Aqrar Sığorta Fondu

Aqrar Sığorta Fondu Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin edir.

Ölkə üzrə hər bir kənd təsərrüfatı məhsulu üçün sığorta təminatı təqdim etmək, kənd təsərrüfatı istehsalçılarını təbii fəlakətlərdən və digər risklərdən qorunması üçün davamlı və dayanıqlı aqrar sığorta sistemi yaratmaq və fermerlərin etimadını qazanmaq əsas missiyamızdır.

02/09/2026

Pambıq təsərrüfatı ilə məşğul olan fermer Mirbala Rəhimov 6150 manat sığorta ödənişi alıb.

Azərbaycanda dövlətin aqrar sığorta mexanizmindən faydalanan fermerlərin və təsərrüfat sahiblərinin sayı artmaqdadır.
Kürdəmir rayonu, Ərəbxana kəndində pambıq təsərrüfatı olan fermer Aqrar Sığorta Fondundan ödəniş alan növbəti təsərrüfat sahibi olub.

Mirbala Rəhimov öz həmkarlarını – digər fermer və təsərrüfat rəhbərlərini də təsərrüfatlarını sığortalayaraq qorumağa çağırır.

Kənd Təsərrüfatı Nazirliyində yeni qəbul olunmuş “Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu” və “Balıqçılıq ...
01/09/2026

Kənd Təsərrüfatı Nazirliyində yeni qəbul olunmuş “Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu” və “Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” ilə məsələlərə həsr olunmuş MƏTBUAT KONFRANSI keçirilib.

Yağış, sel-subasma və digər təbii fəlakətlərdən qorxmayın – aqrar sığorta var!Aqrar Sığorta təsərrüfat sahələrinizi baş ...
31/08/2026

Yağış, sel-subasma və digər təbii fəlakətlərdən qorxmayın – aqrar sığorta var!
Aqrar Sığorta təsərrüfat sahələrinizi baş verəcək risklərdən qoruyur.
✅Torpaq sürüşməsi
✅Sel və subasma
✅Zəlzələ
✅Yanğın
✅Dolu
✅Qasırğa
✅Fırtına
kimi çoxsaylı risklərdən və təhlükələrdən qoruyur.
Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini və digər təsərrüfatları bu hadisələrdən qorumağa imkan verir.

Ətraflı məlumat ➡️
https://asf.gov.az/

Əlaqə 📞1651⠀

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb.
28/08/2026

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb.

🐑🐄Qoyunu 7 manata, inəyi 24 manata sığortalamaq olar – ŞƏRTLƏR, MƏBLƏĞLƏR. Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən...
28/08/2026

🐑🐄Qoyunu 7 manata, inəyi 24 manata sığortalamaq olar – ŞƏRTLƏR, MƏBLƏĞLƏR.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən sərfəli aqrar sığorta mexanizmi vasitəsilə əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür.
Buraya iribuynuzlu mal-qara (südlük və ətlik inəklər, camış) və xırdabuynuzlu heyvanlar (qoyun və keçilər) aiddir.
Aqrar Sığorta Fondu bu heyvanları çoxsaylı risklərdən – təbii fəlakətlər, yoluxucu xəstəliklər, yem, ot və kimyəvi məhsulların təsirindən zəhərlənmə, yanğın, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti, avtomobillə vurulma, daşınma zamanı qəza nəticəsində tələf olma və ya məcburi kəsim, oğurluq, quldurluq və sair hallardan sığortalayır.
Qanunvericiliyə əsasən, sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə, heyvanların sığortası fermerlər üçün daha əlçatandır.
Belə ki, 1000 manatlıq iribuynuzlu mal-qaranın sığortası üçün fermerin ödəməli olduğu məbləğ seçilmiş sığorta zərfindən asılı olaraq 24–39 manat, qiyməti 2000 manat olan heyvanların illik sığortası isə 48–78 manat arasında dəyişir.
Xırdabuynuzlu heyvanlara (qoyun və keçilər) gəlincə, qiyməti 300 manat olan heyvanın sığortası fermerə 7–11 manata, 500 manatlıq heyvanın sığortası isə 12–18 manata başa gəlir.
Qeyd edək ki, fermer və təsərrüfatlar öz heyvanlarını 1 il, 2 il və 3 illik müddətə sığorta etdirə bilərlər. Sığorta müddəti artdıqca, illik sığorta haqqı da azalır.
Məsələn, 1000 manatlıq iribuynuzlu mal-qaranın 3 illik müddətə sığortalanması zamanı illik sığorta haqqı 22,8–36,5 manat təşkil edir.
Hadisə baş verdikdə heyvanın dəyərinin 10%-lik hissəsi azadolma şəklində çıxılır və fermerə kənd təsərrüfatı heyvanının dəyərinin 90%-i həcmində ödəniş həyata keçirilir.
Qeyd edək ki, kənd təsərrüfatı heyvanlarını artıq 11 günlük yaşından başlayaraq müxtəlif yaş hədlərinədək sığortalamaq mümkündür. Südlük mal-qara 7 yaşadək, ətlik heyvanlar 3 yaşadək, xırdabuynuzlu heyvanlar isə 5 yaşadək sığortalanır.
Xatırladaq ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə 3,5 milyon manat sığorta ödənişi həyata keçirilib.

