Şuşa Rayon İcra Hakimiyyəti

Şuşa Rayon İcra Hakimiyyəti Şuşa Rayon İcra Hakimiyyətinin rəsmi "Facebook" səhifəsi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, v...
04/09/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Şuşa rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının tapşırığına əsasən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın 60 rayonunda məskunlaşmış rayon əhalisi ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. 04 sentyabr 2026-cı il tarixdə Suraxanı rayonu, Günəşli qəsəbəsi, Niyazi adına Uşaq İncəsənət məktəbində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolunu tutmuş respublikamızın həyatında son dövrlərdə baş verən yeniliklər, ölkəmizin beynəlxalq arenada artan nüfuzu ilə bağlı geniş məlumat verdi.
Şuşa şəhərinə əhalimizin mərhələli şəkildə köçürülməsindən söz açan RİH başçısı köçürülməsi nəzərdə tutulan sakinlərin məşğulluğunun təmin olunması sahəsində görülən işləri yüksək qiymətləndirdi.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova müraciət edən rayon sakinləri diqqətlə dinlənildi, səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirildi. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alındı.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu keçirdiMəmur-vətəndaş münasibətlərinin sağ...
27/08/2026

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu keçirdi

Məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması dövlətin güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmağın, vətəndaşların müraciətlərinə və problemlərinin həllinə qayğı ilə yanaşmağın vacibliyini örnək göstərir. Ölkə başçısı mütəmadi olaraq icra hakimiyyəti orqanlarının rəhbərlərinə vətəndaşların qayğılarını yerində öyrənmək, düzgün təhlil aparmaq və onları narahat edən məsələləri həll etmək barədə tapşırıqlar verir. Bu yanaşma vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
​Ölkə başçısının tapşırığına əsasən, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikamızın müxtəlif bölgələrində məskunlaşmış rayon sakinləri ilə mütəmadi olaraq görüşür, onların problemlərini dinləyir, təklifləri ilə maraqlanır.
​27 avqust tarixində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi 20 ünvanında məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüşünü keçirdi. Görüşdə çıxış edən Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativliyin və vətəndaşlara həssas münasibətin əhali tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Rayon rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri barədə sakinlərə məlumat verdi.
​Səyyar qəbulda vətəndaşların müraciətləri və təklifləri dinlənilib. Səsləndirilən məsələlərin bir qismi məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli üçün tədbirlər müəyyənləşdirilib, vaxt tələb edən digər məsələlər isə nəzarətə götürülüb.
​Görüşdə iştirak edən sakinlər problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın doğum günüdür​Mehriban ...
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

​Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və mədəniyyətlərarası dialoqun formalaşdırılması istiqamətində mühüm layihələrin müəllifidir. Onun çoxtərəfli fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və müxtəlif nüfuzlu mükafatlara layiq görülür.
​Mehriban Əliyeva dövlət başçısının ona həvalə etdiyi vəzifələri uğurla yerinə yetirərək Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmətdədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm fəaliyyət istiqamətlərindən biri də işğaldan azad edilmiş Şuşa şəhərində tarixi-memarlıq abidələrinin bərpası və mötəbər mədəni tədbirlərin təşkilidir. Dövlət başçısının və birinci xanımın Şuşaya səfərləri çərçivəsində təməlqoyma və açılış mərasimlərində iştirakı, bərpa işləri ilə yaxından tanış olması zəngin irsimizə göstərilən diqqətin bariz nümunəsidir.
​26 Avqust — Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günü münasibətilə bütün şuşalılar adından onu səmimi qəlbdən təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişafı yolunda möhkəm cansağlığı, fəaliyyətində uğurlar və ailə səadəti arzulayırıq.

26 Avqust – Laçın Şəhəri GünüDörd il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qü...
25/08/2026

26 Avqust – Laçın Şəhəri Günü

Dörd il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust - Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün Laçının işğaldan azad olunmasını xatırlamaqla yanaşı, şəhərin və rayonun yeni həyatının, sürətli inkişafının və gələcəyə hesablanmış quruculuq prosesinin başlanğıcını ifadə edir.

