Azərbaycan Dövlət Kukla Teatrı

Azərbaycan Dövlət Kukla Teatrı AZƏRBAYCAN DÖVLƏT KUKLA TEATRI

21/07/2026

Azərbaycan Dövlət Kukla Teatrının Strategiya və Kommunikasiya şöbəsinin müdiri, jurnalist, teatr tənqidçisi Həmidə Rüstə...
20/07/2026

Azərbaycan Dövlət Kukla Teatrının Strategiya və Kommunikasiya şöbəsinin müdiri, jurnalist, teatr tənqidçisi Həmidə Rüstəmova 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Teatr sənətinin təbliğ olunmasında uğurlu fəaliyyətinə görə" Fəxri Fərmanla təltif olunub.
Bu qiymətə və göstərilən diqqətə görə Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümüzü bildiririk.

Yeni mövsümdə görüşənədək....Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunan iclas keçi...
17/07/2026

Yeni mövsümdə görüşənədək....

Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunan iclas keçirilib
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 94-cü teatr mövsümünün yekunlarına həsr olunmuş geniş tərkibli kollektiv iclas keçirilib.
İclasda çıxış edən teatrın direktoru Rəşad Əhmədzadə bildirib ki, Azərbaycan Dövlət Kukla Teatrının 94-cü teatr mövsümü yaradıcılıq, inkişaf, beynəlxalq əməkdaşlıq və sosial fəaliyyət baxımından olduqca məhsuldar bir il kimi yadda qalıb.
Direktor qeyd edib ki, 95 illik zəngin tarixə malik teatr yubiley mövsümünə uğurlu nəticələrlə qədəm qoyur. Onun sözlərinə görə, cari mövsümdə repertuar yeddi yeni səhnə əsəri ilə zənginləşib və onların hər biri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Rəşad Əhmədzadə bildirib ki, mövsüm ərzində Anar Məmmədovun quruluşunda "İnnab ağacı" tamaşası səhnəyə qoyulub. Görkəmli kukla ustası, sevilən aktyor Rəhman Rəhmanovun səhnə fəaliyyətinin yubileyinə həsr olunmuş "Aybolit" benefis tamaşası da teatrsevərlərin böyük marağına səbəb olub.
Direktor diqqətə çatdırıb ki, S.S. Axundovun eyniadlı əsəri əsasında Səidə Haqverdiyevanın quruluş verdiyi "Qaraca qız" tamaşası mövsümün uğurlu premyeralarından biri kimi yadda qalıb və repertuarın sevilən nümunələrindən birinə çevrilib.
Onun sözlərinə görə, ənənəyə uyğun olaraq ilin sonunda Anar Məmmədovun quruluşunda "Qış nağılı" tamaşası təqdim olunub. Azərbaycan xalq nağılı əsasında hazırlanan "Şəngülüm, Məngülüm" tamaşası mövsümün maraqlı səhnə işlərindən biri olub. Rejissor Müşfiq Əliyevin quruluş verdiyi "Quyruqsuz dovşan" tamaşası isə mövsümün ən uğurlu premyeraları sırasında xüsusi yer tutub.
Rəşad Əhmədzadə vurğulayıb ki, teatrın rus bölməsi də mövsüm ərzində fəal yaradıcılıq fəaliyyəti ilə seçilib. Əhəd Hacıyevin quruluşunda hazırlanan "Aldanmış canavar" tamaşası rusdilli tamaşaçıların ixtiyarına verilib.
Direktor məmnunluqla qeyd edib ki, teatr il ərzində nəzərdə tutulmuş bütün plan və plandankənar öhdəliklərini tam həcmdə yerinə yetirib.
Maliyyə göstəricilərinə toxunan Rəşad Əhmədzadə bildirib ki, repertuar siyasətinin uğuru kassadakı nəticələrdə də öz əksini tapıb. Onun sözlərinə görə, mövsüm ərzində ən yüksək gəlir əldə edən tamaşa "Dovşanın ad günü" olub və 10 min manatdan artıq gəlir gətirib. Sonrakı yerlərdə 8 min manatdan çox gəlirlə "Üç donuz balası", "Qaraca qız" və "Düyməcik", 7 min manatdan artıq gəlirlə isə "Ağca və yeddi cırtdan" və "Qızıl balıq" tamaşaları qərarlaşıb.
Direktor əlavə edib ki, illik maliyyə hesabatları və plan göstəriciləri mühasibatlıq tərəfindən dəqiq rəqəmlərlə təqdim olunur və iclasda səsləndirilən göstəricilər ümumi statistik mənzərəni əks etdirən məlumatlardır.
