Xaliq Hüseynov

Xaliq Hüseynov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xaliq Hüseynov, əliağa kürçaylı 5a, Baku.

18 saylı Nərimanov-Nizami SD-dən deputatlığa namizəd,
"Dental Estetik Center" klinikasının təsisçisi,EDAD-ın üzvü,
AZEDAD-ın sədri Xaliq İsa oğlu Hüseynovun rəsmi səhifəsi.

Dəyərli dostlar, əziz həmkarlar, siyasi həmfikirlər!Seçkinin nəticələrindən asılı olmayaraq Seçki müddətində mənə dəstək...
02/09/2024

Dəyərli dostlar, əziz həmkarlar, siyasi həmfikirlər!
Seçkinin nəticələrindən asılı olmayaraq Seçki müddətində mənə dəstək olan hər bir şəxsə dərin təşəkkürümü bildirirəm. Çox şadam ki, bu qədər insanın sevgisini, rəğbətini qazana bilmişəm. Əminəm ki, bu seçki təcrübəsi uğurlu bir yolun başlangıcıdır. Müasir, müstəqil Azərbaycanımızın inkişafı naminə bütün seçilənlərə uğurlar arzu edirəm. Bizim məqsədimiz bir, yolumuz birdir. Cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasının uğurlu siyasətinin təbliğinə davam!
Nəsimi və Yasamal rayon sakinlərinə, xüsusən də seçkiyə gələrək mənə səs verən minlərlə seçiciyə təşəkkür edirəm!
Daha böyük uğurlar qarşıdadır! Yeni dövrə Yeni Azərbaycanla! Azərbaycan Partiyası/ New Azerbaijan PartyAzərbaycan Partiyası/ New Azerbaijan Party çıkar Administrasiyası

13/11/2020
27/08/2020

Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!

Сколько душевных, трогательных слов, прекрасных, добрых пожеланий! Сколько всего выражено так сердечно! Благодарю всех за поздравления с днём рождения! Спасибо за вашу любовь, доверие, уважение, внимание и искренность! Спасибо за теплоту ваших чувств и слов! Желаю всем вам и вашим родным крепкого здоровья, прекрасного настроения, неиссякаемой любви и счастья!

Bu gün 26 iyun - Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edirik.Vətən, torpaq, milli mənliyə dəyər verən hər bir kəs üçü...
26/06/2020

