Azərbaycan Milli Antidopinq Agentliyi - AMADA

Azərbaycan Milli Antidopinq Agentliyi - AMADA Təmiz idmançılar üçün fərq yaradırıq!

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Boks Federasiyas...
04/09/2026

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Boks Federasiyası və Azərbaycan Sambo Federasiyasının idmançıları üçün maarifləndirici antidopinq seminarı keçirilib.

Seminarda Qadağan edilmiş siyahı, dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi barədə məlumat verilib.

İnteraktiv formatda təşkil olunan tədbirin əsas məqsədi idmançılar arasında məlumatlılığı artırmaq, risklərin qarşısını almaq və dürüst rəqabət prinsiplərini təşviq etmək olub.

Azerbaijan Gymnastics Federation Azərbaycan Boks Federasiyası / Azerbaijan Boxing Federation

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Elm, tibb və təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru gə...
25/08/2026

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Elm, tibb və təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru gənc alim və Prezident mükafatçısı Səmra Mirzəyevanın həmmüəllifi olduğu “Smart Nano-Delivering Genetic Engineering for Agricultural Sustainability” (Kənd Təsərrüfatı Dayanıqlılığının Təmin Edilməsi üçün Ağıllı Nanoçatdırılma Əsaslı Gen Mühəndisliyi) adlı kitab fəsli nüfuzlu beynəlxalq elmi nəşri “Springer Nature” tərəfindən dərc edilmişdir.

Sözügedən fəsil “AI-Nano-Enabled Climate-Smart Agriculture and Sustainability” (Süni intellekt və nanotexnologiyalara əsaslanan iqlimə davamlı və dayanıqlı kənd təsərrüfatı) adlı kitabın mühüm bölmələrindən birini təşkil edir. “Springer” tərəfindən nəşr olunan kitab süni intellekt və nanоtexnologiyanın kənd təsərrüfatında tətbiqini, ağıllı kənd təsərrüfatının inkişafını, iqlim dəyişikliklərinə davamlı bitkilərin formalaşdırılmasını və dayanıqlı kənd təsərrüfatı üçün innovativ biotexnoloji yanaşmaları əhatə edir.

Fəsil müasir nanobiotexnologiyanın bitki gen mühəndisliyi ilə inteqrasiyasına həsr olunub. Fəsildə nanodaşıyıcıların genetik materialların bitki hüceyrələrinə daha məqsədyönlü və səmərəli çatdırılmasında potensial imkanları, gen mühəndisliyi və müasir genom redaktəsi texnologiyaları, o cümlədən CRISPR/Cas metodu ilə nanоtexnologiyanın inteqrasiyası nəzərdən keçirilir. Bu yanaşmaların kənd təsərrüfatında məhsuldarlığın, bitkilərin xəstəliklərə və ətraf mühit streslərinə davamlılığının artırılması və daha dayanıqlı istehsal sistemlərinin formalaşdırılmasına töhfə vermək potensialı xüsusi əhəmiyyət daşıyır.

Kitabın ümumi konsepsiyası süni intellekt, nanоtexnologiya, genomika və biotexnologiyanın inteqrasiyası əsasında gələcəyin iqlimə davamlı və resurslardan daha səmərəli istifadə edən kənd təsərrüfatı modellərinin formalaşdırılmasına yönəlib. Nəşrdə nano-gübrələr, nano-pestisidlər, nano-sensorlar, biostimulyatorların effektiv çatdırılması, gen mühəndisliyi və CRISPR/Cas əsaslı genom redaktəsi kimi qabaqcıl istiqamətlər əhatə olunur.

Nəşr Çin Elmlər Akademiyasının Şimal-Şərqi Coğrafiya və Aqroekologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Soya Paxlasının Molekulyar Dizayn Seleksiyası üzrə Aparıcı Laboratoriya ilə elmi əməkdaşlıq çərçivəsində hazırlanıb.

