Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi / Ministry of Defense of the Republic of Azerbaijan

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırl...
02/09/2026

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsillərini uğurla başa vurublar.
Yalova vilayətində keçirilən mərasimdə Türkiyə Respublikası Hərbi Dəniz Donanmasının rəhbər heyəti, rəsmi qonaqlar, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.
Hərbi qulluqçularımız ölkələrimiz arasında hərbi təhsil sahəsində mövcud müqaviləyə əsasən Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsil alırlar. Təhsil ocağı 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında mühüm rol oynayır.
Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edərək miçman rütbələri almış 5 hərbi qulluqçumuzu təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

https://mod.gov.az/az/news/turkiyede-tehsilini-bitiren-azerbaycan-ordusunun-herbi-qulluqcularina-diplomlar-teqdim-edilib-video-57776.html
____

Вручены дипломы военнослужащим Азербайджанской Армии, завершившим обучение в Турции

https://mod.gov.az/ru/news/vrucheny-diplomy-voennosluzhashim-azerbajdzhanskoj-armii-zavershivshim-obuchenie-v-turcii-video-57777.html
____

Diplomas presented to Azerbaijan Army servicemen graduating in Türkiye

https://mod.gov.az/en/news/diplomas-presented-to-azerbaijan-army-servicemen-graduating-in-turkiye-video-57778.html

Xəbər verildiyi kimi, ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət o...
02/09/2026

Xəbər verildiyi kimi, ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.
Xəsarət alan olmayıb.

https://mod.gov.az/az/news/fovqelade-hallar-nazirliyi-mudafie-nazirliyi-ve-daxili-isler-nazirliyinin-birge-melumati-57774.html

01/09/2026





Özbəkistan Respublikasının Müstəqillik Günü mübarək!1 sentyabr – Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətil...
01/09/2026

Özbəkistan Respublikasının Müstəqillik Günü mübarək!

1 sentyabr – Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətilə dost və qardaş Özbəkistan xalqını səmimi-qəlbdən təbrik edir, ölkəyə davamlı inkişaf, firavanlıq və əmin-amanlıq arzulayırıq.

Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daim möhkəmlənməsini diləyirik.






İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar ba...
01/09/2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat (Avqust 2026-cı il)

__________

Monthly information about operations carried out by institutions involved in demining activities in the liberated territories (August 2026)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar ba...
01/09/2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (24.08.2026 - 30.08.2026)

__________

Weekly information about operations carried out by institutions involved in demining activities in the liberated territories (24.08.2026 - 30.08.2026)

31 Avqust – Qırğız Respublikasının Müstəqillik Günüdür.Bu əlamətdar gün münasibətilə qardaş Qırğız xalqını təbrik edir, ...
31/08/2026

31 Avqust – Qırğız Respublikasının Müstəqillik Günüdür.

Bu əlamətdar gün münasibətilə qardaş Qırğız xalqını təbrik edir, ölkəyə davamlı sülh, sabitlik və rifah arzulayırıq.
Azərbaycan-Qırğızıstan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf etməsini diləyirik.






Azərbaycan əsgəri – Vətənin sarsılmaz sipəri!
31/08/2026

Azərbaycan əsgəri – Vətənin sarsılmaz sipəri!



Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.Avq...
30/08/2026

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.
Avqustun 30-da müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.
Tədbirdə iştirak edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək məzunları təbrik edib.
Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.
Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.

https://mod.gov.az/az/news/azerbaycan-mudafie-naziri-turkiyede-herbi-mekteblerin-buraxilis-merasimlerinde-istirak-edib-57770.html
____

Министр обороны Азербайджана принял участие в церемониях выпуска, состоявшихся в военных училищах Турции

https://mod.gov.az/ru/news/ministr-oborony-azerbajdzhana-prinyal-uchastie-v-ceremoniyah-vypuska-sostoyavshihsya-v-voennyh-uchilishah-turcii-57771.html
____

Azerbaijan Defense Minister attends graduation ceremonies of military academies in Türkiye

https://mod.gov.az/en/news/azerbaijan-defense-minister-attends-graduation-ceremonies-of-military-academies-in-turkiye-57772.html

Address

Parlament Prospekti 3
Baku
AZ1073

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Müdafiə Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Müdafiə Nazirliyi:

Shortcuts

Share