National Artificial Intelligence Center

National Artificial Intelligence Center National Artificial Intelligence Center accelerates Azerbaijan’s AI transformation through talent, research, and innovation.

Welcome to the forefront of the AI revolution! The Artificial Intelligence Lab was established under the Ministry of Digital Development and Transportation to set a roadmap for the development of artificial intelligence in Azerbaijan. We are committed to establishing strong AI alliances within the country and the region. This collaborative approach allows us to share knowledge, resources, and insi

ghts to propel AI advancements. We are dedicated to pushing the boundaries of AI innovation. Our team strives to contribute expertise and ideas to advance AI technologies, and we actively support research, development, and experimentation in the field. Continuous learning is fundamental to our mission. We offer top-tier AI training opportunities accessible to all and actively promote lifelong learning in AI-related skills

At the Artificial Intelligence Lab, we're shaping the future of AI with passion, innovation, and a commitment to relentless progress.

Milli Süni İntellekt Mərkəzinin (MSİM) “DataRace” təcrübəsi ABŞ-də keçiriləcək “AIMST 2026” konfransında təqdim olunacaq...
14/08/2026

Milli Süni İntellekt Mərkəzinin (MSİM) “DataRace” təcrübəsi ABŞ-də keçiriləcək “AIMST 2026” konfransında təqdim olunacaq.

18–20 avqust tarixlərində ABŞ-nin Atlanta şəhərində baş tutacaq və sənaye, texnologiya eyni zamanda süni intellekt sahəsində 350-dən çox mütəxəssisi bir araya gətirəcək “AI Manufacturing & SCADA Technology” (AIMST 2026) konfransında Mərkəzin baş kommersiya direktoru Ülfan Əliyev “Sənaye süni intellektinin milli miqyasda kraudsorsinqi: DataRace təcrübəsi” (Crowdsourcing Industrial AI at National Scale: Lessons from DataRace) mövzusunda çıxış edəcək.

Çıxışda “DataRace” nümunəsində süni intellekt istedadlarının sənaye və biznesin real çağırışları ilə əlaqələndirilməsi, bu yanaşmanın praktiki həllərin hazırlanmasını sürətləndirmək və süni intellektin real sektorda tətbiq imkanlarını genişləndirmək baxımından yaratdığı imkanlar təqdim olunacaq.

Əsas diqqət yerli texnoloji potensialın real sektor ehtiyacları ilə daha sistemli şəkildə əlaqələndirilməsinə və bu modelin daha geniş miqyasda tətbiq perspektivlərinə yönələcək.

MSİM “AI4 2026”da Azərbaycanı təmsil edərək ölkənin qlobal süni intellekt dialoquna töhfə verib.Süni intellekt sahəsində...
06/08/2026

MSİM “AI4 2026”da Azərbaycanı təmsil edərək ölkənin qlobal süni intellekt dialoquna töhfə verib.

Süni intellekt sahəsində qlobal əməkdaşlıq artıq yalnız texnologiyaların inkişafı ilə deyil, onların cəmiyyət üçün yaratdığı real dəyərlə ölçülür.

Bu yanaşmanı beynəlxalq auditoriya ilə bölüşmək məqsədilə Milli Süni İntellekt Mərkəzinin (MSİM) Baş kommersiya direktoru Ülfan Əliyev dünyanın aparıcı süni intellekt tədbirlərindən biri olan “AI4 2026” konfransında "When AI Judges" adlı fərdi sessiyasında çıxış edib.

Sessiyada MSİM-in hüquq və məhkəmə sistemi üçün inkişaf etdirdiyi məsuliyyətli süni intellekt yanaşması təqdim olunub. Bu çərçivədə “e-Qanun.ai” platformasının hüquqi məlumatların daha əlçatan və anlaşılan formada təqdim edilməsinə verdiyi töhfə bölüşülüb, Mərkəzin yeni nəsil məhkəmə qərarvermə dəstəyi həlli olan “e-Court.ai” platformasının konsepsiyası isə ilk dəfə ictimaiyyətə açıqlanıb.

