Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının rəsmi facebook səhifəsi

Birinci və apellyasiya instansiyası məhkəmələrində vakant olan 332 dövlət qulluğu vəzifəsi müsahibəyə çıxarılıbAzərbayca...
18/08/2026

Birinci və apellyasiya instansiyası məhkəmələrində vakant olan 332 dövlət qulluğu vəzifəsi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya və rayon (şəhər) məhkəmələrində, ümumilikdə 77 məhkəmədə 332 vakant inzibati vəzifənin (böyük məsləhətçi, məsləhətçi, məsləhətçi - kompüter proqramçısı, məsləhətçi - tərcüməsi, hakimin köməkçisi və məhkəmə iclasının katibi) tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi elan edilib.

Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 15 sentyabr 2026-cı il tarixi, saat 18:00-dək davam edəcək.

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=602

2026-cı il iyulun 27-də hakimlər, Məhkəmə-Hüquq Şurası Aparatının və məhkəmələrin işçiləri “Hakim Peşəkarlığı: Rəhbər Sə...
29/07/2026

2026-cı il iyulun 27-də hakimlər, Məhkəmə-Hüquq Şurası Aparatının və məhkəmələrin işçiləri “Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı” (“The Judicial Crafting: Executive Judicial Training Programme”) adlı beynəlxalq təlim proqramında iştirak ediblər.

Təlimdə Pakistan İslam Respublikasının hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, o cümlədən Pakistan Ali Məhkəməsinin hakimləri, Beynəlxalq Mediasiya və Arbitraj Mərkəzinin vəzifəli şəxsləri, İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzinin baş katibi və digər ekspertlər tərəfindən təqdimatlar keçirilib, iştirakçılarla fikir mübadiləsi aparılıb. Təlim proqramı iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və institusional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

22/07/2026
Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Tacikistan Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Məhkə...
17/07/2026

Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Tacikistan Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Məhkəmə ədalət mühakiməsi sistemində qadınlar: dialoq, inkişaf və ədalətlilik” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Azərbaycan məhkəmə sistemindən nümayəndə qismində Bakı Apellyasiya Məhkəməsinin hakimi Nigar Nəbizadə və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Qafarova iştirak etmişdir.

Ətraflı: https://jlc.gov.az/az/media/beynelxalq-emekdasliq/azerbaycan-numayende-heyeti-tacikistanda-kecirilen-mehkeme-edalet-muhakimesi-sisteminde-qadinlar-dialoq-inkisaf-ve-edaletlilik-movzusunda-beynelxalq-konfransda-istirak-etmisdir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə s...
01/07/2026

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikası məhkəmələrinin ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat” və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş “Hakimlərin Etik Davranış Kodeksi” layihələri təsdiq olunub.

Sonra Cinayət mühakiməsi icraatı üzrə ədalət mühakiməsinin səmərəliyinin təhlilinə dair İşçi qrupunun təqdimatı dinlənilib.

Eyni zamanda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

2026-cı ilin 28 iyun tarixində 337 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda be...
28/06/2026

2026-cı ilin 28 iyun tarixində 337 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, media təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib. İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 175 nəfər hakimliyə namizəd müsabiqənin növbəti - yazılı imtahan mərhələsinə buraxılıb. İmtahanın ikinci mərhələsinə buraxılmış namizədlərin kod üzrə siyahısı açıqlanıb.

Ətraflı: https://jlc.gov.az/az/kollegial-orqanlar/hakimlerin-secki-komitesi/iclaslar/hakimliye-namizedlerle-test-imtahani-kecirilib-f9a35f61

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür!Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 iyun tarixli S...
23/06/2026

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür!

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər sırasında Məhkəmə-Hüquq Şurasının, eləcə də digər məhkəmə instansiyalarının əməkdaşları da yer alır.

Bu əlamətdar gün münasibətilə bütün dövlət qulluqçularını, o cümlədən məhkəmə sistemi əməkdaşlarını ürəkdən təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzu edirik!

Address

A. Sultanova Küç. , 9
Baku
AZ1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125102162

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası:

Shortcuts

Share