Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı /
Central Bank of the Republic of Azerbaijan Bankın inzibati binası Bakı şəhərində yerləşir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı — Azərbaycan Respublikasının mərkəzi bankıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının 10 deka

br 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

/

The Central Bank of Azerbaijan (CBA, Azerbaijani: Azərbaycan Mərkəzi Bankı) is the central bank of Azerbaijan Republic. The headquarters of the bank is located in the capital city Baku. The status, goals, functions and authorities, as well as management and organizational structure of the Central Bank of the Republic of Azerbaijan, relations with public authorities and other persons as the central bank of the state are determined by the Law of the Republic of Azerbaijan “On the Central Bank of the Republic of Azerbaijan” dated 10 December 2004. The Central Bank’s exceptional function of issue of the national currency of the country is specified in the Constitution of the Republic of Azerbaijan. The Central Bank is also guided by other legislative acts of the Republic of Azerbaijan and international treaties seconded by the Republic of Azerbaijan.

Mərkəzi Bankın sədri Taleh Kazımovun beşinci Yüksəliş müsabiqəsinin qalibləri Fatimə Eyyub və Şəhriyar Həsənverdiyev ilə...
03/09/2026

Mərkəzi Bankın sədri Taleh Kazımovun beşinci Yüksəliş müsabiqəsinin qalibləri Fatimə Eyyub və Şəhriyar Həsənverdiyev ilə növbəti görüşü təşkil olunub.

Görüş zamanı qaliblərin fərdi inkişaf proqramı çərçivəsində peşəkar inkişafının dəstəklənməsi, strateji düşüncə və liderlik səriştələrinin gücləndirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyət və təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Sədr tərəfindən müasir idarəetmə yanaşmaları və dəyişikliklərin idarə olunması ilə bağlı tövsiyələr səsləndirilib.

Görüşdə həmçinin Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən zəruri dəstəyin göstəriləcəyi bir daha vurğulanıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının m...
03/09/2026

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin gücləndirilməsi, onların maliyyə xidmətləri ilə bağlı müraciətlərinə yerində baxılmasının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu çərçivədə 2 sentyabr tarixində Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçirilib. Qəbul zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilib, onları maraqlandıran məsələlərə dair zəruri izahatlar verilib və müraciətlərin həlli istiqamətində müvafiq məlumatlandırma aparılıb. Səyyar qəbul zamanı daxil olan müraciətlərin əsas hissəsi kredit əldə edilməsi ilə bağlı olub.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi, onların müraciətlərinin yerində dinlənilməsi və maliyyə xidmətlərinə çıxışla bağlı məsələlərin öyrənilməsi məqsədilə regionlarda səyyar qəbulların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Mərkəzi Bankın “ ” təcrübə proqramının 2026-cı il üzrə iki aylıq öyrənmə və inkişaf mərhələsi uğurla başa çatıb. Proqram...
01/09/2026

Mərkəzi Bankın “ ” təcrübə proqramının 2026-cı il üzrə iki aylıq öyrənmə və inkişaf mərhələsi uğurla başa çatıb. Proqrama daxil olmuş 5550-dək müraciət arasından seçim mərhələlərini uğurla keçən 37 istedadlı gənc Mərkəzi Bankın müxtəlif struktur bölmələrində təcrübə keçərək peşəkar bilik və bacarıqlarını real iş mühitində inkişaf etdirmək imkanı əldə edib.

Proqramın yekun mərhələsi çərçivəsində təcrübəçilər üçün Mərkəzi Bankın rəhbərliyi və mentorların iştirakı ilə “Maliyyəçisən” məzun günü təşkil olunub. Tədbir zamanı təcrübəçilər proqramın uğurla həyata keçirilməsinə töhfə verən Mərkəzi Bank əməkdaşları ilə birlikdə iki aylıq inkişaf yolunu və qazandıqları nailiyyətləri bölüşüblər.

Tədbirin yekununda Mərkəzi Bankın sədri Taleh Kazımov təcrübəçilər və mentorlarla görüşüb. O, öz peşəkar fəaliyyətindən əldə etdiyi təcrübəni gənclərlə bölüşüb, onların karyera və şəxsi inkişaf istiqamətində qarşılaşa biləcəkləri çağırışlara dair tövsiyələrini diqqətə çatdırıb. Sədr gənclərə növbəti peşəkar addımlarında uğurlar arzulayaraq onların əldə etdikləri bilik və təcrübələrin gələcək karyera inkişafında mühüm rol oynayacağına inamını ifadə edib.

Qeyd edək ki, “Maliyyəçisən” proqramı çərçivəsində təcrübəçilərin nəzəri biliklərinin praktik tətbiq imkanlarının genişləndirilməsi, analitik və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların maliyyə və iqtisadiyyat sahəsində peşəkar dünyagörüşünün formalaşdırılması istiqamətində müxtəlif inkişaf imkanları təşkil olunub. Təcrübəçilər real iş mühitində bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, müxtəlif təlimlərdə, rəhbər şəxslərlə görüşlərdə və Nağd Pul Mərkəzinə təşkil olunmuş ekskursiyada iştirak ediblər.

Gənclərin peşəkar inkişafına töhfə verən bu təşəbbüsün onların gələcək karyera istiqamətlərinin formalaşmasına və maliyyə sektorunda yeni nəsil mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcəyinə inanırıq.

Maliyyə sektorunda çox rast gəlinən növbəti əsas anlayışı diqqətinizə çatdırırıq.Maliyyə məlumatlılığını artırmaq üçün b...
01/09/2026

Maliyyə sektorunda çox rast gəlinən növbəti əsas anlayışı diqqətinizə çatdırırıq.

Maliyyə məlumatlılığını artırmaq üçün bizi izləməyə davam edin!