Fəsil ilə tanış olmaq üçün linkə keçid edə bilərsiz https://doi.org/10.1007/978-981-92-1694-9_18

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Voleybol Federasiyasında yeniyetmə idmançılar, onlar...
12/08/2026

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Voleybol Federasiyasında yeniyetmə idmançılar, onların valideynləri və məşqçilərinin iştirakı ilə maarifləndirici görüş təşkil olunub.

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.12-ci bəndinin icrası, həmçinin AMADA ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib. Görüşün məqsədi gənc idmançıların narkotik vasitələr, psixotrop maddələr və dopinqin insan sağlamlığına, eləcə də idman karyerasına mənfi təsirləri barədə məlumatlandırılması olub.

AMADA-nın əməkdaşı çıxışında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş narkotik vasitələrdən istifadənin tibbi, sosial və hüquqi nəticələri, habelə dopinqin yaratdığı təhlükələr və qadağan olunmuş maddə və üsullarla mübarizə istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Görüş zamanı narkotik vasitələrdən istifadəyə səbəb olan risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, mövcud hüquqi mexanizmlər və profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, dopinqdən istifadənin yarada biləcəyi fəsadlar, psixoloji problemlər, idmanda ədalətli rəqabət prinsiplərinin pozulması və antidopinq qaydalarının pozulmasına görə tətbiq olunan sanksiyalar barədə məlumat verilib.

Tədbirdə yeniyetmə voleybolçuların sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili və zərərli vərdişlərdən uzaq durmalarının vacibliyi də vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda keçirilmiş U-17 dünya çempionatından sonra Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü, Dünya Güləş Birliyi və Azər...
06/08/2026

Bakıda keçirilmiş U-17 dünya çempionatından sonra Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü, Dünya Güləş Birliyi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə “More Than Medals World” layihəsinə start verilib.

Layihənin əsas məqsədi gənc güləşçilərin peşəkar inkişafına dəstək vermək, onların texniki və taktiki hazırlığını gücləndirmək, məşqçilərin bilik və bacarıqlarını təkmilləşdirmək, təmiz idman dəyərlərini təşviq etmək, idman psixologiyası və performansın idarə olunması sahəsində maarifləndirməni artırmaqdır. Bununla yanaşı, proqram müxtəlif ölkələrdən olan idmançılar arasında qarşılıqlı təcrübə paylaşımına, dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın güclənməsinə şərait yaradır.

Layihə çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri iştirakçılar üçün antidopinq mövzusunda maarifləndirici seminar keçiriblər. Təlim zamanı antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, qadağan olunmuş maddə və üsulların sağlamlığa mənfi təsirləri, eləcə də 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlarda nəzərdə tutulan yeniliklər barədə ətraflı məlumat verilib.

İnteraktiv formada təşkil olunan seminarda iştirakçılar antidopinq mövzusuna həsr edilmiş viktorinada biliklərini sınayıblar. Fəallığı ilə seçilən iştirakçılara AMADA tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Seminarda 20 ölkədən 100-dək güləşçi və məşqçi iştirak edib.

Bakıda keçirilmiş güləş üzrə U-17 dünya çempionatında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə maa...
04/08/2026

Bakıda keçirilmiş güləş üzrə U-17 dünya çempionatında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə maarifləndirmə proqramı təşkil olunub.

Milli Gimnastika Arenasında keçirilən maarifləndirmə proqramı zamanı AMADA-nın təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri, eləcə də 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlar haqqında ətraflı məlumat verilib. Bundan əlavə, dopinq və narkotik maddələrin sağlamlığa və idman karyerasına mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılıb.

Ziyarətçilər antidopinq mövzusunda viktorinalarda iştirak edib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.

Təmiz idman dəyərləri idmanda ədalət, dürüstlük və bərabər rəqabətin qorunmasının əsasını təşkil edir. Dopinqdən uzaq durmaq yalnız qaydalara riayət etmək deyil, həm də idmançının öz sağlamlığına, rəqiblərinə və tamaşaçılara hörmətinin ifadəsidir. Bu prinsiplərə sadiqlik gənc nəslin düzgün formalaşmasına, idmanın nüfuzunun qorunmasına və beynəlxalq arenada etibarlı imicin möhkəmlənməsinə xidmət edir.

