19/05/2026
📢BSU doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul elan edir
🔹Bakı Slavyan Universiteti (BSU) 2026-cı il üçün doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul elan edir!
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TİMS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olaraq “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməli və təlimata uyğun şəkildə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçən vətəndaşların sənədləri ali təhsil müəssisəsi üzrə təyin edilmiş məsul şəxs tərəfindən yoxlanılaraq təsdiq ediləcəkdir.
Portal.edu.az vasitəsilə müraciətlərin qəbulu 19 may 2026-cı il tarixindən başlayaraq 9 iyun 2026-cı il tarixinədək davam edəcəkdir.
Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslər növbəti mərhələyə buraxılacaqlar. Xarici dil imtahanının 25 iyun 2026-cı il tarixində, fəlsəfə fənni üzrə imtahanın 1–3 sentyabr 2026-cı il tarixlərində, ixtisas imtahanlarının isə 8–10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.
Əlaqə üçün: +994 (12) 599 08 70 (daxili 519)
Elektron poçt ünvan: [email protected]
Ətraflı: https://bsu-uni.edu.az/news/elanlardetails/1655