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov “İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu”nda iştirakı çərçivəsində “AnewZ”...
31/08/2026

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov “İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu”nda iştirakı çərçivəsində “AnewZ” beynəlxalq televiziya kanalının müsahibi olub.

Vüsal Xəlilov fintex sektorunun inkişafının təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər, regional əməkdaşlığın yaratdığı imkanlar, eləcə də istehlakçı hüquqlarının qorunmasının zəruriliyi kimi mühüm məsələlərdən danışıb.

Müsahibəni izləmək üçün link:
https://www.youtube.com/watch?v=UTkIVXTnk38

Mərkəzi Bankın baş direktoru Tural Feyzullayev “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində təcrübəçilərlə görüşüb. Görü...
28/08/2026

Mərkəzi Bankın baş direktoru Tural Feyzullayev “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində təcrübəçilərlə görüşüb.

Görüşdə baş direktor öz karyera yolundan, müxtəlif dövrlərin gətirdiyi dəyişikliklərdən və bu dəyişikliklər fonunda qarşılaşdığı çətinliklərdən danışıb. Tural Feyzullayev çıxışı zamanı təhsilin diplomla və ya karyeranın başlanğıcı ilə yekunlaşmadığını, insanın bütün peşəkar həyatı boyu davam edən bir proses olduğunu vurğulayıb. Gəncləri daim oxumağa, maraq dairələrini genişləndirməyə, yeni mövzuları araşdırmağa və öyrənməyə açıq qalmağa təşviq edib.

Qeyd edək ki, “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində Mərkəzi Bankın müxtəlif rəhbərlərinin iştirakı ilə keçirilən görüşlər gənclərin təcrübəli liderlərin bilik və təcrübəsindən faydalanmasına, eləcə də onların gələcək peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.

Mərkəzi Bank tərəfindən maliyyə sektorunda innovativ həll və xidmətlərin təşviqini dəstəkləyən görüşlərin keçirilməsi da...
28/08/2026

Mərkəzi Bank tərəfindən maliyyə sektorunda innovativ həll və xidmətlərin təşviqini dəstəkləyən görüşlərin keçirilməsi davam etdirilir. Bu istiqamətdə mühüm müzakirə platforması kimi çıxış edən “Rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi” dəyirmi masası bu dəfə sığorta sektoru və kapital bazarları təşkilatlarının nümayəndələrini bir araya gətirib.

Mərkəzi Bankın baş direktoru Sadiq Axundovun rəhbərliyi ilə keçən görüşdə təşkilatların rəqəmsal transformasiya üzrə məsul olan rəhbər şəxslərin iştirak edib.

Sadiq Axundov ölkədə innovasiya ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən danışıb. O, cari ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilmiş müşavirədə və iyun ayında Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş prioritetlərin maliyyə sektorunda tətbiqinin zəruriliyindən bəhs edib.

Baş direktor rəqəmsal transformasiyanın sürətləndirilməsinin maliyyə sektorunun inkişafı və rəqabətqabiliyyətliliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək yeni texnologiyalardan səmərəli və məsuliyyətli istifadə, rəqəmsal xidmətlərin inkişafı və innovasiya ilə risklərin idarə edilməsi arasında optimal balansın təmin edilməsinin dayanıqlı rəqəmsal maliyyə ekosisteminin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, görüş süni intellektin sektorda tətbiqi, rəqəmsallaşma prosesində sektor iştirakçılarının qarşılaşdıqları əsas çağırışlar və potensial imkanların müzakirəsi ilə davam edib.

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Özbəkistan Respublikasına işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankın...
28/08/2026

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Özbəkistan Respublikasına işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankının (Central Bank of Uzbekistan) sədrinin birinci müavini Nodirbek Saydullayev ilə görüşüb.

Görüş çərçivəsində innovativ maliyyə ekosisteminin formalaşdırılması və maliyyə texnologiyalarının inkişafı üzrə mövcud yanaşmalar və gələcək perspektivlər, eləcə də bu sahədə ixtisaslaşmış təşkilatlar üçün maliyyələşmə mənbələrinə əlçatanlığın atırılması kimi aktual məsələlər müzakirə olunub.

Görüşdə həmçinin institusional əməkdaşlıq imkanlarının dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində təcrübəçilərlə görüşüb.Görüş zam...
26/08/2026

Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində təcrübəçilərlə görüşüb.

Görüş zamanı sədr müavini öz karyera yolundan, bu yolu formalaşdıran seçimlərdən və təcrübələrdən danışaraq gəncləri öz gələcəklərinə daha geniş perspektivdən baxmağa təşviq edib.

Gülər Paşayeva çıxışı zamanı gənclərin geniş maraq dairəsinə sahib olmasının, daim yeniliklər axtarmasının, bilmədikləri mövzuları sürətlə araşdırıb öyrənməsinin və dəyişikliklərə açıq olmasının onların şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb. Daha sonra öz karyerasından nümunələr əsasında gənclərə güclü tərəflərini tanımağı, fərqli bacarıqlarını istifadə etməyi və özlərini yeni istiqamətlərdə sınamaqdan çəkinməməyi tövsiyə edib.

Qeyd edək ki, “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində Mərkəzi Bankın müxtəlif rəhbərlərinin iştirakı ilə keçirilən görüşlər gənclərin təcrübəli liderlərin bilik və təcrübəsindən faydalanmasına, eləcə də onların gələcək peşəkar inkişafının dəstəklənməsinə xidmət edir.

Address

167 Heydar Aliyev Avenue
Baku
AZ1029

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124935058

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikasının Mərkəzi Bankı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikasının Mərkəzi Bankı:

Shortcuts

Share