YAP Xətai rayon təşkilatı

YAP Xətai rayon təşkilatı Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!

17 avqust 2026-cı il tarixində Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bak...
18/08/2026

17 avqust 2026-cı il tarixində Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı ilə görüş keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xalq artisti Valeh Kərimov, “Space” televiziyasının baş direktoru Ayaz Mustafayev və rayon sakinləri iştirak ediblər.
Görüşdə Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm xidmətləri olan Afaq Bəşirqızının zəngin yaradıcılıq fəaliyyəti və sənət yolu barədə söhbət aparılıb. Xalq artistinin çoxillik səhnə fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələr və tamaşaçı sevgisi xüsusi vurğulanıb.
Səmimi şəraitdə keçən görüş zamanı Afaq Bəşirqızı yaradıcılıq fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, sənət yolu və səhnə fəaliyyəti barədə danışıb, rayon sakinlərinin suallarını cavablandırıb.
Tədbirin musiqili qonaqları əməkdar artist Amil Həsənoğlu, Şölə Səfərəliyeva, gənc müğənni Rəsul Əfəndiyev olub. İfaçıların təqdim etdiyi musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və görüşə xüsusi rəng qatıb.
Çıxışlar zamanı Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında tanınmış sənətkarların xidmətləri qeyd olunub, bu cür mədəni tədbirlərin rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyəti vurğulanıb.
Görüş iştirakçıların böyük marağı ilə qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında partiyanın veteran üzvü Əlibaba Bayramovu 60 illik yubileyi münasibət...
13/08/2026

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında partiyanın veteran üzvü Əlibaba Bayramovu 60 illik yubileyi münasibətilə YAP Xətai rayon təşkilatının Sədri Ramil Mirzəyev və təşkilatın kollektivi təbrik edib, möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

YAP Xətai rayon təşkilatı media nümayəndələri ilə görüşlər keçirib22 iyul – Milli Mətbuat Günü münasibətilə Yeni Azərbay...
20/07/2026

YAP Xətai rayon təşkilatı media nümayəndələri ilə görüşlər keçirib

22 iyul – Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı tərəfindən media nümayəndələri ilə görüşlər keçirilib. Tədbirin məqsədi Azərbaycan milli mətbuatının zəngin ənənələrini yaşadan, ölkəmizdə obyektiv informasiya mühitinin formalaşmasına, dövlətçilik dəyərlərinin təbliğinə və cəmiyyətin operativ məlumatlandırılmasına mühüm töhfələr verən jurnalistləri peşə bayramı münasibətilə təbrik etmək olub.

YAP Xətai rayon təşkilatının nümayəndələri müxtəlif media qurumlarının kollektivləri ilə görüşərək jurnalistlərə, redaktorlara və digər əməkdaşlara səmimi təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Görüşlər zamanı media ilə siyasi institutlar arasında sağlam əməkdaşlığın əhəmiyyəti, peşəkar jurnalistikanın cəmiyyətin inkişafındakı rolu və milli maraqların qorunmasına verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlarda bildirilib ki, Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bu gün müasir çağırışlara uyğun inkişaf edərək ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasında, ictimai rəyin formalaşdırılmasında və dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılmasında mühüm missiya yerinə yetirir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə peşəkar, operativ və məsuliyyətli jurnalistikanın əhəmiyyəti daha da artır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsinin inkişafı, söz və məlumat azadlığının təmin olunması, informasiya mühitinin təkmilləşdirilməsi və jurnalistlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu siyasətin mühüm tərkib hissəsi kimi keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzunu bir daha nümayiş etdirib. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, jurnalistlərin, ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forum ölkəmizin qlobal media dialoqunun mühüm platformalarından birinə çevrildiyini təsdiqləyib.

Vurğulanıb ki, belə beynəlxalq tədbirlərin məhz Şuşada keçirilməsi Azərbaycanın əldə etdiyi tarixi Zəfərin yaratdığı yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində aparılan müzakirələr dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin gücləndirilməsi, süni intellekt dövründə medianın üzərinə düşən vəzifələr və peşəkar jurnalistikanın gələcəyi kimi aktual məsələləri əhatə edib. Bu platforma Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya daha geniş çatdırılmasına, ölkəmizin mövqeyinin obyektiv şəkildə təqdim olunmasına və beynəlxalq media ilə əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Bildirilib ki, müasir dövrdə güclü media yalnız cəmiyyətin məlumatlandırılması vasitəsi deyil, eyni zamanda dövlətin milli maraqlarının qorunmasına, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edən mühüm strateji amildir. Bu baxımdan Azərbaycanda media sahəsində aparılan islahatlar və beynəlxalq media əməkdaşlığının genişləndirilməsi ölkənin davamlı inkişafına və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Söz və məlumat azadlığının təmin olunması, müasir media mühitinin formalaşdırılması, jurnalistlərin peşəkarlığının artırılması və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilib.

