Şüvəlan UADM

Şüvəlan UADM Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi

📌Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib
19/08/2026

📌Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib

📌İsmayıllıda   keçiriləcəkAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 31 avqust 2026-cı...
17/08/2026

📌İsmayıllıda keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 31 avqust 2026-cı il tarixində, saat 11:00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Qəbulda və rayon sakinlərinin müraciətlərinə baxılacaq.

🔗 https://family.gov.az/az/news/ismayillida-vetendas-qebulu-kecirilecek

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşk...
14/08/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 13 avqust 2026-cı il tarixində qadınlar üçün “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Mərkəzin sosial iş üzrə mütəxəssisi Aysun Kərimova tərəfindən uşağın cinsinə görə ayrı-seçkiliyin qarşısının alınması, qız və oğlan uşaqlarına bərabər münasibətin vacibliyi, ailədə gender stereotiplərinin aradan qaldırılması və uşaqların hüquqlarının qorunması barədə çıxış edib.
Daha sonra Xəzər rayonu 26 nömrəli Respublika İxtisaslaşdırılmış Birləşmiş Xəstəxananın ekspert ginekoloqu Günay Kabılova uşağın cinsinin seçilməsi ilə bağlı yanaşmalar, selektiv abortların sağlamlığa və cəmiyyətə mənfi təsirləri barədə məlumat verib.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


📌12 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq...
12/08/2026

📌12 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin məzunları və yeni seçilmiş üzvləri ilə görüşüb.

ℹ Görüşdə Məclisin fəaliyyəti, əldə olunan nəticələr, uşaqların hüquqlarının müdafiəsi və onların ictimai həyatda fəal iştirakının təmin edilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

🔰Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin uşaqların şəxsi inkişafı, liderlik keyfiyyətlərinin formalaşması və yeni təcrübələr qazanması baxımından Dövlət Komitəsinin ən uğurlu layihələrindən biri olduğunu vurğulayıb. O, Məclisin hər bir üzvünün Azərbaycan gəncinin parlaq və layiqli nümunəsi olduğunu qeyd edərək, məzunların burada qazandıqları bilik və təcrübənin gələcək həyatlarında mühüm rol oynayacağına diqqət çəkib.

🎓Daha sonra Məclisin fəaliyyətinə verdikləri mühüm töhfəyə görə məzunlara təşəkkürnamələr təqdim edilib.

📍Görüşün davamında sınaq müddətini uğurla başa vuraraq Uşaq Səfirlər Məclisinin yeni üzvləri seçilmiş səfirlərlə fikir mübadiləsi aparılıb.

🔰Səfirlər göstərilən etimada görə təşəkkürlərini bildirərək Azərbaycan uşaqlarının səsi olacaqlarını, onların hüquq və mənafelərinin müdafiəsində fəal iştirak edəcəklərini, eləcə də uşaqların qarşılaşdıqları problemlərin həllinə öz töhfələrini verəcəklərini qeyd ediblər.

ℹ Yekunda yeni səfirlərə üzvlük kartları təqdim edilib, xatirə fotosu çəkilib.

Ətraflı: ⬇️⬇️⬇️

🔗 https://family.gov.az/az/news/usaq-sefirler-meclisinin-mezunlari-ve-yeni-uzvleri-ile-gorus-kecirilib

11 avqust 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru və Xəzə...
12/08/2026

11 avqust 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin tərəfdaşlığı ilə 12 Avqust – Beynəlxalq Gənclər Günü və "Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Xəzər rayonunun tarixi abidələrini əks etdirən canlı rəsm etüdü təşkil olunub.

Tədbirin əvvəlində rəssam Nofəl Abbasquliyev iştirakçılara etüd sənəti haqqında ətraflı məlumat verib, gənc rəssamlar üçün əyani ustad dərsi nümayiş etdirib.
Daha sonra Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Aysun Kərimova çıxış edərək şəhərsalma və memarlıq sahəsində biliklərin əhəmiyyətindən bəhs edib. O, uşaqların yaşadıqları mühitə yaradıcı və estetik yanaşmasının formalaşdırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd tarixi abidələrimiz haqqında gənclərin məlumatlandırılması, həmçinin fəal gənclərin bacarıqlarının stimullaşdırılması və onların yaradıcılıq qabiliyyətlərinin dəstəklənməsidir.

Sonda fəal gənclərə sertifikat və hədiyyələr təqdim olunub.




📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfi...
10/08/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 04 avqust 2026-cı il tarixində Şağan qəsəbəsində psixoloq, sosial işçilər və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar açıq qapı günü keçirilib.
🖇️ https://family.gov.az/az/news/novbeti-seyyar-aciq-qapi-gunu-kecirilib

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, ...
10/08/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Mərkəzlərin psixoloq, sosial işçiləri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.

🖇️ https://family.gov.az/az/news/novbeti-seyyar-aciq-qapi-gunu-kecirilib

📢Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəb...
10/08/2026

📢Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir.

🔰Proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir.

📆Müraciət üçün son tarix: 23 avqust 2026-cı il

Ətraflı məlumat üçün: ⬇️⬇️⬇️

🔗 https://family.gov.az/az/news/ailem-konulluleri-proqrami-cercivesinde-novbeti-konullu-qebulu-elan-edilir

📌Tut Əlimdən Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan “Yay Macərası” düşərgəsi başa çatıb.🔹Bir neçə gün...
10/08/2026

📌Tut Əlimdən Uşaq Reabilitasiya Mərkəzinin uşaqları üçün təşkil olunan “Yay Macərası” düşərgəsi başa çatıb.

