DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi"

Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə...
03/09/2026

Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.

Nazir Anar Əliyev konsepsiyasının üstünlükləri barədə nümayəndə heyətinə məlumat verib.

ℹ️ Qonaqlar üçün DOST xidmətləri və ölkəmizin rəqəmsal sosial nailiyyətləri barədə təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə iki nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

➡️ https://sosial.gov.az/az/media/xeberler/seneqalli-nazir-dost-merkezi-ile-tanis-olub-9709

📱 WhatsApp-da istifadəçi adı (username) ilə ünsiyyət qurarkən diqqətli olun!WhatsApp-da telefon nömrəsini paylaşmadan is...
03/09/2026

📱 WhatsApp-da istifadəçi adı (username) ilə ünsiyyət qurarkən diqqətli olun!

WhatsApp-da telefon nömrəsini paylaşmadan istifadəçi adı vasitəsilə əlaqə qurmaq imkanı yeni fişinq risklərini də artırır. Dələduzlar tanışınızın, həmkarınızın və ya rəhbərinizin adından saxta "username" yaradaraq sizdən ödəniş, sənəd, təsdiq kodu və ya digər məlumatlar tələb edə bilərlər.

✅ ⚠️ "Username"in tanış görünməsi həmin hesabın həqiqi olduğu demək deyil. Şübhəli hesabdan gələn mesajlara cavab verməzdən və hansısa məlumat paylaşmazdan əvvəl şəxsin kimliyini telefon və ya videozəng, yaxud başqa etibarlı əlaqə kanalı vasitəsilə mütləq təsdiqləyin.

📲 Sosial xidmətlərlə bağlı məlumatlar artıq mygov-dadır!Pensiya, sosial müavinət və digər sosial təminat məlumatlarını m...
02/09/2026

📲 Sosial xidmətlərlə bağlı məlumatlar artıq mygov-dadır!

Pensiya, sosial müavinət və digər sosial təminat məlumatlarını mygov tətbiqi vasitəsilə daha rahat izləmək mümkündür. Xüsusilə pensiyaçıların ehtiyac duyduğu məlumatlara istənilən vaxt, bir neçə toxunuşla çıxış əldə etməsi xidmətdən istifadəni daha sadə və əlçatan edir.

✅ mygov tətbiqini iOS və Android cihazlarınızdakı "App Store" və "Google Play" platformalarından yükləyə bilərsiniz.

02/09/2026

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub. 🇹🇷 🇦🇿

💬 ChatGPT artıq "Apple Messages" yazışmaları ilə işləyə biləcək.OpenAI ChatGPT üçün "Apple Messages" əlavəsini istifadəy...
02/09/2026

💬 ChatGPT artıq "Apple Messages" yazışmaları ilə işləyə biləcək.

OpenAI ChatGPT üçün "Apple Messages" əlavəsini istifadəyə verib. Yeni funksiya istifadəçilərə “Messages”dəki yazışmalarını birbaşa ChatGPT vasitəsilə axtarmaq, analiz etmək, çeşidləmək və redaktə etmək imkanı yaradır.

Yeni əlavədən yalnız şəxsi məqsədlərlə deyil, Codex və "ChatGPT Work" vasitəsilə peşəkar fəaliyyət üçün də istifadə etmək mümkün olacaq.

📱 İstifadəçilər ChatGPT-dən:
🔹 əvvəlki mesajlarda konkret məlumatları axtarmağı,
🔹 yazışmaları analiz etməyi və çeşidləməyi,
🔹 cavab mesajları hazırlamağı,
🔹 mesajları redaktə etməyi,
🔹 hətta onların adından mesaj hazırlayıb, göndərməyi istəyə biləcəklər.

OpenAI-nin açıqlamasına görə, yeni funksiya məxfiliyi tam qoruyur. Yəni, bu əlavə istifadəçinin cihazında lokal şəkildə işləyir və bütün mesajların indeksini yaratmır.

Beləliklə, ChatGPT artıq təkcə suallarınızı cavablandıran bir alət deyil, gündəlik yazışmalarınızı daha rahat və səmərəli idarə etməyə dəstək göstərən köməkçidir. 🤖💬

🇦🇿 🇹🇷 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial ...
31/08/2026

🇦🇿 🇹🇷 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında 2026–2027-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulan “İT və texnoloji infrastruktur sahələrində təcrübə mübadiləsi”nin icrası məqsədilə Türkiyə Respublikasının Sosial Təminat Qurumunun (SGK) İnformasiya Texnologiyaları Baş İdarəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Ətraflı: 🔗
https://drim.az/dost-rim/beynelxalq-elaqeler/tedbirler/turkiyenin-sosial-teminat-qurumunun-numayende-heyeti-azerbaycanda-seferdedir

28/08/2026
Nazir Anar Əliyev 📍 Qəbələ rayonunda Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib.
28/08/2026

Nazir Anar Əliyev 📍 Qəbələ rayonunda Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib.

27/08/2026

💡 “Rəqəmsal Məsləhət” rubrikasının budəfəki mövzusu texniki dəstək sahəsində fəaliyyətə yeni başlayanlar üçündür.

Texniki dəstək yalnız istifadəçinin problemini həll etməkdən ibarət deyil. Problemi düzgün anlamaq, səbəbi müəyyənləşdirmək, istifadəçi ilə effektiv ünsiyyət qurmaq və həll yolunu aydın şəkildə izah etmək də bu sahənin vacib bacarıqlarıdır.

📌 Əgər siz də texniki dəstək sahəsində karyeraya yeni başlayırsınızsa, bu məsləhətlər sizin üçün faydalı ola bilər.

🏔️ ✨ 26 avqust – Laçın Şəhəri Günüdür.Bu gün Laçın yenidən quruculuq və inkişaf dövrünü yaşayır, üçrəngli bayrağımız isə...
26/08/2026

🏔️ ✨ 26 avqust – Laçın Şəhəri Günüdür.

Bu gün Laçın yenidən quruculuq və inkişaf dövrünü yaşayır, üçrəngli bayrağımız isə azad Laçında qürurla dalğalanır! 🇦🇿

Address

Kazım Kazımzadə 560-cı Məhəllə, 180
Baku
1009

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125263027

Alerts

Be the first to know and let us send you an email when DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi:

Shortcuts

Share