Görüşlər zamanı jurnalistlər göstərilən diqqət və yüksək ehtirama görə təşəkkürlərini bildirərək, media ilə ictimai-siyasi institutlar arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin cəmiyyətin inkişafına, vətəndaşların düzgün məlumatlandırılmasına və milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Sonda qeyd edilib ki, Yeni Azərbaycan Partiyası bundan sonra da media ilə konstruktiv əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verəcək, milli mətbuatın inkişafına xidmət edən təşəbbüsləri dəstəkləməyə davam edəcək.

YAP Xətai rayon təşkilatı Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini bir daha səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, peşə fəaliyyətlərində obyektivlik, prinsipiallıq və böyük nailiyyətlər arzulayır.

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib17 iyun 2026-cı il tarixində Yeni Azərbaycan P...
17/06/2026

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
17 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev səhiyyə işçilərinin cəmiyyət qarşısındakı xidmətlərindən danışıb. O qeyd edib ki, insan sağlamlığı ən ali dəyərlərdən biridir və bu dəyərin qorunmasında tibb işçilərinin rolu əvəzsizdir. Ramil Mirzəyev bildirib ki, Azərbaycan səhiyyəsinin inkişafı, müasir tibbi xidmətlərin təşkili və səhiyyə infrastrukturunun gücləndirilməsi dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. O, səhiyyə işçilərinin öz peşələrinə sədaqətlə xidmət etdiklərini vurğulayaraq bütün tibb əməkdaşlarını bayram münasibətilə təbrik edib.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov iştirakçıları salamlayaraq tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, səhiyyə işçilərinin cəmiyyət həyatında mühüm rol oynadıqlarını, insanların sağlamlığının qorunması və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük fədakarlıq nümayiş etdirdiklərini vurğulayıb. Bildirib ki, ölkəmizdə səhiyyə sahəsinin inkişafı daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub, son illərdə bu sahədə genişmiqyaslı islahatlar həyata keçirilib, yeni tibb müəssisələri istifadəyə verilib, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində mühüm addımlar atılıb. Pənah İmanov səhiyyə işçilərinin peşəkarlığını və əzmkar fəaliyyətini yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov tibb işçilərinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, müasir səhiyyə sistemində diaqnostikanın əhəmiyyətindən danışaraq qeyd edib ki, xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicəyə cəlb olunması insanların sağlamlığının qorunmasında mühüm rol oynayır. Ələddin Cabbarov son illər ölkəmizdə diaqnostika imkanlarının genişləndirildiyini, müasir tibbi avadanlıqların tətbiqinin və innovativ tibbi texnologiyaların istifadəsinin səhiyyənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Mərkəzi Neftçilər Xəstəxanasının yeni təyin olunmuş direktoru Zaur Xəlilov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Çıxış zamanı Zaur Xəlilov yeni vəzifəyə təyin olunması münasibətilə ona göstərilən etimada görə minnətdarlığını ifadə edib, fəaliyyətini ölkə səhiyyəsinin inkişafına və vətəndaşlara göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsinə həsr edəcəyini bildirib. O, bütün səhiyyə işçilərinə gələcək fəaliyyətlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.
M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin baş həkimi Sevda Əliyeva çıxışında rəhbərlik etdiyi müəssisədə həyata keçirilən işlər, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər və səhiyyə işçilərinin fədakar fəaliyyəti barədə danışıb. O qeyd edib ki, müasir dövrdə vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması səhiyyə sisteminin əsas məqsədlərindən biridir. Sevda Əliyeva səhiyyə işçilərinin insanların sağlamlığının qorunmasında göstərdikləri xidmətləri yüksək qiymətləndirib.
M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin təqaüdçü həkimi, nevropatoloq Mustafa Şükürov uzun illər ərzində səhiyyə sahəsində qazandığı təcrübələrdən bəhs edib. O bildirib ki, həkimlik peşəsi yalnız bilik və bacarıq deyil, həm də insanlara sevgi, diqqət və mərhəmət tələb edir. Mustafa Şükürov gənc həkimlərə daim öz üzərlərində işləməyi, peşə biliklərini artırmağı və xəstələrə həssas yanaşmağı tövsiyə edib.
Çıxışlarda Azərbaycan Respublikasında səhiyyə sahəsinə göstərilən dövlət qayğısı, tibb işçilərinin cəmiyyət qarşısındakı xidmətləri və ölkə səhiyyəsinin inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub.
Tədbirin sonunda 2026-cı ildə yubiley yaşları tamam olan, Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəallıqları ilə seçilən bir qrup partiya üzvünə yubiley plaketləri, gül dəstələri və qiymətli hədiyyələr təqdim olunub. Təltif olunanlar göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək bundan sonra da dövlətimizə, cəmiyyətimizə və partiyanın ideyalarına sədaqətlə xidmət edəcəklərini qeyd ediblər.

