Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Bölməsi

  • Home
  • Azerbaijan
  • Baku
  • Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Bölməsi

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Bölməsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Bölməsi, Government Organization, Xırdalan-Binəqədi şossesi 4, Baku.

Yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həy...
03/09/2026

Yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Bu məqsədilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq, sentyabr ayının 5-dən oktyabr ayının 5-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcəkdir.

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da intensivləşdirilməsi nəzərdə tutulur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa çağırır!

02/09/2026

Uşaqlar üçün yeni maarifləndirici rubrika – “Yol dərsi”

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi uşaqların yol hərəkəti təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması məqsədilə “Yol dərsi” rubrikasını təqdim edir.

Rubrikada uşaqların yolda, piyada keçidlərində, avtobus dayanacaqlarında və digər yol hərəkəti şəraitində təhlükəsiz davranış qaydaları sadə, maraqlı və əyani nümunələrlə izah olunacaq.

Əsas məqsəd uşaqlara qaydaları öyrətməklə yanaşı, onlarda təhlükəni düzgün qiymətləndirmək və təhlükəsiz davranışı gündəlik vərdişə çevirmək bacarığını formalaşdırmaqdır.

BDYPİ: Yağışlı havada sürəti azaldın!Gözlənilən yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə birbaşa təsir gös...
31/08/2026

BDYPİ: Yağışlı havada sürəti azaldın!

Gözlənilən yağışlı hava şəraiti yollarda hərəkət təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Yağıntı zamanı yol örtüyünün sürüşkən olması, görünüş məsafəsinin azalması və nəqliyyat vasitəsinin tormoz yolunun uzanması sürücülərdən daha diqqətli və məsuliyyətli davranmağı tələb edir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yağışlı hava şəraitində sürəti yolun və hava şəraitinin imkan verdiyi təhlükəsiz həddə qədər azaltmağı, qarşıdakı nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmağı, kəskin manevr və qəfil tormozlamadan çəkinməyi tövsiyə edir.

Unutmaq olmaz ki, yol nişanında göstərilən maksimal sürət həddi hər bir hava şəraitində həmin sürətlə hərəkət etməyin təhlükəsiz olduğu anlamına gəlmir. Sürücü mövcud şəraiti düzgün qiymətləndirməli və sürəti təhlükəsiz idarəetməni təmin edəcək səviyyədə seçməlidir.

Yağışlı havada sürəti azaltmaq sadəcə ehtiyat tədbiri deyil, təhlükəsizliyin əsas şərtlərindən biridir.

BDYPİ: Leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırışMilli Hidrometeorologiya Xidmətinin məlumatına əsasə...
30/08/2026

BDYPİ: Leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 31-də Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı və küləkli hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, bəzi ərazilərdə dolu düşəcəyi proqnozlaşdırılır.

Baş Dövlət Yol Polisi İdarəsi leysan yağışlarının yol hərəkəti üçün yarada biləcəyi təhlükələri nəzərə alaraq sürücüləri xüsusilə diqqətli olmağa çağırır.

İntensiv yağıntılar zamanı görmə məsafəsinin azalması, yol örtüyünün sürüşkənləşməsi, ayrı-ayrı ərazilərdə su yığılması və nəqliyyat vasitəsinin idarəetmədən çıxması riskinin artması nəzərə alınmalıdır. Sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək tövsiyə olunur.

Eyni zamanda, güclü küləyin hərəkətə əlavə çətinlik yarada biləcəyi nəzərə alınaraq, xüsusilə qoşqulu, tentli, uzunölçülü və iriqabaritli nəqliyyat vasitələrinin sürücüləri daha ehtiyatlı olmalı, daşınan yükün etibarlı bərkidilməsinə diqqət yetirməlidirlər.

Piyadalardan isə leysan yağışları zamanı məhdud görünmə şəraitini nəzərə almaları, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmələri xahiş olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini düzgün qiymətləndirməyə, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.

BDYPİ: Həftəsonu yollarda diqqətli olaq!Həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bə...
29/08/2026

BDYPİ: Həftəsonu yollarda diqqətli olaq!

Həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması, eyni zamanda bəzi ərazilərdə müşahidə olunan yağışlı və küləkli hava şəraiti sürücülərdən daha diqqətli və məsuliyyətli olmağı tələb edir.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına hava və yol şəraitini düzgün qiymətləndirməyi, sürət həddini mövcud şəraitə uyğun seçməyi, ara məsafəsini artırmağı, kəskin manevr və ani tormozlamadan çəkinməyi tövsiyə edir.

Xüsusilə yağış zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalı, küləkli havada isə nəqliyyat vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı ehtiyatlı davranılmalıdır.

Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyətinə diqqət yetirilməsi vacibdir.

Həftəsonunu xoş və təhlükəsiz keçirmək üçün hər kəsi yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq.

28/08/2026

Yetkinlik yaşına çatmayan şəxsin sükan arxasına keçməsi sadəcə qayda pozuntusu deyil, ciddi təhlükədir.

Baş Dövlət Yol Polisi İdarəsi valideynləri və nəqliyyat vasitəsi sahiblərini məsuliyyətli olmağa, avtomobilin idarə edilməsini sürücülük hüququ olmayan azyaşlılara etibar etməməyə çağırır.