Bu gün 26 iyun - Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edirik.
Vətən, torpaq, milli mənliyə dəyər verən hər bir kəs üçün müqəddəs gündür, bu gün! Vətəni sevmək imandan olduğu kimi Vətəni qoruyan orduya, əsgərə olan vətənpərvərlik bağı da möhkəm, qırılmaz olmalıdır. 100 ili aşan tarixə malik ordumuza rəsmi qiymət - 26 iyunun - Silahlı Qüvvələr günü kimi qeyd olunması ilk dəfə 1998-ci ildə Ulu Öndər H.Əliyev tərəfindən imzalanan fərmanla verildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.Bir qisminin həqiqi Vətən fədaisi, bir qisminin isə vətən xaini olduğu hərbi birləşmələrdən nizamlı, müzəffər bir ordu yaratmaq çətin və məsuliyyətli bir vəzifə idi.Xalqın çətin günlərində ona dayaq duran vətən fədailəri bir yerə toplanaraq, xəyanətkarlardan arındılar, saflaşdılar.Beləliklə, Azərbaycan ordusu yenidən, zərrələrdən toparlanıb, güclənməyə, var olmağa başladı.Bu möhtəşəm QURULUŞU layiqli davamçı cənab prezident İlham Əliyev qüdrətli bir sərkərdəyə xas olan cəsarətli qərarları, mahir ordu quruculuğu qabiliyyəti olan əsl vətənpərvər kimi davam etdirməkdədir! Yarım qalmış müharibənin ən dəhşətli zərbəsi ondan ibarət idi ki, ard-arda faciələr yaşamış xalqımızın döyüş ruhu sındırılmışdı.Bu torpağın uğrunda canından keçən saysız şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin, yenidən döyüşə atılmağa hazır olan bacı və qardaşlarımızın xidməti əvəzsiz olsa da, torpaqlarımızın işğalı hər birimizin mənəvi çöküşünə səbəb olmuşdu.Yeni bir həmlə, yeni bir nəfəs ilə ilk öncə Mübariz İbrahimov, daha sonra 2016-ci il aprel döyüşlərində misilsiz şücaət göstərən - şəhid, qazi, əlil olan igidlərimizin timsalında Azərbaycan ordusu öz yenilməzliyi ilə tarix yazaraq yenidən öz qüdrətini özünə qaytardı! Bu bir həqiqət və reallıqdır ki, Azərbaycan ordusunun qüdrətini, Azərbaycan əsgərinin yenilməzlik obrazını cəmiyyətimizə, habelə dünya ictimaiyyətinə məhz İlham Əliyev təqdim etdi.Bir növ gözümüzü qırmağa çalışan mənfur ermənilərin dünya masştabında mükəmməl siyasi taktika ilə işğalçı, rasist və terrorçu bir millət olduqları bütün dünyaya bəyan edildi.Ən mötəbər kürsüdən erməni dövlətinin məhz Azərbaycan torpaqlarında yaradılması həqiqəti Azərbaycan tarixində ilk dəfə cəsarətli bir sərkərdə kimi Ali Baş Komandan İlham Əliyev tərəfindən diqtə edildi. Bu siyasi gedişlər Azərbaycan ordusunu addım-addım böyük Qələbəyə doğru aparır! Bu gün hər bir azərbaycanlı inanır ki, Azərbaycan Ordusu adını tezliklə qalib ordular cərgəsinə yazacaq! Qələbə xəbərini eşidək, Azərbaycan ordusu! Qətiyyətin daim olsun, Ali Baş Komandan! Zəfər gününü bayram etmək diləyi ilə Vətən torpaqlarının işğaldan azad olunmasını səbirsizliklə gözləyən, bu yolda müsəlləh əsgər kimi hər an döyüşə hazır olan bütün həmvətənlərimi 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə təbrik edirəm! Uca Allah keşiyimizi çəkən əsgərlərimizi, bütün hərbçilərimizi qorusun!
GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN ƏSGƏRİ!

17/06/2020

DİQQƏTLƏ OXUYUN! Faydalıdır!

❗1-- Covid19 ilə bir neçə ay yaşayacağıq. Bunu inkar etməyək və çaxnaşmayaq. Gəlmədən həyatımızı çətinləşdirməyək. Xoşbəxt olmağı və bu həqiqətlə yaşamağı öyrənək.

❗2 - Virus yayın gəlməsi ilə azalmayacaq. İndi Braziliyada və Argentinada yay isti keçsə də, virus tez orada yayıldı.

❗3-- Həddindən artıq su içərək hüceyrələrə girən Covid19 viruslarını məhv edə bilməzsiniz, sadəcə tez-tez tualetə gedəcəksiniz.

❗4 - Əllərinizi yuyub 1,8 metr məsafədə dayanmaq özünüzü virusdan qorumağın ən yaxşı yoludur. Evdə Covid19 xəstəsi yoxdursa, evdəki səthləri sanitarizasiya etmək lazım deyil.

❗5-- Yük qablaşdırmaları, qaz nasosları, arabalar və ya bankomatlar infeksiyaya səbəb olmur. Əllərinizi yuyun, həmişəki kimi yaşayın.

❗6-- Covid19, qidadan qaynaqlanan bir infeksiya deyil. Bu qrip kimi bir damla bağlı bir infeksiya. Yemək sifariş edərkən sənədləşdirilmiş Covid19 riski yoxdur.

❗7 - Sauna girmək, hüceyrəyə daxil olan Covid19 viruslarını öldürmür.

❗8-- Bir çox allergiya və virus infeksiyası ilə qoxu hissinizi itirə bilərsiniz. Bu Covid19 üçün qeyri-spesifik bir simptomdur.

❗9-- Evə gəldikdən sonra paltar dəyişib dərhal duş qəbul etməyimizə ehtiyac yoxdur. Saflıq paranoyya deyil, fəzilətdir.

❗10-- Covid19 virusu havada asılmır. Bu, yaxın təmas tələb edən damcı infeksiyasıdır. Hava təmizdir, bağlarda gəzə bilərsən (biraz məsafədə), parklarda.

