2026

Çinə səfərimiz çərçivəsində ADY-nin lokomotiv parkının yenilənməsi üzrə səmərəli görüş keçirdik.

“CRRC Ziyang” şirkəti ilə 4 yeni magistral sərnişin lokomotivinin alınmasına dair müqavilə imzaladıq. Eyni zamanda, ötən il sifariş etdiyimiz 7 yük lokomotivinin istehsal prosesi ilə tanış olduq və əlavə 14 lokomotivin alınması üzrə müzakirələr apardıq.

ADY-nin lokomotiv parkının yenilənməsi beynəlxalq nəqliyyat dəhlizləri üzrə daha çevik, təhlükəsiz və dayanıqlı yük daşımalarının təşkilinə, həmçinin sərnişindaşıma xidmətinin daha da yüksəldilməsinə imkan verəcək.

33 il əvvəl Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizin və xalqımızın taleyində dönüş nöqtəsi, müa...
15/06/2026

33 il əvvəl Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizin və xalqımızın taleyində dönüş nöqtəsi, müasir Azərbaycanın yüksəlişinin başlanğıcı oldu.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edirik.

İran İslam Respublikasına səfərimiz çərçivəsində iranlı həmkarım Cabbar Əli Zakeri ilə birgə Astara Terminalında aparıla...
11/06/2026

İran İslam Respublikasına səfərimiz çərçivəsində iranlı həmkarım Cabbar Əli Zakeri ilə birgə Astara Terminalında aparılan tikinti işlərinin gedişi ilə tanış olduq, Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə etdik.

Sonda Astara Terminalının tikintisinin tamamlanması və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzaladıq.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Rövşən Rüstəmov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rövşən Rüstəmov:

Shortcuts

Share