Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Enerji sahəsində fəaliyyət göstərən şirkətlərin nəzərinəTürkiyədə ümumi gücü 900 MVt olan 14 günəş elektrik stansiyasını...
04/08/2026

Enerji sahəsində fəaliyyət göstərən şirkətlərin nəzərinə

Türkiyədə ümumi gücü 900 MVt olan 14 günəş elektrik stansiyasının və ümumi gücü 1500 MVt olan 7 külək elektrik stansiyasının layihələndirilməsi üzrə hərrac keçirilir.

Sözügedən hərraclarda iştirak etməkdə maraqlı olan şirkətlər 13 oktyabr 2026-cı il tarixində 10:00-12:00 (GMT+3) saatları arasında aşağıdakı linklər vasitəsilə müraciət edə bilərlər.

Günəş enerjisi: https://enerji.gov.tr/duyuru-detay?id=30627
Külək enerjisi: https://enerji.gov.tr/duyuru-detay?id=30626

Cari ilin 22 iyul tarixində Azərbaycanın Avstriya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Birləşmiş Millətlər ...
24/07/2026

Cari ilin 22 iyul tarixində Azərbaycanın Avstriya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında təmiz hidrogen iqtisadiyyatının inkişafı mövzusunda onlayn görüş keçirilmişdir.

Görüşdə Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və UNIDO-nun Avropa və Mərkəzi Asiya üzrə regional bürosunun rəhbəri Solomiya Omelian, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) direktoru Aysel Yaqubova və digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.

Görüşün əsas məqsədi Azərbaycanda təmiz hidrogen sahəsində bilik və bacarıqların artırılmasına dair regional platformanın yaradılması, həmçinin mümkün pilot layihələrin həyata keçirilməsi üçün texniki dəstək imkanlarının müzakirəsi olmuşdur. UNIDO tərəfindən həyata keçirilən “Global Clean Hydrogen Programme” çərçivəsində Azərbaycan üzrə sənaye sektoru, o cümlədən dəniz nəqliyyatı sahəsində təmiz hidrogen texnologiyalarının tətbiqi istiqamətində institusional və sənaye potensialının gücləndirilməsi, yerli təchizat zəncirinin inkişafı, müvafiq standartların və təhlükəsizlik tələblərinin hazırlanması, habelə təlim proqramlarının təşkili ilə bağlı ilkin danışıqlar aparılmışdır.

Eyni zamanda görüşdə Azərbaycanda təmiz hidrogen layihəsinin icrası, dayanıqlı aviasiya yanacağının istehsalı (SAF) istiqamətində əməkdaşlıq və dəstək imkanları, dənizçilik sahəsində həyata keçirilən qlobal təşəbbüsün milli səviyyədə əlaqələndirilməsi, potensial alıcıların prosesə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.

Address

Hökumət Evi, Ü. Hacibəyli 84
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125259631

Alerts

Be the first to know and let us send you an email when Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi:

Shortcuts

Share