❗11-- Covid19 bir irqi və ya dini bölüşmür, bütün insanlara ötürülür.

❗ 12. Covid19-a qarşı adi bir sabun istifadə etmək kifayətdir, antibakterial sabun götürmək lazım deyil. Hər halda, virus bakteriya deyil.

❗13 - Yemək sifarişlərinizdən narahat olmaq lazım deyil. Ancaq istəsən, mikrodalğalı sobada bir az isidə bilərsiniz.

❗14-- Covid19-u evinizə ayyaqabınızla gətirmək və xəstələnmək şansı gündə iki dəfə ildırım vurmaqla eynidir. Mən 20 ildir viruslara qarşı işləyirəm, damcı infeksiyaları belə yayılmır.

❗15-- Sirkə, sumak, soda və zəncəfil içib / yeyirsinizsə, özünüzü virusdan müdafiə edə bilməzsiniz. Amma faydalıdır.

❗16 - Əlcək taxmaq p*s bir fikirdir, virus əlcəkdə toplana bilər və üzə toxunaraq asanlıqla ötürülə bilər. Əllərinizi yumaq daha yaxşı olar.

❗17 - Qapalı yerlərdə, insanlarla təmasda qoruyucu maskadan istifadə etmək vacibdir.

Salam əziz izləyicilərim! Məni tanıyan bütün dostlara, qohumlara, tanışlara, bütün xalqımıza üzümü tutaraq, bu gün üzləş...
16/06/2020

Salam əziz izləyicilərim! Məni tanıyan bütün dostlara, qohumlara, tanışlara, bütün xalqımıza üzümü tutaraq, bu gün üzləşdiyim, gözlərimlə gördüyüm bəzi hadisələri bölüşmək istəyirəm.Bilirsiniz ki, artıq uzun müddətdir ki, hamılıqla, millət, dövlət olaraq gündəlik həyatımızı alt-üst edən Covid-19 virisu ilə mübarizə aparırıq.İlkin mərhələdə pandemiyanın fəsadlarını cüzi hiss etsək də, son günlər artıq bu virusu ən yaxınımızda tanışlarımızın, qohumlarımızın timsalında izləməkdəyik.Bu gün elə bir neçə pasiyentimin virusa yoluxduğunu və implant dişləri ilə əlaqədar köməyimə ehtiyacları olduğunu öyrəndim.Dərhal, gecikmədən həmin xəstələrin yanına getdim.Gördüyüm mənzərə dəhşətli idi.Nəfəs almaqda çətinlik çəkən bu insanların ölüm-dirim mübarizəsi apardıqlarını gördükcə, ürəyimdən yalnız bir hiss keçirdi - necə edim ki, bu infeksiyanın varlığına daha çox insanı inandırım.Bu bir müharibə və mübarizədir! Və bu mübarizədə əziyyət çəkən bütün tibb personallarının, eləcə də dövlətimizin əziyyəti dəyərləndirilməlidir.Müharibədə yalnız yekdil səfərbərlik və milli birlik Qələbəni mümkün edir! Bunun üçün yalnız bir xahişim və müraciətim var - özünüzü və ailənizi qoruyun! Dövlətimizə dəstək olun! Qaydalara riayət edin! VİRUS SEÇİM ETMİR! Hər an hər birimizin qapısını döyə bilər!

May ayının 10-u Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.  Heydər Əliyevin həyatı Azərbaycanın müasir tarixi kimi z...
10/05/2020

May ayının 10-u Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin həyatı Azərbaycanın müasir tarixi kimi zəngin və rəngarəng olmuşdur. Müxtəlif siyasi şəraitlərdə Azərbaycana rəhbərlik edən Ümummilli Lider onun inkişafına müstəsna töhvələr vermiş, nəticə etibarilə müstəqil Azərbaycan Respublikasının qurucusu kimi tarixi missiyanı həyata keçirmişdir.
Heydər Əliyev Azərbaycanın təkcə keçmişi deyil, həm də bu günü və gələcəyidir. Onun ideyaları yaşayır, zəngin siyasi və dövlətçilik irsi ölkəmizin inkişafı yoluna işıq salır.
Azərbaycan xalqı həmişə, bütün dövrlərdə Heydər Əliyevə böyük hörmət və etimad göstərib. Onun xatirəsinə dərin hörmət və məhəbbət xalqımızın dövlətçilik ənənəsinin vacib tərkib hissəsinə çevrilib. Azərbaycanın dahi tarixi şəxsiyyətləri sırasında Heydər Əliyev ən layiqli yer tutur.