Laçın Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla zəngin tarixə və özünəməxsus təbii-coğrafi xüsusiyyətlərə malikdir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması ilə şəhərin müasir inzibati tarixində yeni mərhələ başlayıb. 1930-cu il avqustun 8-də Laçın rayonunun yaradılması ilə şəhər rayonun inzibati mərkəzinə çevrilib. Laçının coğrafi mövqeyi onun tarix boyu əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri olub. Rayonun dağlıq ərazisi, zəngin meşələri, yaylaqları, çayları və təbii ehtiyatları həm iqtisadi, həm də strateji baxımdan böyük potensiala malikdir.

1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun tarixində ən ağır səhifələrdən birini yaratdı. İşğal nəticəsində rayon əhalisi doğma yurdlarından məcburi köçkün düşdü. Yüzlərlə insan həyatını itirdi və ya itkin düşdü. Şəhərin və kəndlərin sosial-iqtisadi infrastrukturu dağıdıldı, tarixi və mədəni irsə ciddi ziyan vuruldu. Təhsil, səhiyyə, mədəniyyət, rabitə, ticarət və istehsal müəssisələrinin böyük hissəsi talan edildi və məhv olundu. Tarixi abidələrə qarşı vandalizm aktları törədildi.

İşğal dövründə Laçının tarixi kimliyinə qarşı da məqsədyönlü siyasət həyata keçirildi. Coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərdən qanunsuz istifadə və qanunsuz məskunlaşdırma siyasəti rayonun demoqrafik və mədəni simasının dəyişdirilməsinə yönəlmişdi.

Laçının tarixində yeni səhifə 2020-ci ildə yazıldı, Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər işğalın sona çatmasına və ölkəmizin ərazi bütövlüyünün bərpasına doğru həlledici addımların atılmasına imkan verdi. 2020-ci il dekabrın 1-də Laçın rayonu üçtərəfli Bəyanata əsasən Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, uzun illər davam edən işğal dövrü başa çatdı və Laçının qarşısında tamamilə yeni inkişaf perspektivləri yarandı.

Laçının azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi həmin Zəfərin arxasında dayanan qəhrəmanlığın dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir.

26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi Zəfər tariximizin mühüm səhifəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi həmin ərazilərin tarixi yaddaşının və yeni inkişaf mərhələsinin dövlət səviyyəsində qeyd olunmasına xidmət edir.

Laçının azad olunması yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də illərlə doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıdışının başlanğıcı oldu. 2023-cü il mayın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışı başladı. Qısa müddət ərzində şəhərdə yaşayış binaları, məktəblər, tibb müəssisələri, yollar və digər sosial infrastruktur obyektləri yaradıldı.

Bu gün Laçın yeni siması ilə Azərbaycanın quruculuq və inkişaf modelinin parlaq nümunələrindən birinə çevrilir. Şəhərdə müasir yaşayış məhəllələri salınır, yeni iş yerləri yaradılır, sosial və iqtisadi layihələr həyata keçirilir. Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması isə regionun nəqliyyat və turizm imkanlarının genişlənməsi baxımından mühüm addımdır.

Laçında aparılan bərpa işlərinin əsas xüsusiyyəti onun müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasıdır. “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Baş Plan şəhərin yaşayış, sosial, mədəni, iqtisadi və turizm imkanlarının vahid sistem daxilində inkişaf etdirilməsini nəzərdə tutur. Şəhərdə məktəblər, xəstəxana, peşə məktəbi, uşaq bağçaları, mədəniyyət obyektləri, turizm məkanları və ictimai ərazilər yaradılır. “15 dəqiqəlik şəhər” prinsipi isə Laçında müasir urbanizasiya yanaşmalarının tətbiq edildiyini göstərir. Bu prinsip insanların gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın məkanlarda təmin etməsinə və şəhər daxilində rahat hərəkət etməsinə imkan yaradır.