Unutmayaq: bir anlıq məsuliyyətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

27/08/2026

Yuxululuqla bağlı hadisələrin təkrarlanması ciddi xəbərdarlıqdır

Son günlər sürücülərin sükan arxasında yuxulaması ilə əlaqəli yol-nəqliyyat hadisələrinin təkrarlanması bu məsələyə daha ciddi yanaşmağı zəruri edir.

Növbəti belə hadisə Balakən rayonunda qeydə alınıb. Sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış xüsusi texniki avadanlığa çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb, avadanlığa isə ziyan dəyib.

Baş verənlər bir daha göstərir ki, yuxululuq sadəcə sürücünün özünü narahat edən hal deyil, yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərən ciddi risk amilidir. Belə vəziyyətdə diqqətin və reaksiyanın zəifləməsi, hətta qısa müddətli mürgüləmə belə avtomobil üzərində nəzarətin itirilməsinə səbəb ola bilər.

Eyni xarakterli hadisələrin təkrarlanmaması üçün sürücüləri yorğun və yuxulu halda nəqliyyat vasitəsini idarə etməməyə, yuxululuq hiss etdikdə isə hərəkəti davam etdirmədən təhlükəsiz yerdə dayanaraq istirahət etməyə çağırırıq.

BDYPİ: Əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq!Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 27-...
27/08/2026

BDYPİ: Əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq!

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 27-dən 30-dək Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə küləyin güclənəcəyi bildirilir. Həmçinin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı və qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin yollarda yarada biləcəyi təhlükələri nəzərə alaraq hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Sürücülərə yağıntılı hava şəraitində sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil və sərt manevrlərdən çəkinmək, ötmə zamanı xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir. Görünüş məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, su basmış və sel ehtimalı olan yol sahələrindən keçərkən riskli hərəkətlərə yol verilməməlidir.

Küləyin güclü olduğu ərazilərdə, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha diqqətli olmalı, daşınan yükün etibarlı bərkidilməsinə və nəqliyyat vasitəsinin dayanıqlılığına xüsusi diqqət yetirməlidirlər.

Piyadalara isə yağıntı və külək səbəbindən görmə imkanlarının məhdudlaşa biləcəyini nəzərə almaq, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmək tövsiyə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini düzgün qiymətləndirməyə, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırır.

27/08/2026

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir

Görüntülərdə yuxulu olduğu ehtimal olunan sürücünün idarə etdiyi avtomobilin hərəkət istiqamətindən çıxaraq maneəyə çırpılması əks olunur. Baş verən hadisə bir daha göstərir ki, sükan arxasında yorğunluq və yuxululuğa laqeyd yanaşmaq ciddi təhlükə yaradır.

Yuxulu halda avtomobil idarə edən sürücünün diqqəti zəifləyir, reaksiya müddəti uzanır, yol şəraitini düzgün qiymətləndirmək və nəqliyyat vasitəsinə tam nəzarət etmək imkanları azalır. Bəzən cəmi bir neçə saniyəlik mürgüləmə avtomobilin yüzlərlə metr nəzarətsiz hərəkət etməsi deməkdir. Bu isə təkcə maneəyə çırpılma ilə deyil, qarşı hərəkət zolağına çıxma, yoldan kənara aşma, piyadanın və ya digər nəqliyyat vasitəsinin vurulması kimi daha ağır nəticələrlə də yekunlaşa bilər.

Uzunmüddətli səfərlər zamanı, eləcə də kifayət qədər istirahət etmədən yola çıxarkən sürücülər öz fiziki vəziyyətlərini düzgün qiymətləndirməlidirlər. Gözlərin ağırlaşması, tez-tez əsnəmə, diqqətin yayınması və hərəkət zolağını saxlamaqda çətinlik hərəkəti davam etdirməyin təhlükəli olduğuna ciddi xəbərdarlıqdır.

Belə vəziyyətdə sürücünün ən doğru qərarı mənzil başına tez çatmağa çalışmaq deyil, təhlükəsiz yerdə dayanaraq istirahət etməkdir. Çünki sükan arxasında yuxululuğa qarşı mübarizə apararaq hərəkəti davam etdirmək təhlükəni aradan qaldırmır, əksinə, ağır nəticəli yol-nəqliyyat hadisəsinin başvermə riskini artırır.

Yuxulu halda yola davam etmək yalnız sürücünün öz həyatını deyil, sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığını da təhlükə altına qoyur. Yorğunluq və yuxululuq hiss etdiyiniz anda dayanmaq vaxt itirmək deyil, həyatınızı və başqalarının həyatını qorumaq üçün verilən düzgün qərardır.

25/08/2026

Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə yenidən müraciət edərək, onların yol hərəkəti qaydalarına ciddi əməl etməyə və təhlükəsizlik tələblərini nəzərə almağa çağırır.

Address

Xırdalan-Binəqədi şossesi 4
Baku
AZE1117

Telephone

+994125908125

Website

Alerts

Be the first to know and let us send you an email when Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Bölməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share