27/08/2026

Əkin sahənizi sığortalamaq istəyirsiniz? - Tələsməyin! Gəlin, əvvəlcə hesablayaq....

📣📝Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyata başlayır.Müstəqil aqrar ...
25/08/2026

📣📝Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyata başlayır.

Müstəqil aqrar sığorta eksperti təlimlərində iştirak etmək istəyən şəxslər 25 avqust tarixindən 6 noyabr tarixinədək qeydiyyatdan keçə bilərlər.
Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında 16-21 noyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir.
Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:
Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri Aqrar Sığorta Fonduna təqdim etməlidirlər:
1) şəxsiyyətini təsdiq edən sənədin surəti;
2) müvafiq qanunvericiliyə uyğun ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin (diplom və ya onu əvəz edən sənəd) surəti;
3) peşə təhsilli namizədlər üçün ixtisası təsdiq edən sənədlə yanaşı, müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;
4) xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;
5) ödəniş edilməsini təsdiq edən sənəd.
Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına, yaxud 055-500-84-23 nömrəsinin votsapına göndərmək lazımdır.
Təlimlər ödənişlidir və təlimdə iştirak haqqı 20,00 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

📣📸“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə davam edir!2026-cı il iyun ayının 15-dən sentyabrın 30-dək keç...
24/08/2026

📣📸“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə davam edir!

2026-cı il iyun ayının 15-dən sentyabrın 30-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan olunub. 2026-cı il iyun ayının 15-dən sentyabrın 30-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə aqrar sahədə fermerlərin fəaliyyətini, gündəlik həyatını, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilir.

Fotomüsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.

Fotomüsabiqədə yaşından, təhsilindən və sənətindən asılı olmayaraq hamı iştirak edə bilər. Fotoaparat, smartfon, dronla çəkilmiş fotolar müsabiqəyə qəbul olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə “[email protected]” elektron ünvanına göndərməlidirlər.

Ətraflı: https://asf.gov.az/xeberler/azerbaycanda-kend-teserrufati-movzusunda-fotomusabiqe-elan-edilib

24/08/2026

2026-cı il ərzində bugünədək Aqrar Sığorta Fonduna 383 fermerdən, 6622 müqavilə üzrə 77 min hektar əkin ərazisinə zərər dəyməsi ilə bağlı müraciət daxil olmuşdur ki, bunlardan elə 253 nəfər fermerin müraciəti yağıntılarla bağlı olmuşdur. Belə ki, 97 fermer 40 min hektar əkin ərazisinə dolu riski, 156 fermer isə 26 min hektar əkin ərazisinə sel-subasma riski ilə bağlı müraciət etmişdir.

2026-cı il üzrə bugünə olan müraciətlərə əsasən ümumilikdə fermerlərə 4.5 mln manata yaxın zərərə ödənişlərinin edilməsi proqnozlaşdırılır ki, bu ödənişlərin 1.5 mln manatının dolu, 1.1 mln manatının isə sel-subasma riski üzrə edilməsi nəzərdə tutulur.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək.
21/08/2026

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək.

Address

Xətai Rayonu, 8 Noyabr Prospekti 175
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Aqrar Sığorta Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Aqrar Sığorta Fondu:

Shortcuts

Share