Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Social service, Sülh küç. , 2/20, Baku.

Vətənimizin bütövlüyü və suverinliyi uğrunda döyüşlərdə Milli Qəhrəman olmuş, Əlil, Veteran və Şəhid olmuş döyüşçülərin ailələrinə maddi, mənəvi, hüquqi və sosial sahədə köməklik edirik.

General-mayor Abbasəli Novruzov vəfat edibAzərbaycanın dövlət və hərbi idarəçilik tarixində mühüm xidmətləri olan genera...
17/08/2026

General-mayor Abbasəli Novruzov vəfat edib

Azərbaycanın dövlət və hərbi idarəçilik tarixində mühüm xidmətləri olan general-mayor, Azərbaycan SSR-in əməkdar hüquqşünası, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı (1994–2001) Abbasəli Ramazan oğlu Novruzov 16 avqust 2026-cı ildə vəfat edib.

Abbasəli Novruzov 25 may 1937-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Zeytə kəndində anadan olub. 1949-cu ildə ailəsi ilə birlikdə doğma yurdundan deportasiya edilərək Sabirabad rayonunun Şıx Salahlı kəndinə köçürülüb.

O, hərbi xidmətə Sərhəd Qoşunlarında başlayıb, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd məktəbinin hüquq bölməsini və Dövlət Təhlükəsizlik Akademiyasını bitirib. Uzun illər ərzində sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət edib, sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib.Kəşfiyyatçı, hərbi tərcüməçi və hüquqşünas kimi fəaliyyət göstərib, Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinədək irəliləyib. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir kimi fəaliyyət göstərib.

1979-cu ildə Azərbaycanın “Əməkdar hüquqşünası” fəxri adına və SSRİ DTK-nın “Fəxri əməkdaşı” adına layiq görülüb.

1994-cü il aprelin 8-də Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı təyin edilən Abbasəli Novruzov müstəqil Azərbaycanın dövlət sərhədinin etibarlı mühafizəsinin formalaşdırılması və Sərhəd Qoşunlarının inkişafı istiqamətində mühüm işlər həyata keçirib.

Onun rəhbərliyi dövründə İran, Rusiya və Gürcüstanla dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi, yeni sərhəd dəstələrinin yaradılması, sərhəd infrastrukturunun və maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar kadrların xidmətə cəlb olunması istiqamətində mühüm tədbirlər görülüb. Sərhəd Qoşunlarının dövlət qurumları, yerli icra hakimiyyəti orqanları və ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.

Abbasəli Novruzov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının üzvü kimi də fəaliyyət göstərib.

Dövlət sərhədinin mühafizəsinin möhkəmləndirilməsində, Sərhəd Qoşunlarının peşəkar əsaslarla formalaşdırılmasında və dövlətçiliyin keşiyində göstərdiyi xidmətlər Abbasəli Novruzovun adını Azərbaycan tarixində xüsusi ehtiramla xatırlanan hərbçilər sırasına daxil edib.

O, xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni, “Şöhrət” ordeni, “Şücaətə görə” medalı, “Sərhəddə fərqlənməyə görə” medalı və digər dövlət təltiflərinə layiq görülüb.

Abbasəli Novruzovun vəfatı Azərbaycan dövlətçiliyi və sərhəd mühafizəsi sahəsində çalışanlar, onun silahdaşları, doğmaları və yaxınları üçün ağır itkidir.

Mərhumun əziz xatirəsi onu tanıyanların və Azərbaycan dövlətinin sərhədlərinin qorunmasına xidmət edən insanların qəlbində daim yaşayacaq.

Qərbi Azərbaycan İcması mərhumun doğmalarına, yaxınlarına, həmkarlarına və bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

QƏHRƏMAN ŞƏHİDİMİZ ALLAHVERDİYEV VÜSAL TAHİR OĞIU (16.08.1988-30.10.2020).🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀🥀
16/08/2026

QƏHRƏMAN ŞƏHİDİMİZ ALLAHVERDİYEV VÜSAL TAHİR OĞIU (16.08.1988-30.10.2020).
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀🥀

Bu gün şəhid Qasımlı Nicatın doğum günüdür..🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀🥀
16/08/2026

Bu gün şəhid Qasımlı Nicatın doğum günüdür..
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀🥀

Hörmətli cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mammad Ahmadzada Azərbaycan Respublikasının Belçika  Krallığ...
12/08/2026