https://yap.org.az/az/view/news/106159/-ehalinin-keyfiyyetli-tibbi-xidmetle-temin-olunmasi-istiqametinde-muhum-addimlar-atilir

13.06.2026-cı il tarixdə Xətai rayonunun orta ümumtəhsil məktəblərində təhsil ilinin başa çatmasını bildirən son zəng ça...
13/06/2026

13.06.2026-cı il tarixdə Xətai rayonunun orta ümumtəhsil məktəblərində təhsil ilinin başa çatmasını bildirən son zəng çalınıb. Minlərlə məzun 11 il dərs aldıqları təhsil ocaqlarına əlivida deyib, müəllimlərinə minnətdarlıqlarını bildiriblər. Məktəblərdə keçirilən tədbirlərə şəhid ailələrinin üzvləri və qazilər fəxri qonaq kimi dəvət olunublar.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Zahid Oruc, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov Heydər Əliyev adına liseydə və Humanitar Fənlər Təmayüllü məktəb-liseydə təşkil olunmuş "Son zəng" tədbirlərində iştirak ediblər.

Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibəti ilə təbrik edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Xətai rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb. Həmçinin, rayon rəhbəri doğma yurdlarımızın Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğulayıb və qələbə üçün döyüşən igid övladlarımızın müstəqil Azərbaycanın orta məktəblərində formalaşdığını, təlim-tərbiyə olunduğunu, milli vətənpərvər ruhda yetişdiyini qeyd edib.

Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, məktəb həyatı insan ömrünün ən dəyərli və yaddaqalan mərhələlərindən biridir. Deputat qeyd edib ki, bu gün müstəqil Azərbaycanın gəncləri yüksək səviyyədə təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək üçün hər cür imkanlarla təmin olunublar. Zahid Oruc məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq, onların ölkəmizin inkişafına töhfə verən savadlı, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi yetişəcəklərinə inandığını bildirib.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında məzunları "Son zəng" münasibətilə təbrik edib, onlara gələcək təhsil və əmək fəaliyyətlərində uğurlar arzulayıb. O vurğulayıb ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub, onların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb. Ramil Mirzəyev qeyd edib ki, bugünkü məzunlar ölkənin gələcəyini formalaşdıracaq əsas qüvvədir və onların əldə edəcəkləri nailiyyətlər Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edəcək. O, gənclərə milli-mənəvi dəyərlərə sadiq qalmağı, Vətənə layiqli vətəndaş kimi xidmət etməyi tövsiyə edib.

Rayonun prokuroru Sərdar İmanov da məzunları təbrik edib, onların dövlət səviyyəsində göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklərinə əminliyini ifadə edib.

Mərasimdə məzunlar və məktəblilər hazırladıqları bədii kompozisiyaları təqdim ediblər.

Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.

Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində YAP Veteranlar Şurasının, X...
13/06/2026

Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində YAP Veteranlar Şurasının, Xətai rayon İcra Hakimiyyətinin,YAP Xətai rayon Təşkilatının, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib.

Tədbirdə YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev,YAP Veteranlar Şurasının üzvləri, akademik Urxan Ələkbərov, Vahid Novruzov, Nazim İsmayılov, Tahir Məmmədov və Zahid Xəlil, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Vətən Müharibəsi qəhrəmanı Zaur Hüseynov, eləcə də rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən,YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə,YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai rayon İcra başçısı Rafiq Quliyev ,Milli Məclisin deputatları Zahid Oruc,Vüqar Rəhimzadə Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edərək bildiriblər ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş nöqtəsi olub. Qeyd edilib ki, milli qurtuluş ideologiyasının təntənəsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçilik ənənələrinin gücləndirilməsində, sosial-iqtisadi inkişafın təmin edilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında mühüm rol oynayıb.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub, müasir dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin edib.Bildirilib ki, müstəqilliyin qazanılması nə qədər mühüm idisə, onun qorunub saxlanılması və inkişaf etdirilməsi də bir o qədər vacib məsələ idi. Məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri yaradılıb. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixində əlamətdar gün kimi xüsusi yer tutur və 1997-ci ildən etibarən dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunur.
Rəsmi hissədən sonra tədbir tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri vətənpərvərlik ruhlu musiqi nömrələri və rəngarəng konsert proqramı ilə davam edib.
Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.

https://azertag.az/xeber/milli_qurtulus_gunu_zefer_yolunun_baslangici-4260271

https://share.google/Hqs6HI0LmiibIa6Fx

https://www.yap.org.az/az/view/news/106064

https://qafqazinfo.az/news/detail/xetaide-15-iyun-azerbaycan-tarixinde-donus-noqtesi-adli-konsert-oldu-video-fotolar-512082

https://www.youtube.com/watch?v=UeGr19JHWu8

Address

Xətai Rayonu, Nəcəfqulu Rəfiyev Küç . 16
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when YAP Xətai rayon təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to YAP Xətai rayon təşkilatı:

Shortcuts

Share