Laçının bərpasının əsas məqsəd insanları doğma torpaqlarına qaytarmaq və burada təhlükəsiz, rahat və layiqli həyat şəraiti yaratmaqdır. 31 il ərzində doğma şəhərindən ayrı düşmüş insanların yenidən Laçında məskunlaşması Böyük Qayıdışın ən təsirli nümunələrindən biridir. 2026-cı ilin iyuluna qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Zabux, Sus və Bəylik kəndlərinə də yüzlərlə ailənin köçürülməsi həyata keçirilib. Bu rəqəmlərin arxasında ayrı-ayrı ailələrin, insanların və nəsillərin uzun illər davam edən yurd həsrətinin sona çatması dayanır.

Laçının bərpasında iqtisadi inkişaf və məşğulluq məsələləri də prioritet istiqamətlərdəndir. Laçın Aqro-Sənaye Parkının yaradılması rayonun iqtisadi potensialının reallaşdırılmasına mühüm imkanlar açır. Parkda mebel, yeyinti, yüngül sənaye, balıqçılıq və digər istiqamətlər üzrə müəssisələrin fəaliyyət göstərməsi nəzərdə tutulur. Mebel fabriki, ayaqqabı və tikiş müəssisələri, prefabrik modul ev istehsalı və digər istehsal sahələri yeni iqtisadi fəaliyyətin formalaşmasına xidmət edir. Bu layihələrin digər mühüm xüsusiyyəti yerli əhalinin məşğulluğuna töhfə verməsidir. İnsanların doğma yurdlarına qayıtması ilə yanaşı, burada işləməsi və iqtisadi fəaliyyətə cəlb olunması Böyük Qayıdışın dayanıqlılığını təmin edən mühüm amildir.

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edirAzərbaycan və Özbəkistan ara...
24/08/2026

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər Azərbaycan–Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün mühüm siyasi imkan yaradır. Azərbaycan və Özbəkistanın əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri də münasibətlərin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional əhəmiyyət kəsb etməsidir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri kimi Şərqlə Qərbi birləşdirən strateji məkanlarda yerləşir. Bu coğrafi üstünlük iki ölkəni nəqliyyat, logistika və ticarət marşrutlarının inkişafında təbii tərəfdaşlara çevirir. Xüsusilə Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyəti Azərbaycan–Özbəkistan əməkdaşlığı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılması, 20-dək sənədin imzalanması, Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və ulu öndər haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını göstərir. 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu münasibətlərin mühüm mərhələsi olub. Ali Dövlətlərarası Şuranın yaradılması isə iki ölkə arasında münasibətlərin strateji istiqamətlərinin sistemli şəkildə müəyyənləşdirilməsi üçün mühüm institusional platforma formalaşdırıb. Prezident İlham Əliyevin budəfəki səfərinin xüsusi əhəmiyyəti siyasi müttəfiqliyin iqtisadi məzmununun daha da gücləndirilməsinin əsas prioritetlərdən biri olması ilə bağlıdır. Son illərdə ticarət dövriyyəsinin sürətli artması, Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı investisiya layihələri, avtomobil istehsalı sahəsində əməkdaşlıq və regionlararası forumların keçirilməsi əlaqələrin artıq praktiki iqtisadi nəticələr yaratdığını göstərir. Növbəti mərhələdə əsas məqsəd bu dinamikanı daha böyük investisiya layihələrinə, sənaye kooperasiyasına və qarşılıqlı ticarətin şaxələndirilməsinə çevirməkdir. Səfərin əhəmiyyətini artıran digər bir məsələ isə Prezident İlham Əliyevi Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdu. Heç şübhəsiz ki, Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Özbəkistan bir sıra beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. BMT, İƏT, TDT çərçivəsində Özbəkistan hər zaman Azərbaycanın Qarabağla bağlı haqq işini dəstəkləyib. Azərbaycan xalqı bunu hər zaman yüksək qiymətləndirib.