Onun sözlərinə görə, yalnız son altı ay ərzində teatr 333 tamaşa nümayiş etdirərək 26 mindən çox tamaşaçıya xidmət göstərib. Bu göstərici teatrın repertuarına və ümumilikdə fəaliyyətinə tamaşaçı marağının artdığını göstərir.
Beynəlxalq əlaqələrdən danışan Rəşad Əhmədzadə qeyd edib ki, teatr "NOMAD PUPPET" I Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycanı uğurla təmsil edib və beynəlxalq yaradıcılıq əlaqələrinin inkişafına töhfə verib.
Direktor bildirib ki, qastrol fəaliyyəti də mövsüm ərzində uğurla davam etdirilib. Lənkəran, Qobustan və Pirallahıda təşkil olunan səfərlər çərçivəsində bölgə tamaşaçılarına uğurlu tamaşalar təqdim olunub.
Sosial məsuliyyət istiqamətində görülən işlərdən danışan teatr rəhbəri qeyd edib ki, YAŞAT Fondu və Nargis Fondunun dəstəyi ilə müxtəlif sosial layihələr həyata keçirilib, paytaxtda fəaliyyət göstərən sığınacaqlarda xeyriyyə tamaşaları nümayiş etdirilib, Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqlar üçün xüsusi proqram hazırlanıb.
Rəşad Əhmədzadə vurğulayıb ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 3 Dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü və digər əlamətdar tarixlər münasibətilə Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və digər dövlət qurumları ilə birgə sosial layihələr həyata keçirilib.
Direktor bildirib ki, mövsüm ərzində Milli Məclisin Mədəniyyət Komitəsi ilə əməkdaşlıq daha da genişlənib, qarşılıqlı əlaqələr möhkəmlənib.
Çıxış zamanı o, mövsümün ən qürurverici hadisələrindən birinin teatr əməkdaşlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsi olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aparıcı aktyorlar Səriyyə Mansurova və Cavid İbrahimov Prezident mükafatına layiq görülüblər. Rəşad Əhmədzadə bunu bütövlükdə teatr kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Direktor çıxışında bildirib ki, artıq 95-ci – yubiley teatr mövsümünə hazırlıq işləri davam edir. Hazırda Anar Məmmədovun quruluşunda "Balaca səyyah" və Səidə Haqverdiyevanın quruluşunda "Turac və sehrli daraq" tamaşalarının məşqləri aparılır.
Sonda Rəşad Əhmədzadə vurğulayıb ki, 94-cü teatr mövsümündə əldə olunan uğurlar teatrın yaradıcı və texniki heyətinin, səhnəarxasında çalışan əməkdaşların peşəkarlığının və fədakar əməyinin nəticəsidir. O bildirib ki, qarşıdan gələn 95-ci yubiley mövsümündə də teatr yeni tamaşalar, beynəlxalq layihələr və sosial təşəbbüslərlə tamaşaçılarını sevindirməyə davam edəcək.
Çıxışın ardından 94-cü teatr mövsümünün yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən əməkdaşların təltifetmə mərasimi keçirilib.
Mövsüm ərzində məhsuldar fəaliyyətinə (ən çox tamaşa oynayan) görə seçilən dram artistləri Aygül Ağayeva və Araz Həsənli, səmərəli fəaliyyətinə görə Səbinə Məmmədova, uğurlu debütünə görə isə dram artisti Bayram Fətəliyev təltif olunublar.
Bununla yanaşı, 19 dekabr 2025-ci il tarixində premyerası nümayiş etdirilən və qısa müddətdə teatrın repertuarında ən yüksək gəlir göstəricilərindən birinə nail olan "Qaraca qız" tamaşası "Mövsümün premyerası" nominasiyasına layiq görülüb.
Tədbirin sonunda teatrın direktor müavini Elnur Abbasquliyev, Yaradıcılıq şöbəsinin müdiri Anar Məmmədov və Geyim və səhnə tərtibatı şöbəsinin müdiri İqbal Əliyev çıxış edərək mövsüm ərzində göstərdikləri əzmkar fəaliyyətə görə kollektivə təşəkkürlərini bildirib, yaradıcı heyətə xoş istirahət, yeni yaradıcılıq uğurları və qarşıdan gələn 95-ci yubiley teatr mövsümündə yeni nailiyyətlər arzulayıblar.


