09/08/2018
21 aprel 2018-ci ildə arvadından xəbəri olmayan İlham Əliyev islahatlar adı ilə heç bir səlahiyyəti olmayan Baş nazir vəzifəsinə 71 yaşlı pensioner Novruz Məmmədovu təyin elədi. 24 ildir Baş nazir kreslosunda yuxulayan və 19 Yanvar 1990-cı ildə sovet ordu hissələrini Bakıya dəvət edən Artur Rasizadə 83 yaşında idi. İlham Əliyev özünün nə qədər bisavad və şərəfsiz olduğunu 83 yaşlı pensioneri 71 yaşlı pensionerə əvəz etməklə yenidən sübut etmiş oldu.
Novruz Məmmədov - 20 il Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri, 1 il İlham Əliyevin Xarici siyasət məsələləri üzrə köməkçisi və 4 aydır Baş nazir vəzifəsini daşıyır. 16 ildir Fövqəladə və Səlahiyyətli Səfir rütbəsini daşıyır. 1947-ci ildə Babək rayonunda anadan olub. İxtisasca dilçi və tərcüməçidir.
2017-ci ilin fevralında Müdafiə nazirliyinin vasitəsilə Rusiyadan 3 milyard dollar dəyərində (5 milyard AZN) silah, sursat və hərbi texnikanın alınması adı altında sövdələşmə bağlayıb. Daha sonra bu məbləğ Virciniya adalarındakı offşor şirkətlərə göndərilib. Beləliklə Azərbaycan xalqının pulları yenidən İlham Əliyev diktaturası və Paşayevlər klanının hesablarına daxil oldu. Rusiya isə bu çirkli pulların yuyulmasına görə 15 faiz haqq qazandı.
Belə şərəfsiz və binamus fəaliyyətinə görə Novruz Məmmədov İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə "Şöhrət" ordeni və 2017-ci ildə "Şərəf" ordeni ilə təltif edilib. Bildiyimiz kimi bu ordenlər Azərbaycan xalqına qarşı ən mındar və şərəfsiz fəaliyyət göstərmiş şəxslərə verilir.
Unutmayın ki, İlham Əliyev diktaturası və Paşayevlər klanı bu gün AZƏRBAYCANIN 1 NÖMRƏLİ PROBLEMİDİR!
İlham Əliyevin məqsədi: Azərbaycan xalqının sərvətlərini dəyər-dəyməzə satmaq, oğurladığı pulları xaricdəki bank hesablarına köçürmək və Vətənimiz Azərbaycanı məhv etməkdir. Məhz buna görə də ildən ilə ölkədə qida məhsullarının, nəqliyyatın, dərmanların və işıq, su, qazın qiyməti dəfələrlə artırılır.
İlham Əliyev diktaturası TERRORİST və MAFİOZ BİR TƏŞKİLATDIR. Və bu təşkilat artıq 25 ildir ki, Azərbaycanı istismar edir, ölkəni səfalət və aclığa tərəf itələyir. Azərbaycanda istənilən rüşvətin və yeyintinin müəyyən faizi sonda İlham Əliyevin və Paşayevlər klanının büdcəsinə gedib çatır. Çünki bu ölkənin bir nömrəli korrupsioneri prezident İlham Əliyevdir!