Təqdim olunan yanaşmanın əsas prinsipi ondan ibarətdir ki, süni intellekt insan mühakiməsini əvəz etmək üçün deyil, onu etibarlı məlumat və analitika ilə dəstəkləmək üçün tətbiq olunmalıdır. Məhz bu prinsip “e-Court.ai” platformasının konsepsiyasında öz əksini tapır və hüquq kimi yüksək etimad tələb edən sahələrdə məsuliyyətli süni intellekt tətbiqinə MSİM-in yanaşmasını nümayiş etdirir.

“AI4 2026”da təqdim olunan bu yanaşma Azərbaycanın praktik və məsuliyyətli süni intellekt həlləri ilə qlobal süni intellekt dialoquna verdiyi töhfəni nümayiş etdirib.

Süni intellektin yaradıcı sahələrdə tətbiqi gənclər üçün yeni öyrənmə və inkişaf imkanları yaradır. Milli Süni İntellekt...
05/08/2026

Süni intellektin yaradıcı sahələrdə tətbiqi gənclər üçün yeni öyrənmə və inkişaf imkanları yaradır. Milli Süni İntellekt Mərkəzi (MSİM) gənclərin praktiki AI bacarıqlarının inkişafına dəstəyini davam etdirir.

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən “AI alətləri ilə video montajın sirləri” təlimində MSİM-in video məzmun yaradıcısı Məmməd Qurbanov yaradıcı məzmunun hazırlanmasında süni intellekt alətlərinin tətbiqini və praktiki video montaj üsullarını iştirakçılara təqdim edib.

MSİM bu istiqamətdə QHT-lərlə əməkdaşlığını genişləndirərək süni intellekt üzrə bilik və bacarıqların daha geniş auditoriyaya çatdırılmasına töhfə verir.

Ana dilimiz milli kimliyimizin, mənəvi dəyərlərimizin və dövlətçiliyimizin əsas dayaqlarından biridir.Doğma dilimizi sev...
01/08/2026

Ana dilimiz milli kimliyimizin, mənəvi dəyərlərimizin və dövlətçiliyimizin əsas dayaqlarından biridir.

Doğma dilimizi sevmək, qorumaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.

Gənclər arasında media və rəqəmsal savadlılığın artırılması süni intellekt alətlərindən təhlükəsiz və məsuliyyətli istif...
27/07/2026

Gənclər arasında media və rəqəmsal savadlılığın artırılması süni intellekt alətlərindən təhlükəsiz və məsuliyyətli istifadənin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Süni İntellekt Mərkəzinin əməkdaşları Azərin Salahova və Mamed Qurbanov “Yay Fest 2026” çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən təşkil olunan “Media və rəqəmsal savadlılıq” düşərgəsinin təlim sessiyasında iştirak ediblər.

Sessiya zamanı 200-dən çox iştirakçı süni intellekt vasitəsilə video, audio və digər media məzmunlarının yaradılması, bu istiqamətdə istifadə olunan alətlər, eləcə də süni intellekt etikası və məsuliyyətli istifadə prinsipləri ilə tanış olub.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən təşəbbüs gənclərin yeni texnologiyalardan daha məlumatlı, təhlükəsiz və məqsədyönlü istifadəsinə töhfə verir.

Azərbaycan “Ai4 2026”da qlobal süni intellekt dialoquna qoşulur.AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt M...
24/07/2026

Azərbaycan “Ai4 2026”da qlobal süni intellekt dialoquna qoşulur.

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) Baş kommersiya direktoru Ülfan Əliyev dünyanın aparıcı süni intellekt tədbirlərindən biri olan “Ai4 2026” konfransında çıxış edəcək.

Konfransda Azərbaycanı təmsil edən yeganə məruzəçi olacaq Ülfan Əliyev 5 avqust tarixində “Dövlət və ictimai sektor” istiqaməti üzrə keçiriləcək “Süni intellekt mühakimə edəndə” adlı fərdi sessiyada çıxış edəcək.

Sessiyada süni intellektin daxil olan iddiaların təhlili, müvafiq qanunvericiliyin və məhkəmə presedentlərinin müəyyənləşdirilməsi, eləcə də məhkəmə qərarlarının layihələrinin hazırlanması vasitəsilə qərarvermə prosesinə necə dəstək göstərə biləcəyi təqdim olunacaq.