16/07/2026

Press reliz
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

95-ci yubiley ilini qeyd edən Azərbaycan Dövlət Kukla Teatrı ölkədaxili qastrol proqramı çərçivəsində növbəti çıxışını Pirallahı Rayon Gənclər Evində reallaşdırıb.
Teatrın qastrol proqramının əsas məqsədi paytaxtdan kənarda yaşayan balaca teatrsevərlərə peşəkar səhnə nümunələrini təqdim etmək, uşaqlarda teatr mədəniyyətinə marağı artırmaq və milli uşaq ədəbiyyatının ən gözəl nümunələrini geniş auditoriyaya çatdırmaqdır.
Tədbiri giriş sözləri ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov milli teatrımızı ölkəmizin mədəni yaddaşını yaşadan sənət ocağı kimi qiymətləndirərək, bu cür tədbirlərin rayonun mədəni inkişafına töhfə verdiyini bildirib. O, kukla teatrı ənənələrinin uşaqların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsində rolunu vurğulayıb.
14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva milli irsimizin təbliğinin dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, ölkəmizin qocaman teatr ocaqlarından olan Azərbaycan Dövlət Kukla Teatrının zəngin yaradıcılıq ənənələrinə diqqət çəkib. Millət vəkili təmsil etdiyi rayonlarda mədəni həyatın canlandırılmasına yönəlmiş layihələrin, o cümlədən teatr tamaşalarının təşkilinə hər zaman dəstək verdiyini bildirərək, bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra tamaşaçılar Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Xanımana Əlibəylinin sevilən mənzum əsərlərindən biri olan "Dovşanın ad günü" nağıl-poeması əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər.
Rəngarəng səhnə tərtibatı, musiqili nömrələri və maraqlı süjet xətti ilə seçilən tamaşa Pirallahılı balaca teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə həmçinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri, .əhid ailələrinin övladları, yerli ictimaiyyət, çoxsaylı balaca teatrsevərlər iştirak ediblər.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Rəna Abbasova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi isə Sevinc Nuruqızıdır.
Birhissəli kukla tamaşasında obrazları Cavid İbrahimov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibova, Səbinə Məmmədova, Firuzə Nəsibli-Abbasova və Elnur Xəlilov canlandırıblar.

