27/09/2025
27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və kollektivinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq yerli torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.