Hörmətli cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mammad Ahmadzada Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edirəm.
Bu mühüm və məsuliyyətli diplomatik vəzifəyə təyinat, cənab səfirin yüksək peşəkarlığına, zəngin diplomatik təcrübəsinə və dövlətçilik prinsiplərinə sadiqliyinə verilən yüksək qiymətin bariz göstəricisidir.
İnanıram ki, Mammad müəllim yeni vəzifəsində də Azərbaycan Respublikasının dövlət maraqlarının və milli mənafelərinin layiqincə təmsil olunması, Azərbaycan–Belçika münasibətlərinin daha da inkişaf etdirilməsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərəcəkdir.
Cənab səfirə bu şərəfli və məsuliyyətli fəaliyyətində möhkəm cansağlığı, tükənməz enerji, böyük uğurlar və yeni nailiyyətlər arzulayıram.
Yeni təyinatınız mübarək olsun, cənab Səfir!
Azərbaycanın dövlətçilik maraqlarının və milli mənafelərinin qorunması və layiqincə təmsil olunması istiqamətində fəaliyyətinizdə Sizə daim uğurlar arzulayıram.🇦🇿🇦🇿🇦🇿🇧🇪🇧🇪🇧🇪

FƏRMANOV SƏDİ ƏLİ OĞLU - ŞƏHİDFərmanov Sədi Əli oğlu 1968-ci il avqust ayının 8-də Laçın rayonunun Kamallı kəndində anad...
10/08/2026

FƏRMANOV SƏDİ ƏLİ OĞLU - ŞƏHİD

Fərmanov Sədi Əli oğlu 1968-ci il avqust ayının 8-də Laçın rayonunun Kamallı kəndində anadan olub.🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀🥀

1975-1985-ci illərdə anadan olduğu kənd məktəbində orta təhsil alıb.

Elə həmin ildə Xankəndi şəhərindəki Pedaqoji İnstitutun "Tarix" fakultəsinə qəbul olub.

1987-1989 - cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidmətini Leninqrad (Sankt-Peterburq) şəhərində hava hücümundan müdafiə qoşunlarının tərkibində başa vurub.

Əsgəri xidmətdən sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnistitutunun "Tarix və hüquq" fakultəsində davam etdirib.

1992- ci ilin iyun ayında oxuduğu ali məktəbi bitirərək "Tarix və Hüquq" müəllimliyi ixtisasına yiyələnib.

1992- ci ilin iyunun 19-da yeni formalaşan 713 saylı taborun sıralarına yazılır. Laçın və Ağdərə rayonlarında gedən hərbi əməliyyatlarda iştirak edib.

1992- ci ildə Laçın rayonunun Pircahan və Hoçaz kəndləri yaxınlığında gedən ağır və qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Bu şücaətlərinə görə hərbi hissə komandiri tərəfindən baş leytenant rütbəsi ilə təltif olunub.

Hoçaz dağı ətrafında gedən döyüşlərdə bir neçə postun düşməndən azad edilməsində Sədi fəal iştirak edib. 1992 - ci ilin dekabrın 3-də Hoçaz dağında Qarıqışlaq kəndinə tərəf Əli bulağı yaxınlığında gedən ağır və şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.

Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Yaşasaydı, 35 yaşı olacaqdı... - Hökumə Əliyevanın doğum günüdür.🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀🥀Avqustun 8-i Azərbaycanın Milli Qəhrəman...
10/08/2026

Yaşasaydı, 35 yaşı olacaqdı... - Hökumə Əliyevanın doğum günüdür.🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀🥀

Avqustun 8-i Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.

Bakuplus.az xatırladır ki, Hökumə Cəlil qızı Əliyeva 1991-ci ildə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olub.

1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbi ilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.

1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib.

2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonra isə stüardessa kimi işləməyə başlayıb.

Hökumə Əliyeva 2024-cü ilin dekabr ayında AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğradığına görə həlak olub.

O, son dəqiqələrdə sərnişinləri sakitləşdirmək üçün səsləndirdiyi "Hər şey yaxşı olacaq" ifadəsi ilə yaddaşlarda silinməz iz qoyub.

Şəhid Əhmədov Elçin Rasim oğlu 1989-cu il aprelin 23-ündə Qax şəhərində anadan olub. Kiçik gizir Elçin Əhmədov 2014-cü i...
10/08/2026

Şəhid Əhmədov Elçin Rasim oğlu 1989-cu il aprelin 23-ündə Qax şəhərində anadan olub. Kiçik gizir Elçin Əhmədov 2014-cü ilin avqust ayının əvvəlində Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin pozulması nəticəsində Ağdam-Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olub və Qax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀🥀

Əslən Masallıdan olan Vətən müharibəsi şəhidi Elçin Qismət oğlu Novruzovun doğum günüdür. 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀Elçin Novruzov 9...
10/08/2026

Əslən Masallıdan olan Vətən müharibəsi şəhidi Elçin Qismət oğlu Novruzovun doğum günüdür. 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🥀🥀🥀🥀

Elçin Novruzov 9 avqust 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olub.

1996-2005-ci illərdə Masallı rayon Hüseynhacılı, 2005-2007-ci illərdə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbində təhsil alıb. 2007-ci ildə Hava Hücumundan Müdafiə qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Vətən müharibəsinə könüllü olaraq qatılan Elçin Novruzov Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Elə bu döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.

