Azərbaycan Respublikasının Ali Məhkəməsi

Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi Facebook səhifəsi

Azərbaycan Respublikasının Ali Məhkəməsində Qırğız Respublikası Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayevi...
20/08/2026

Azərbaycan Respublikasının Ali Məhkəməsində Qırğız Respublikası Ali Məhkəməsinin sədr müavini Nurlan Alişeroviç Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2026-cı il 7 iyul tarixdə məhkəmələr tərəfindən podrat müqaviləsindən i...
10/08/2026

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2026-cı il 7 iyul tarixdə məhkəmələr tərəfindən podrat müqaviləsindən irəli gələn mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarı qəbul edilmişdir.

✅ Qərarda podrat müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirən meyarlar müəyyən edilmiş, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələblərinə aydınlıq gətirilmiş, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratının və çoxmənzilli binanın tərkib hissəsinə dair podrat müqaviləsinin xüsusiyyətləri, eləcə də podrat müqaviləsi üzrə mülki qanunvericiliyin tətbiqinin təcrübi problemləri təhlil edilmişdir.

✅ Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrində baxılan kommersiya işlərini, habelə Bakı şəhəri üzrə rayon (şəhər) məhkəmələrini və Bakı Apellyasiya Məhkəməsində baxılan mülki işləri əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara almışdır.

Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler/podrat-muqavilesinden-ireli-gelen-mubahiseler-uzre-qanunvericiliyin-tetbiqi-tecrubesi-haqqinda-azerbaycan-respublikasi-ali-mehkemesi-plenumunun-qerari

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Şahin Yusifovun təqaüdə yola salınması münasibəti...
05/08/2026

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Şahin Yusifovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler

Azərbaycan Respublikasının Ali Məhkəməsində Rəqəmsallaşma Yol Xəritələri çərçivəsində əməkdaşların kibertəhlükəsizlik sa...
04/08/2026

Azərbaycan Respublikasının Ali Məhkəməsində Rəqəmsallaşma Yol Xəritələri çərçivəsində əməkdaşların kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının gücləndirilməsi məqsədilə silsilə kibergigiyena təlimlərinə start verilib.

Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2026-cı il 7 iyul tarixdə məhkəmə təcrübəsində qarşıya çıxan problemlər...
23/07/2026

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2026-cı il 7 iyul tarixdə məhkəmə təcrübəsində qarşıya çıxan problemləri aradan qaldırmaq, hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək, eləcə də məhkəməyədək inzibati icraatın keyfiyyətini artırmaq məqsədilə “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair” Plenum Qərarı qəbul edilmişdir.

✅ Qərar inzibati məhkəmə icraatında baxılan mübahisələndirmə və məcburetmə haqqında iddiaların fərqləndirilməsinin meyarlarını müəyyən edir, qapalı və diskresion səlahiyyətlərin mahiyyətini açaraq, həmin səlahiyyətlərin həyata keçirilməsi qaydasında qəbul edilmiş inzibati aktlar üzərində həyata keçirilən məhkəmə nəzarətinin hədlərini müəyyənləşdirir, diskresion səlahiyyətlər, qeyri-müəyyən hüquqi anlayışlar və qiymətləndirmə azadlığının məhkəmə tərəfindən yoxlanılması qaydasını izah edir, eləcə də məhkəmənin hüquqi mövqeyinin inzibati orqanlar tərəfindən nəzərə alınması məsələlərini həll edir.

✅ Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı respublikanın inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara almışdır.

Ətraflı:https://supremecourt.gov.az/storage/inzibati-qerar-yekun.pdf

22/07/2026
Ali Məhkəmədə Latviya Respublikasının Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti...
10/07/2026

Ali Məhkəmədə Latviya Respublikasının Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.İclasda “Podrat müqaviləsindən irəli gələn müb...
08/07/2026

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda “Podrat müqaviləsindən irəli gələn mübahisələr üzrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi, həmçinin “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenumun 2026-cı il 7 iyul tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar layihəsi müzakirə olunaraq, müvafiq qərar qəbul olunub.

Sonra “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Plenumun 2023-cü il 20 fevral tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinin təhlilinə dair arayış müzakirəyə çıxarılıb.

İclasda “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulması ilə bağlı məhkəmə aktlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi, həmçinin “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair” Plenumun 2026-cı il 7 iyul tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar layihəsi müzakirə olunaraq, müvafiq qərar qəbul olunub.

İclasda həmçinin konkret işə baxılıb.

Address

Bakı şəhəri, Yusif Səfərov Küçəsi 26
Baku
1025

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124890707

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Ali Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Ali Məhkəməsi:

Shortcuts

Share