Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun(SMKLİ) rəsmi Facebook səhifəsi

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu qanunvericilik çərçivəsində Abşeron Regional Səhmdar Su Cəmiyyətinin tərkibində (Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə Abşeron Regional Səhmdar Su Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır) 196

6-cı ildə yaradılmış keçmiş “VodGeo” Elmi-Tədqiqat İnstitutu və 1990-cı ildə yaradılmış keçmiş “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun birləşdirilməsi nəticəsində 06 iyun 1997-ci il tarixdə təşkil olunmuşdur.

İnstitutun əsas fəaliyyət istiqamətlərinə ölkənin yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası və beynəlxalq standartlara cavab verən tikinti üçün kompleks mühəndis axtarışlarının aparılması, sahə üzrə elmi-tədqiqat işlərinin aparılması, normativ-hüquqi sənədlərə uyğun olaraq idarə və müəssisələrin ekoloji, su təsərrüfatı pasportlarının hazırlanması daxildir.

“Sukanal” ETLİ-nin tədqiqat sahəsinə yeraltı və səth suları əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, ilk növbədə “Azərsu” ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı əsas və yardımçı bina və qurğuların layihələndirilməsi də daxildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Lisenziyalaşdırma Qaydasına uyğun olaraq Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi və müvafiq mühəndis-axtarış işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna 2016-cı ildə müddətsiz lisenziyalar verilmişdir.

İnstitutda geniş tərkibdə Elmi-Texniki Şura fəaliyyət göstərir.

İçməli və çirkab suların, qruntların beynəlxalq standartlara cavab verən analizlərinin aparılması üçün İnstitutda müasir tədqiqat laboratoriyası fəaliyyət göstərir.

İnstitutun layihələndirmə prosesinin bütün mərhələlərində müasir kompüter proqramlarından istifadə olunur.

“Sukanal” ETLİ-nin tərkibinə daxil olan elmi-tədqiqat və layihə bölmələrində müxtəlif ixtisaslardan olan mütəxəssislər çalışır ki, bunların da arasında 3 nəfər elmlər doktoru və 8 nəfər fəlsəfə doktoru (elmlər namizədi) vardır.

İnstitutda gənc mütəxəssislərin xüsusi çəkisi böyük yer tutur və onların bilik bacarığının artırılmasına xüsusi diqqət yetirilir. Belə ki, gənc mütəxəssislər “Azərsu” ASC tərəfindən təşkil olunmuş kurslarda və treninqlərdə aktiv iştirak edir, xaricdə öz ixtisasları üzrə təcrübə alırlar. İnstitutun bir qrup gənc mütəxəssisi Türkiyənin İstanbul şəhərinin su təchizatı və kanalizasiya qurğuları ilə tanış olmuş, müvafiq kurslar keçmiş və beynəlxalq sertifikat almışdır.

İşlərində əldə etdikləri uğur və nailiyyətlərə görə İnstitutun 3 əməkdaşı Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş, bir nəfərə isə əməkdar mühəndis fəxri adı verilmişdir.

22 iyul - Milli Mətbuat Günü
22/07/2026

22 iyul - Milli Mətbuat Günü

Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə işçilərin asudə vaxtının səmər...
13/07/2026

Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə işçilərin asudə vaxtının səmərəli təşkili, həmçinin kollektiv istirahət mühitinin yaradılması məqsədilə iyulun 12-də Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun əməkdaşları üçün Quba rayonunda yerləşən Macara Lake Park istirahət mərkəzinə birgünlük səyahət turu təşkil edilib.

Tur Kənd Inn istirahət məkanında səhər yeməyi ilə başlayıb. Daha sonra iştirakçılar Macara Lake Parkda maraqlı və əyləncəli bir gün keçiriblər.

26 iyun - Silahlı Qüvvələr Günüdür.
25/06/2026

26 iyun - Silahlı Qüvvələr Günüdür.

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda Sitalçay-1, Sitalçay-2  İstehsal müəssisələrinin içməli v...
22/06/2026

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda Sitalçay-1, Sitalçay-2 İstehsal müəssisələrinin içməli və texniki su ilə təchizatının təmin edilməsi layihəsi üzrə Sifarişçi təşkilatının nümayəndələri ilə layihənin icra vəziyyəti müzakirə olunub.

İyunun 16-da Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda “Azərbaycan Respublikasında fövqəladə hadisə...
19/06/2026

İyunun 16-da Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın tələblərinə uyğun olaraq, işçilərin mülki müdafiə sahəsində maarifləndirilməsi və hazırlığının təmin edilməsi məqsədilə İnstitutun baş mühəndisi Məhəmməd Əsədov, Azərbaycan Təlim və İnnovasiya Mərkəzinin təsisçisi Fizuli Əlizadə, həmin mərkəzin əməliyyatlar üzrə baş direktoru Emin Ağayev və müvafiq əməkdaşlarının iştirakı ilə seminar keçirilib.

Seminarda mülki müdafiə, fövqəladə hallarda davranış qaydaları, insan sağlamlığının və insan həyatının qorunmasının prioritet əhəmiyyəti, əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri ilə bağlı geniş məlumat verilib.

Sonra iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

https://www.sukanal.az/news-418/

15 iyun - Milli Qurtuluş Günüdür
14/06/2026

15 iyun - Milli Qurtuluş Günüdür

05/06/2026
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda  5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” p...
05/06/2026

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunda 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Təbdir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İdarə Heyətinin sədri Elbrus Paşayev kollektivi peşə bayramı münasibətilə təbrik edərək son illər su və meliorasiya təsərrüfatı sektorunun yeni inkişaf dövrünə qədəm qoyduğunu bildirib. O, Möhtərəm Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi xüsusi diqqəti qeyd edib, bu istiqamətdə həyata keçirilən layihələr haqqında danışıb.

Sonra Respublikanın su təsərrüfatı və meliorasiya sisteminin inkişafından bəhs edin sənədli film nümayiş etdirilib.

Daha sonra, bir qrup əməkdaş Fəxri fərman və Təşəkkürnamə ilə təltif olunub. Təltif olunanlar adında Beynəlxalq əməkdaşlıq, informasiya və innovativ texnologiyaların tətbiqi sektorunun müdiri-Həmkarlar İttifaqı Komitəsinin sədri Elman İsgəndərli, Su anbarları və hidrotexniki qurğuların layihələndirilməsi şöbəsinin mühəndisi Cavahir İsmayılova çıxış edərək göstərilən diqqətə görə İnstitut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda təltif olunan əməkdaşlarla xatirə şəkli çəkdirilib.

https://www.sukanal.az/news-417/

05/06/2026

28 May - Müstəqillik Günüdür!
27/05/2026

28 May - Müstəqillik Günüdür!

Address

Московский пр. , 73
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124301990

Alerts

Be the first to know and let us send you an email when Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu:

Shortcuts

Share