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə və strateji tərəfdaşlığa əsaslanırAzərbaycan və Özbəkistan xalqlarını o...
24/08/2026

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə və strateji tərəfdaşlığa əsaslanır

Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, əsrlər boyu formalaşmış qarşılıqlı hörmət və rəğbət birləşdirir. Məhz bu möhkəm tarixi və mənəvi təməl üzərində qurulan münasibətlər son illərdə yeni məzmun qazanaraq çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad da bu münasibətlərin inkişafında mühüm rol oynayır. Azərbaycan və Özbəkistan arasında formalaşan münasibətlər ənənəvi ikitərəfli tərəfdaşlıq çərçivəsini aşaraq, Avrasiya məkanında regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın konseptual sütununa çevrilib.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı inkişaf səviyyəsinin və qarşıdakı perspektivlərinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər, müxtəlif sahələrdəki əməkdaşlığa dair açıqlanan rəqəmlər bir daha göstərdi ki, Azərbaycan-Özbəkistan əlaqələri dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq sürətlə inkişaf edir. Dövlətlərarası əlaqələrin mükəmməl nümunəsinə çevrilən Azərbaycan–Özbəkistan münasibətləri, eyni zamanda, Türk dünyasında əməkdaşlığın genişlənməsinə, Mərkəzi Asiya və Cənubi Qafqazın vahid siyasi və geoiqtisadi mərkəzə çevrilməsinə xidmət edir.
Son illərdə Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun intensivliyi nəzərəçarpacaq dərəcədə artıb. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər iki ölkənin strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsaslarını daha da gücləndirib.

2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında mühüm institusional mexanizmə çevrilib. Şuranın fəaliyyəti iki ölkə arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə imkan yaradır. Bu platformanın fəaliyyəti Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun ardıcıl və strateji xarakter daşıdığını nümayiş etdirir.

İki ölkə arasındakı münasibətlərin mühüm istiqamətlərindən biri də iqtisadi və ticari əməkdaşlıqdır. Son illərdə ticarət dövriyyəsində müşahidə olunan artım iqtisadi əlaqələrin sürətlə genişləndiyini göstərir. 2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması iqtisadi tərəfdaşlığın real göstəricilərindən biridir.

İnvestisiya sahəsində də mühüm addımlar atılıb. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin maliyyələşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan şirkətləri Özbəkistanda, özbək şirkətləri isə Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirirlər. Bu proses iki ölkənin iqtisadi potensiallarının bir-birini tamamladığını göstərir.

Sənaye kooperasiyası da Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığının diqqətçəkən istiqamətlərindəndir. Azərbaycanda “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalının həyata keçirilməsi iki ölkə arasında birgə istehsal imkanlarının genişləndirilməsi baxımından mühüm nümunədir. Eyni zamanda, Azərbaycanın Özbəkistanda həyata keçirdiyi hotel, yaşayış və turizm layihələri qarşılıqlı investisiya əməkdaşlığının yeni imkanlarını nümayiş etdirir.

Energetika sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan neft-qaz sektorunda birgə layihələr həyata keçirir, eyni zamanda bərpaolunan enerji istiqamətində yeni əməkdaşlıq imkanları formalaşdırırlar. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi” gələcəkdə Mərkəzi Asiyanın yaşıl enerjisinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması baxımından mühüm perspektivlər açır. Bu təşəbbüs həm enerji təhlükəsizliyinə, həm də regionlararası əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

Nəqliyyat və logistika sahəsində də Azərbaycan və Özbəkistanın maraqları üst-üstə düşür. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi hər iki ölkəni Şərqlə Qərbi birləşdirən marşrutların inkişafında təbii tərəfdaşlara çevirir. Orta Dəhlizin inkişafı və müxtəlif dəmir yolu layihələrinin bu marşrutla inteqrasiyası Azərbaycan və Özbəkistan arasında tranzit imkanlarının daha da genişlənməsinə şərait yarada bilər.

Azərbaycan–Özbəkistan əməkdaşlığının xüsusi istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Özbəkistanın göstərdiyi dəstəkdir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşası, Füzulidə “Dostluq bağı”nın salınması qardaş Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələr iqtisadi və sosial əhəmiyyətlə yanaşı, iki xalq arasında qardaşlığın rəmzi məzmununu da daşıyır.