🔹Bir neçə gün davam edən düşərgə müddətində uşaqlar üçün onların asudə vaxtının səmərəli təşkili, sosial bacarıqlarının inkişafı, yaradıcılıq imkanlarının dəstəklənməsi və yeni təcrübələr qazanması məqsədilə müxtəlif fəaliyyətlər təşkil olunub.

🔹Düşərgə iştirakçıları maarifləndirici və interaktiv məşğələlərdə iştirak edib, birgə oyunlar oynayıb, musiqi və rəqs proqramlarına qoşulub, yeni dostluqlar quraraq xoş və yaddaqalan anlar yaşayıblar.

🖇️ https://family.gov.az/az/news/tut-elimden-usaq-reabilitasiya-merkezinin-usaqlari-ucun-teskil-olunan-yay-macerasi-dusergesi-basa-catib

📌 Dövlət Komitəsinin təşəbbüsü ilə “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və “Ailəm” Könüllülər...
08/08/2026

📌 Dövlət Komitəsinin təşəbbüsü ilə “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin və “Ailəm” Könüllülərinin ziyalılarla görüşü keçirildi.

🔰7 avqust 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans keçirilib.

🔰AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, millət vəkili, alimlər, ziyalılar, media və incəsənət nümayəndələri, həmçinin məktəblilər və gənclər iştirak ediblər. Görüşdə “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin, eləcə də Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri və “Ailəm” Könüllüləri iştirak ediblər.

🔰Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

🔰Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Azərbaycan dili bizim milli kimliyimiz, tarixi yaddaşımız və mədəni irsimizin ən mühüm daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyev ana dilimizin dövlət dili kimi möhkəmlənməsinə, qorunmasına və inkişafına daim diqqətlə yanaşıb və bu siyasət bu gün ardıcıl şəkildə davam edir. Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunmasını daim diqqət mərkəzində saxlayır və dövlətimizin başçısı ana dilimizi “toxunulmaz sərvətimiz” adlandıraraq onun xarici təsirlərdən qorunmasının və saflığının mühafizə edilməsinin vacibliyini hər zaman vurğulayır. O bildirib ki, Ölkə başçısının 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olması ilə bağlı çox önəmli bir çağırışı oldu.

🔰Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyevanın sözlərinə görə, xarici dil elementlərinin nizamsız şəkildə istifadəsi, sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması və ünsiyyət mədəniyyətində müşahidə olunan meyillər elmi yanaşma tələb edir. Bu baxımdan elm, təhsil, media və ailə institutlarının birgə fəaliyyəti Azərbaycan ədəbi dilinin qorunmasının əsas təminatıdır: "Dövlət dili yalnız hüquqi statusla deyil, həm də gündəlik istifadədə yüksək mədəniyyət nümunəsi ilə yaşayır. Dilimizi yaşatmaq üçün onu düzgün danışmaq, yazmaq və elmi əsaslarla inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Bu, həm də ictimai məsuliyyətdir, peşə etikasıdır, milli mədəniyyətin qorunmasına töhfədir".

🔰Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin üzvü Nuray Şahsuvarlı tərəfindən böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri səsləndirilib.

🔰Tədbir panel sessiya ilə davam edib. Panel müzakirənin moderatoru “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov olub. Panel sessiyası çərçivəsində Azərbaycan dilinin milli kimliyin formalaşmasında rolu, uşaqlar və gənclər arasında ana dilinə sevginin aşılanması, dilin saflığının qorunması, media və təhsil mühitində Azərbaycan dilindən düzgün istifadə, eləcə də müasir dövrdə qarşıya çıxan linqvistik çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

🔰Panel sessiyada Milli Məclisin deputatı Ceyhun Məmmədov “Uşaq və gənclərdə ana dilinə sevginin formalaşdırılmasında təhsilin rolu” mövzusunda çıxış edərək, təhsil müəssisələrinin və müəllimlərin gənc nəslin ana dilinə münasibətinin formalaşmasındakı rolundan danışıb. O, ana dilinin uşaqlar arasında sevdirilməsində ailənin rolunu xüsusi vurğulayıb.

🔰AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Azərbaycan dilinin saflığının qorunmasında monitorinq mexanizmləri” mövzusunda çıxış edərək, Azərbaycan dilinin istifadəsində mövcud vəziyyət, dil normalarının qorunması və monitorinq mexanizmlərinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

🔰Xalq artisti Nurəddin Mehdixanlı “Ana dili – Milli kimliyin və mədəni irsin əsas sütunu” mövzusunda çıxışında ana dilinin milli şüurun, mədəni yaddaşın və mənəvi dəyərlərin yaşadılmasındakı rolundan bəhs edib.

🔰ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva “Kütləvi informasiya vasitələrinin Azərbaycan dilinin saflığının qorunmasında rolu” mövzusunda çıxış edərək, media mühitində Azərbaycan dilinin düzgün və məsuliyyətli istifadəsinin, xüsusilə rəqəmsal platformalarda dil mədəniyyətinin qorunmasının vacibliyini diqqətə çatdırıb.

🔰Sonda iştirakçıların sualları cavablandırılıb, Azərbaycan dilinin qorunması, inkişafı və gələcək nəsillərə zəngin və saf şəkildə ötürülməsi istiqamətində görüləcək işlərin əhəmiyyəti vurğulanıb.

Address

Xəzər Ray. Şüvəlan Qəs. Almas İldırım Küç. Döngə 1, Dalan 1, Bina 20 V
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 17:00

Telephone

+994124548960

Alerts

Be the first to know and let us send you an email when Şüvəlan UADM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şüvəlan UADM:

Shortcuts

Share