1 Avqust – Azərbaycan Dili Günüdür.Ana dilimiz xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və zəngin mədəni irsinin...
01/08/2026

1 Avqust – Azərbaycan Dili Günüdür.

Ana dilimiz xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və zəngin mədəni irsinin əsas sütunlarından biridir. Azərbaycan dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur.

Bu əlamətdar gün münasibətilə hər kəsi ana dilimizi sevib qorumağa, onun saflığını və zənginliyini yaşatmağa dəvət edirik.

Bayramınız mübarək!

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə CASPIA Analitik Mərkəzinin qonağı ol...
28/07/2026

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə CASPIA Analitik Mərkəzinin qonağı olub.

Görüş zamanı CASPIA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Tərəflər idman diplomatiyası istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edərək, birgə fəaliyyətin təmiz idman dəyərlərinin təşviqinə və bu sahədə maarifləndirmə işinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Təhminə Tağı-zadə səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, gələcək əməkdaşlıq perspektivlərinin ölkədə antidopinq sahəsinin inkişafına, təmiz idman mədəniyyətinin daha geniş təşviqinə və yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaradacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.

Daha sonra CASPIA Analitik Mərkəzinin təcrübə proqramında iştirak edən tələbələrlə Təhminə Tağı-zadənin görüşü təşkil olunub. Görüş zamanı dopinqin həm mənəvi, həm də sağlamlıq baxımından yaratdığı fəsadlar, 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlar, eləcə də təmiz idman dəyərlərinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Təhminə Tağı-zadə tələbələri maraqlandıran sualları cavablandırıb, antidopinq sahəsində beynəlxalq təcrübə və müasir çağırışlar barədə fikirlərini bölüşüb. Tələbələr görüşdən xoş təəssüratlarla ayrıldıqlarını bildirərək, əldə etdikləri məlumatların onların gələcək fəaliyyətləri üçün faydalı olacağını qeyd ediblər.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə m...
26/07/2026

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə milli komandaların üzvləri üçün mövsümöncəsi antidopinq mövzusunda onlayn maarifləndirici seminarlar təşkil olunub.

Fiqurlu konkisürmə, xizək alpinizmi, dağ xizəyi və xizəkdə tramplindən tullanma idman növlərini əhatə edən vebinarlar Azərbaycan və ingilis dillərində keçirilib.

Vebinarlar zamanı iştirakçılara Qadağan edilmiş maddələr siyahısı, dopinq nəzarəti prosedurları, idmançıların hüquq və vəzifələri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin əsas müddəaları barədə ətraflı məlumat təqdim olunub.

İnteraktiv müzakirələr və sual-cavab sessiyaları ilə müşayiət olunan vebinarların əsas məqsədi idmançıların antidopinq sahəsində məlumatlılığını artırmaq, mümkün qayda pozuntularının qarşısını almaq və təmiz, ədalətli rəqabət mühitini təşviq etməkdir.

26 iyul Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranma günüdür.Bu münasibətlə Nazirliyin kollektivini ...
26/07/2026

26 iyul Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranma günüdür.

Bu münasibətlə Nazirliyin kollektivini təbrik edir, ölkəmizdə gənclər siyasətinin və idmanın inkişafı naminə fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

̇mi̇zdi̇r ̇dmannazirliyi

22 İyul – Milli Mətbuat Günüdür.Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini səmimi qəlb...
22/07/2026

22 İyul – Milli Mətbuat Günüdür.

Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini səmimi qəlbdən təbrik edirik.

Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayır, möhkəm cansağlığı və yeni yaradıcılıq nailiyyətləri diləyirik.

Bayramınız mübarək!

Address

8 Izmir Str. , Hyatt Tower 3
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125990828

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Milli Antidopinq Agentliyi - AMADA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Milli Antidopinq Agentliyi - AMADA:

Shortcuts

Share