O, 16 noyabr 2020-ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə", “Döyüşdə fərqləndiyinə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bu gün dəyərli dostumuz, tanınmış hərbi ekspert, polkovnik Cəlil Xəlilovun doğum günüdür.Bu əlamətdar gün münasibətilə C...
09/08/2026

Bu gün dəyərli dostumuz, tanınmış hərbi ekspert, polkovnik Cəlil Xəlilovun doğum günüdür.
Bu əlamətdar gün münasibətilə Cəlil müəllimi ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm can sağlığı, uzun, mənalı və bərəkətli ömür arzulayıram. Həyatının hər bir yeni ili ona yeni uğurlar, gözəl xatirələr, sevinc və xoş günlər bəxş etsin.
Cəlil Xəlilov ( Джалил Халилов ) uzun illər ərzində peşəkarlığı, zəngin hərbi təcrübəsi, prinsipial mövqeyi, Vətənə və dövlətə sədaqəti ilə seçilən ziyalı və hərbçi kimi hörmət qazanıb. Onun hərbi sahədəki bilik və təcrübəsi, hadisələrə obyektiv yanaşması və analitik düşüncəsi hər zaman yüksək qiymətləndirilir.
Arzu edirəm ki, bundan sonrakı həyat yolunda da qarşısına qoyduğu bütün məqsədlərə uğurla çatsın, daim sağlam, gümrah və yüksək əhval-ruhiyyədə olsun. Ailəsinin, doğmalarının və dostlarının əhatəsində xoşbəxt və firavan günlər yaşasın.
Qoy ömrünün hər yeni səhəri sevinc, hər yeni günü uğur, hər yeni ili isə daha böyük nailiyyətlərlə yadda qalsın. Uca Allah onu və ailəsini qorusun, həyatına daim ruzi-bərəkət, əmin-amanlıq və gözəl günlər nəsib etsin.
Əziz Cəlil müəllim, doğum gününüz mübarək! Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Hər zaman var olun, sağlam olun, üzünüzdən təbəssüm, qəlbinizdən sevinc əskik olmasın!
Yeni yaşınız uğurlu və düşərli olsun!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ermənistanın mina terroru ilə bağlı bəyanatı yayılıb.       ...
05/08/2026

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ermənistanın mina terroru ilə bağlı bəyanatı yayılıb.

B Ə Y A N A T

30 ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru davam edir. Böyük təəssüf hissi ilə qeyd edirik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına baxmayaraq, yüzlərlə ailəyə bədbəxtlik gətirən, onlarla insanın həyatına son qoyan mina problemi hələ də öz həllini tapmayıb. Bu isə Azərbaycan vətəndaşlarının həyat və sağlamlığı üçün ciddi təhdid olmaqla yanaşı, işğaldan azad edilən torpaqlarda abadlıq, quruculuq və məskunlaşma prosesinə ciddi şəkildə mane olmaqda, Azərbaycan və Ermənistan arasında yeni formalaşmaqda olan etimad mühitinə xələl gətirməkdədir. Ermənistanın minalanmış ərazilərin xəritəsin
i Azərbaycana verməkdən imtina etməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirməkdə, problemin həllini qeyri-müəyyən vaxta qədər uzatmaqdadır.
Bütün bunları nəzərə alaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq təşkilatları, dünya ictimaiyyətini mina probleminin həllində yaxından iştirak etməyə, bu problemin həlli üçün daha effektiv və qəti addımlar atmağa səsləyirik. Minalarla mübarizə məqsədilə ölkəmizə gərəkli maliyyə dəstəyinin verilməsi, müasir texniki vasitələrin ayrılması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana daha ciddi təzyiqin göstərilməsi mina probleminin həllinə xidmət edən təsirli vasitələr ola bilər.
Xatırladırıq ki, beynəlxalq qanun və konvensiyalarla yasaqlanan mina terroru bütün insanlığa qarşı ağır cinayət hesab olunur və bu terrora son qoyulması irqindən, dilindən, dinindən, millətindən asılı olmayaraq, hər kəsin mənəvi borcu, insanlıq vəzifəsidir.
Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində bütün gərəkli addımları atacaq, məlum problemin həllinə dəstək göstərməklə Cənubi Qafqazda etibarlı sülh və təhlükəsizliyin təmininə töhfə verəcəkdirlər”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Джалил Халилов.

https://newscenter.az/2026/08/04/dunya-ictimaiyyetine-mina-probleminin-hellinde-yaxindan-istirak-etmek-cagirisi-edildi.html

https://redaktor.az/news/actual/337615-muharibe-emek-ve-silahli-quvveler-veteranlari-teskilati

https://veteran.gov.az/az/news/3500-muharibe-emek-ve-silahli-quvveler-veteranlari-teskilati-ermenistanin-mina-terroru-ile-bagli-beyanat-yayib

Address

Sülh Küç. , 2/20
Baku
AZ1132

Alerts

Be the first to know and let us send you an email when Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category