Teatrın mətbuat xidməti


15/07/2026

Azərbaycan Dövlət Kukla Teatrı sosial məsuliyyət layihələri çərçivəsində növbəti xeyriyyə aksiyasını həyata keçirib. İyulun 14-də teatrın bir qrup əməkdaşı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi – Mehriban Qadın və Uşaq Sığınacağını ziyarət edərək sığınacaq sakinləri üçün "Şəngülüm, Məngülüm" tamaşasını təqdim edib.
Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Balaca tamaşaçılar səhnə əsərini diqqətlə izləyib, qəhrəmanların sərgüzəştlərinə alqışları, gülüşləri və səmimi reaksiyaları ilə qoşulublar. Tamaşanın sonunda uşaqlar aktyorlarla xatirə şəkilləri çəkdirərək onlara təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda sığınacağın rəhbəri Mehriban Zeynalova Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyinə və kollektivinə minnətdarlığını ifadə edib. O bildirib ki, bu cür mədəni tədbirlər sığınacaqda yaşayan uşaqların mənəvi və psixoloji inkişafına müsbət təsir göstərir, onların sosial həyata inteqrasiyasına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verir. Mehriban Zeynalova teatr kollektivinin uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək belə layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dövlət Kukla Teatrı sosial məsuliyyət fəaliyyətləri çərçivəsində gələcəkdə də müxtəlif sosial həssas qruplardan olan uşaqlar üçün mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.

15/07/2026

Hər teatr mövsümü özlüyündə yeni bir başlanğıcdır. Çünki hər son yeni bir səhifənin açılışı deməkdir.

Ötən həftə bu mövsümün son tamaşasını oynadıq. Pərdə bağlandı... Amma səhnə heç vaxt susmur.

Hazırda teatrımızda iki yeni tamaşanın məşqləri davam edir. Çünki biz böyük həvəslə və əzmlə 95 illik yubileyimizin – 95-ci teatr mövsümünə hazırlaşırıq.

Yeni tamaşalar, yeni görüşlər, yeni nağıllar və unudulmaz sürprizlərlə çox yaxında yenidən sizinlə olacağıq.

Biz hazırıq. Siz də 95-ci mövsümdə bizimlə yeni səhifəni açmağa hazır olun! ❤️🎭


10/07/2026

"Mövsümün son günlərində, son seanslarımızda da sevimli balacalarımız bizi tək qoymadılar. Gülüşləri, alqışları və ilıq təbəssümləri ilə teatrımıza yenə də sevinc, həyat və xoş ovqat bəxş etdilər. 🌞🎭
Bəli, günəş daim bizim səhnədə doğur! Burada uşaqların sevinci heç vaxt bitmir, nağıllar isə hər zaman davam edir. ❤️✨"
🎭🌈

🎭 Əziz tamaşaçımız!Bu həftə mövsümün son tamaşa günlərini sizinlə birlikdə keçirmək istəyirik. ❤️Sizi bilmirik, amma biz...
07/07/2026

🎭 Əziz tamaşaçımız!

Bu həftə mövsümün son tamaşa günlərini sizinlə birlikdə keçirmək istəyirik. ❤️

Sizi bilmirik, amma biz sizi çox darıxacağıq... 🥹 Elə buna görə də gəlin, bu həftə yenidən görüşək, birlikdə gülək, nağıllara səyahət edək və mövsümü ən gözəl xatirələrlə yola salaq.

Sonra isə kuklalar da bir az dincəlsin... 🧸☀️

Bəs siz nə deyirsiniz? Bu həftə görüşürük? 🤗

🎟️ Sizi teatrımızda gözləyirik!

🐰 Dovşan onun ad gününə gəlməyəndən küsür. Yəqin siz onu küsdürmək istəməzsiniz. 🥹🎂🤭 Xəbəriniz olsun ki, qoğallarımız da...
03/07/2026

🐰 Dovşan onun ad gününə gəlməyəndən küsür. Yəqin siz onu küsdürmək istəməzsiniz. 🥹🎂

🤭 Xəbəriniz olsun ki, qoğallarımız da isti-isti sobadan çıxıb! 🥐♨️ Sabahdan sizi həm sevimli dovşanımız, həm də ləzzətli qoğallarımız gözləyir. Gəlin, bu gözəl günü birlikdə daha da şən edək! 🎉🎭💛

Address

NEFTÇİLƏR PROSPEKTİ , 36
Baku

Opening Hours

Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Telephone

+994556155556

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Kukla Teatrı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Dövlət Kukla Teatrı:

Shortcuts

Share