Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

  • Home
  • Azerbaijan
  • Baku
  • Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi səhifəsi

XRİTDX-nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edibAzərbaycan Respublikasının Xüsusi Rabitə və İn...
10/09/2026

XRİTDX-nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndəsi Tural Məmmədov 7–10 sentyabr 2026-cı il tarixlərində Fransanın Strasburq şəhərində keçirilən “Underground Economy 2026” (UE26) beynəlxalq kibertəhlükəsizlik tədbirində spiker qismində iştirak edib.

“Underground Economy 2026” qapalı beynəlxalq platformada kibertəhlükəsizlik və təhdid kəşfiyyatı üzrə mütəxəssislər, hüquq-mühafizə orqanlarının nümayəndələri və siyasət formalaşdıran şəxslər bir araya gəlib.

Tədbirdə XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov “Politically Motivated Cyber Operations” – “Siyasi motivli kiberəməliyyatlar” mövzusunda çıxış edib.

Ətraflı: https://scis.gov.az/az/news/view/374

Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcəkCari ilin 19 noyabr tarixində Azərbaycan Respublikasının ...
09/09/2026

Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək

Cari ilin 19 noyabr tarixində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitunun birgə təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər yerli tərəfdaşlar ilə birgə Bakı şəhərində Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (ICCD 2026) keçiriləcək.

Ətraflı: https://scis.gov.az/az/news/view/373

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövl...
04/09/2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə
MƏLUMATI

Bu gün “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, vətəndaşlara elektron məkanda göstərilən xidmətlərin əlçatanlığı, şəffaflığı və təhlükəsizliyi istiqamətində növbəti yüksək nəticə əldə olunmuşdur.

Ətraflı: https://scis.gov.az/az/news/view/372

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən ...
27/08/2026

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində Avqust ayı üzrə 28.08.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “Bulud təhlükəsizliyi” mövzusuna həsr olunur.

Vebinarda bulud mühitlərində məlumatların qorunması, paylaşılan məsuliyyət modeli, risklərin idarə olunması, təhlükəsiz konfiqurasiya, şəbəkə təhlükəsizliyi, kimlik və girişlərin idarə olunması, ehtiyat nüsxələmə və uyğunluq məsələləri barədə məlumat veriləcək.

Məruzəçi:
Babək Xəlilzadə - Bulud təhlükəsizliyi üzrə ekspert

Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
https://cert.gov.az/calendar

26/08/2026
İnformasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi uğurla davam etd...
12/08/2026

İnformasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi uğurla davam etdirilir

Ölkənin iqtisadi, sosial və digər sahələrində olduğu kimi informasiya təhlükəsizliyi sahəsi də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, möhtərəm cənab Prezidentin ali diqqət və qayğısı ilə daim əhatə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 10 avqust tarixli Fərmanı ilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilmişdir. Bununla da Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi sahəsində yeni hüquqi mərhələnin başlanğıcı qoyulmuşdur. İnformasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin xüsusi çəkiyə malik olduğu dövrdə məhz bu sahəni tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi barədə ölkə başçısı tərəfindən fərman qəbul edilməsi informasiya təhlükəsizliyi sahəsinə olan ali diqqət və qayğının bariz nümunəsidir.

Beynəlxalq təcrübə və qanunvericiliyin təhlili əsasında hazırlanmış dəyişikliklərə əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tənzimləmə dairəsi genişləndirilərək informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı münasibətlər Qanunun tənzimlədiyi ictimai münasibətlərin dairəsinə daxil edilmişdir.

Dəyişikliklər çərçivəsində ilk dəfə “informasiya infrastrukturu”, “kibertəhlükəsizlik”, “kiberməkan”, “kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT)”, “Milli CERT”, “Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (Dövlət CERT/GOV CERT”) və digər anlayışlar Qanunda təsbit olunmuşdur.

Yeni hüquqi mərhələnin ən vacib məqamlarından biri Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (Dövlət CERT/GOV CERT) qanunvericilik səviyyəsində hüquqi statusunun müəyyənləşdirilməsidir. Müvafiq Fərmanla Dövlət CERT-in səlahiyyətləri informasiya təhlükəsizliyi sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçiriləcəkdir.

Dövlət CERT-in əsas fəaliyyət istiqamətlərinə dövlət informasiya infrastrukturlarının kibertəhdid, kiberhücum və kiberinsidentlərə qarşı fasiləsiz monitorinqinin aparılması, təhlükəsiz internet şəbəkəsi ilə təmin edilməsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması və səbəblərinin araşdırılması, insidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə proaktiv informasiya təhlükəsizliyi tədqiqatlarının aparılması daxildir. Bununla yanaşı, “gov.az” domen zonasına bənzədilərək yaradılmış saxta domenlərin aşkarlanması və monitorinqi də Dövlət CERT-in fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Dəyişikliklərin tətbiqi ilə bağlı növbəti mərhələdə bir sıra hüquqi aktların hazırlanması nəzərdə tutulur. Belə ki, Qanunun tətbiqi barədə Fərmana əsasən “Dövlət CERT”-in Əsasnaməsi, “Dövlət orqanlarına (qurumlarına), habelə mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə məxsus informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi Qaydaları” hazırlanacaqdır.

Yeni hüquqi çərçivə dövlətin informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə, informasiya təhlükəsizliyi üzrə institusional mexanizmlərin gücləndirilməsinə və dövlət informasiya sistemlərinə qarşı mümkün təhdidlərə daha çevik və koordinasiyalı şəkildə cavab verilməsinə imkan verəcəkdir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli sim...
07/08/2026

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə təşkilatçılığı çərçivəsində “Azərbaycanın Enerji İnfrastrukturu üzrə Kibertəhlükəsizlik Hadisələrinə Cavab və Strateji Qərarvermə” mövzusunda yüksəksəviyyəli simulyasiya təlimi keçirilib.

Təlimdə dövlət qurumlarının, enerji sektorunda fəaliyyət göstərən müəssisələrin və kritik informasiya infrastrukturu subyektlərinin sahə üzrə rəhbər vəzifəli nümayəndələri iştirak ediblər.

Ətraflı: https://scis.gov.az/az/news/view/370

Address

Niyazi 23
Baku
AZ1066

Alerts

Be the first to know and let us send you an email when Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

Shortcuts

Share