Mədəni-humanitar sahədə əməkdaşlıq isə iki ölkə arasındakı münasibətlərin mənəvi dayaqlarını daha da möhkəmləndirir. Azərbaycan və Özbəkistanın mədəniyyət günləri, incəsənət festivalları, elmi tədbirləri və müxtəlif humanitar layihələri xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Özbəkistan Milli Pedaqoji Universitetinin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıması da ortaq mədəni irsin mühüm göstəricilərindən biridir.

Təhsil sahəsində qarşılıqlı əlaqələrin genişlənməsi gələcək nəsillər arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanlı və özbək tələbələrin qarşılıqlı olaraq hər iki ölkədə təhsil alması, Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi bu istiqamətdə görülən işlərin əhəmiyyətini artırır.

Azərbaycan–Özbəkistan münasibətləri eyni zamanda daha geniş regional proseslərin mühüm tərkib hissəsidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin edilməsi Azərbaycanın regionla əlaqələrində yeni mərhələ yaradıb. Bunun nəticəsində Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsində daha fəal rol oynamaq imkanına malikdir.

Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu münasibətlər Türk dünyasının inteqrasiyası, regional nəqliyyat əlaqələrinin inkişafı, enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və humanitar əməkdaşlıq kimi daha geniş istiqamətləri əhatə edir.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirildiAzərbaycan Respublikasının Prezident...
21/08/2026

Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Şuşa Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və həlli məqsədilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov sakinlərlə növbəti səyyar qəbulunu 21.08.2026-cı il tarixdə İmişli rayonu, Yeni Azərbaycan Partiyasının binasında rayon sakinləri ilə keçirdi.
RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Şuşa şəhərində aparılan abadlıq-quruculuq işləri, əhalinin köçürülməsi, sakinlərin məşğulluğunun təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinlədi.
Vətəndaşların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirildi. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunudu, icrası vaxt tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi və onların icrası nəzarətə götürüldü.
Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova minnətdarlıqlarını bildirdilər.

Şuşanın Kiçik Qaladərəsi kəndinə 11 ailə - 39 nəfər köçürülübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşır...
18/08/2026

Şuşanın Kiçik Qaladərəsi kəndinə 11 ailə - 39 nəfər köçürülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış Şuşa sakinlərindən 11 ailə - 39 nəfər 17.08.2026-cı il tarixində rayonun Kiçik Qaladərəsi kəndinə köçürülüb.
Doğma yurduna qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

18 Avqust - Sərhəd Qoşunları Günüdür​“Sərhədlərin qorunmasında xidmət göstərən hər bir kəs xalqımızın, millətimizin hörm...
18/08/2026

18 Avqust - Sərhəd Qoşunları Günüdür

​“Sərhədlərin qorunmasında xidmət göstərən hər bir kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir” - Ümummilli lider Heydər Əliyev.

​Tariximizə həmişə böyük hörmət və ehtiramla yanaşan Ümummilli lider Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli sərəncamı ilə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk sərhəd mühafizəsinin təsis edildiyi gün - 18 avqust Azərbaycan Respublikasının Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı elan edildi.
​Azərbaycanın Sərhəd Qoşunları 107 il öncə yaranmış, müstəqilliyimizin bərpasından sonra böyük inkişaf yolu keçmişdir. Bu il Azərbaycan sərhədçilərinin 107-ci peşə bayramı günü Vətən müharibəsində tarixi qələbəmizin və ərazi bütövlüyümüzün tam bərpa olunmasının qürurunu yaşadığımız dövrə təsadüf edir. Vətən müharibəsində sərhədçilərin rolunu dəyərləndirən Prezident İlham Əliyev demişdir: “Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər”.

​Bəli, sərhədlərimizin müdafiəsi, mühafizəsi etibarlı əllərdədir. Azərbaycan sərhədçiləri sərhədlərimizi bundan sonra da göz bəbəyi kimi qoruyacaq.

Address

Seyid Yəhya Bakuvi Küçəsi 43
Baku
AZ-1072

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125141440

Alerts

Be the first to know and let us send you an email when Şuşa Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şuşa Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share