Mehriban Əliyeva: Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün d...
07/05/2020

Mehriban Əliyeva: Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza növbəti dəfə müraciət edib.
AZƏRTAC müraciəti təqdim edir:
“Hörmətli həmvətənlər!
Sizinlə ölkəmizdə COVID-19 epidemiyasının hazırkı vəziyyəti ilə bağlı fikirlərimlə bölüşmək istəyirəm.
Keçdiyimiz yolu dəyərləndirərək, bu gün artıq deyə bilərik ki, bu şiddətli virus hücumu başlayanda onun real miqyasını, təhlükə dərəcəsini və törədə biləcəyi fəsadları qiymətləndirmək və dərk etmək üçün çox az məlumat var idi. Bir şey aydın idi – bütün imkanları səfərbər etmək və qəti tədbirlər görmək lazım idi. Əminliklə təsdiqləyə bilərik ki, ölkəmiz bu vəzifənin öhdəsindən şərəflə gəldi. Həm azərbaycanlı, həm də beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alıb. Biz ən əsas məsələlərə – virusun sürətli yayılmasının qarşısını almağa, epidemiya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratmağa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Sərt karantin tədbirləri sayəsində koronavirusun yayılma sürətini azaltmağı bacardıq. Səhiyyə sistemi qısa müddət ərzində təhlükəli epidemiyaya qarşı effektiv müqavimət strategiyası işləyib hazırladı. Şəhərlərin və kəndlərin həyat təminatı obyektlərinin işçiləri təxirəsalınmaz məsələləri həll edirdilər. Kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə dövlət tərəfindən dəyəri 3 milyard manatdan çox olan proqram paketləri hazırlanıb həyata keçirilir.
Bir sözlə, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi.
Əməyi uğurlarımızın qarantı olan hamıya və hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk. Əziz həmvətənlərim, biz birlikdə xəstəliyin məhvedici dərəcədə tez yayılmasından öz evimizi qoruya bildik. Buna görə çox sağ olun!
Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram. Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı, bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər.
Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin bütün əməkdaşlarına, sosial işçilərə və könüllülərə təşəkkür edirəm. Bu məsələyə laqeyd yanaşmayan bütün insanlara, yaxınlarına kömək göstərən, xeyirxahlıq edən hamıya minnətdaram. Uca Tanrı yaxşı əməl sahiblərinin savabını artıracaqdır!
Əziz dostlar!
Müsbət nəticələr sayəsində biz təcrid rejiminin müəyyən dərəcədə yumşaldılmasına imkan verə bilərik. Bir sıra dövlət qurumlarının və özəl biznes sektorunun fəaliyyəti bərpa olunur. Daha əvvəl tətbiq olunan bəzi karantin tədbirləri ləğv edilir. Bu, o deməkdirmi ki, hər şey arxada qaldı və biz gündəlik həyatımıza geri dönə bilərik? Əfsuslar olsun ki, həmin vaxt hələ gəlib çatmayıb. Bəli, biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada. Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki, bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq. Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir.
Əziz həmvətənlər!
Şübhəsiz ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.

Prezident İlham Əliyev: “Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq" “Biz hər bir vətəndaşa kömə...
07/05/2020

Prezident İlham Əliyev: “Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq" “Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm”.

Prezident bu məhkəmələrə hakim və sədrlər təyin etdi - SƏRƏNCAMAzərbaycan Respublikası Prezidenti İlham Əliyev bir sıra ...
07/05/2020

Prezident bu məhkəmələrə hakim və sədrlər təyin etdi - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın birinci hissəsinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin ediliblər.

İnzibati məhkəmələr üzrə

Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilib.

Zəfər Arif oğlu Quliyev Göyçay Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib.

İmran Ramazan oğlu Burcayev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib.

Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib.

Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin sədri təyin edilib.

Kommersiya məhkəmələri üzrə

İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.

Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilib.

Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin sədri təyin edilib.

Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.

Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib.

Ağır cinayətlər məhkəmələri üzrə

Rəşad Şəmşir oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Hərbi məhkəmələr üzrə:

Aslan Kalbalı oğlu Kalbalıyev Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib.

Rayon (şəhər) məhkəmələri üzrə

Zamin Vəliyəddin oğlu İbrahimov Astara Rayon Məhkəməsinin sədri təyin edilib.

İsmayıl Xudaverdi oğlu Abdurəhmanlı Goranboy Rayon Məhkəməsinin sədri təyin edilib.

Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilib.

Vladimir Yefimoviç Ruvinov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qubadlı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Rəşad Rafiq oğlu Mustafayev Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Dövlət başçısının sərəncamının ikinci hissəsinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, bəzi hakimlərin vəzifələri dəyişdirilib.

Rafiq Rəşid oğlu Məmmədov Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağdam Rayon Məhkəməsinin hakimi təyin edilib.

Seyfəli İzzət oğlu Seyfullayev Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Beyləqan Rayon Məhkəməsinin hakimi təyin edilib.

Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilibhttps://...
04/05/2020

Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib

https://president.az

Prezident İlham Əliyevi dəstəkləyən "İlham Əliyevin Könüllüləri" aksiyamıza Millət Vəkillərindən Vüqar İsgəndərov dəstək...
28/04/2020

Prezident İlham Əliyevi dəstəkləyən "İlham Əliyevin Könüllüləri" aksiyamıza Millət Vəkillərindən Vüqar İsgəndərov dəstək olaraq, cənab prezidentin ətrafında sıx birləşən Könüllülərə minnətdarlığını bildirib . Təşkilat komitəsi olaraq Vüqar müəllimə təşəkkür edib, işlərində uğurlar arzu edirik.

Address

əliağa Kürçaylı 5a
Baku

Telephone

+994125207301

Website

Alerts

Be the first to know and let us send you an email when Xaliq Hüseynov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Xaliq Hüseynov:

Share

Haqqımda

Xaliq İsa oğlu Hüseynov 1985-ci il mart ayının 21-də Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 2002-ci ildə Muğanlı kənd orta məktəbini fərqlənmə attestatı ilə bitirən Xaliq Hüseynov elə həmin il də Azərbaycan Tibb Universitetinin Stomotologiya fakültəsinə daxil olmuşdur.

2007-ci ildə bu fakultədən məzun olub. 2008-ci ildə ABŞ-ın Nyu-York və Mayami Tibb Universitetlərinin stomotologiya kafedralarında İmplantologiya kursunu tam keçib. 2009-cu ildən 2013-cü ilədək Şərur RMX-da stomotoloq kimi fəaliyyət göstərmişdir. 2010-2012-ci illərdə Tel-Aviv Universitetinin və Ranbam Hospitalının stomotologiya kafedrasında ixtisasını artırmışdır. Madriddə professor Pedro Pena Martinezin İmplant cərrahiyyəsi kursunu keçmişdir. Dünyanın bir çox ölkəsində (Ukrayna, İngiltərə, Fransa, Almaniya, Finlandiya, Norveç) implantologiya və ortopediya kurslarında iştirak etmişdir.

1996-cı ildə əsası Türkiyə Cümhuriyyətində qoyulmuş, çox böyük sürətlə inkişaf edən texnologiyanı, estetik diş həkimliyi çevrəsində baş verən dəyişiklikləri dünyanın hər nöqtəsindən olan eyni peşə sahiblərinə-məsləkdaşlara çatdırılması missiyasını daşıyan dünya şöhrətli EDAD-ın (Estetik Diş Həkimliyi Akademik Dərnəyi) üzvü, habelə AZİİB-in (Azərbaycan İmplantoloq İctimai Birliyi) üzvü, AZEDAD-ın sədridir.

2011-ci ildən “Dental Estetik Center” stomotoloji klinikasını təsis etmişdir. Müharibə təbəqəsindən (müharibə veteranı, şəhid ailəsi və müharibə əlillərinə ) olan insanlara layiqincə, təmənnasız göstərdiyi xidmətə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin (AVMVİB) Nizami rayon şöbəsinin fəxri üzvü seçilmişdir.