Məruzə çərçivəsində MSİM tərəfindən hazırlanmaqda olan yeni məhkəmə süni intellekti məhsulu ilk dəfə beynəlxalq auditoriyaya təqdim olunacaq. Sessiyada məhsulun hansı problemi həll etdiyi, hüquq sisteminə necə dəyər qatacağı və onun inkişaf vizionu haqqında ilkin baxış təqdim ediləcək.

MSİM-in “Ai4 2026”da çıxışı Azərbaycanın qlobal süni intellekt dialoquna artan töhfəsini və qabaqcıl texnologiyaların ölçülə bilən ictimai fayda yaradan praktiki həllərə çevrilməsi istiqamətində fəaliyyətini əks etdirir.

📍 The Venetian, Las-Veqas
📅 4–6 avqust 2026-cı il

Milli Süni İntellekt Mərkəzinin (MSİM) əməkdaşı Mamed Qurbanov Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə k...
21/07/2026

Milli Süni İntellekt Mərkəzinin (MSİM) əməkdaşı Mamed Qurbanov Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən "Yay Fest 2026" festivalı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkil etdiyi "Rəqəmsal Dövlət" düşərgəsinin təlim sessiyasında iştirak edib.

O, 200-dən çox iştirakçıya süni intellekt vasitəsilə video, audio və vizual məzmunun yaradılması, bu istiqamətdə istifadə olunan alətlər və onlardan məsuliyyətli istifadə qaydaları haqqında geniş məlumat verib.

Qeyd edək ki, gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu kimi maarifləndirici təşəbbüslər MSİM-in əsas fəaliyyət istiqamətlərindən biridir.

Milli Süni İntellekt Mərkəzi 29-30 iyun tarixlərində Azərbaycan İnnovasiya Mərkəzində keçirilən beynəlxalq “National eGo...
01/07/2026

Milli Süni İntellekt Mərkəzi 29-30 iyun tarixlərində Azərbaycan İnnovasiya Mərkəzində keçirilən beynəlxalq “National eGovernment Advancement Workshop” tədbirində təmsil olunub.

Mərkəzin nümayəndəsi Məcid Musayev çıxışında Azərbaycanın 2025–2028-ci illər üzrə Milli Süni İntellekt Strategiyasını və strategiya çərçivəsində elektron dövlət xidmətlərinin təkmilləşdirilməsinə yönəlmiş əsas təşəbbüsləri təqdim edib.

Təqdimatda strategiyanın praktiki tətbiq istiqamətləri xüsusi vurğulanıb.

Qanunvericiliyə süni intellekt əsaslı çıxışı təmin edən E-Qanun.ai, milli açıq data ekosistemini və data mütəxəssislərini bir araya gətirən DataRace.ai, eləcə də süni intellekt üzrə biliklərin məktəblilər üçün əlçatanlığını artıran Neyron.ai layihələri bu yanaşmanın nümunələri kimi qeyd olunub.

Eyni zamanda, süni intellekt həllərinin davamlı inkişafını dəstəkləyən kadr potensialının formalaşdırılmasında AI Academy-nin rolu diqqətə çatdırılıb.

Dövlət qurumlarının, BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin (DESA) nümayəndələrinin, eləcə də yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbir açıq sual-cavab sessiyası ilə yekunlaşıb.

26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə dövlətimizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təmin...
26/06/2026

26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə dövlətimizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısı olan ordumuzu təbrik edirik!

18/06/2026

Prezident İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

Dövlətimizin başçısı bildirib ki:

- Azərbaycanda innovativ texnologiyaların və süni intellektin məsuliyyətli və balanslaşdırılmış tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunan sahədə qəbul etdiyimiz hüquqi aktlar, konsepsiya və fəaliyyət planları bu texnologiyaların təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, inklüziv inkişafın dəstəklənməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.

- Azərbaycanın yeni rəqəmsal arxitekturası üzrə həyata keçirilən təşəbbüslər, dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsi, informasiya təhlükəsizliyi və milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin müasir çağırışlara strateji yanaşmasını nümayiş etdirir.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları süni intellekt texnologiyalarının, innovativ həllərin və ekoloji dayanıqlılıq prinsiplərinin insan rifahına, təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına və sosial-iqtisadi reinteqrasiyanın təmin edilməsinə yönəlmiş uğurlu inkişaf modelidir.

Address

90A Nizami Street , The Landmark Tower 3, AZ1010
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when National Artificial Intelligence Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share