Transporter

Transporter İctimai nəqliyyat
Yol hərəkəti qaydaları
Nəqliyyatla bağlı məqalələr

Давке в бакинском метро наступает конец. Линии разделяются! в гостях у haqqin.az советник главы ЗАО «Бакметрополитен» Эм...
11/04/2025

Давке в бакинском метро наступает конец. Линии разделяются!
в гостях у haqqin.az советник главы ЗАО «Бакметрополитен» Эмиль Ахмедов
https://haqqin.az/news/345169

Bakı metropolitenində sıxlığa son. Xətlər ayrılır.
Bakı metropoliteninin xətlərinin ayrılması haqqında.

"Bakı metropolitenin" QSC=nin sədr müşaviri Emil Əhmədov müsahibəsi.

Давке в бакинском метро наступает конец. Линии разделяются! в гостях у haqqin.az советник главы ЗАО «Бакметрополитен» Эмиль Ахмедов Беседовала Тамилла Алиева, собкор 10...

Sərnişindaşımaların səmərəli olması.(yeni redaktə olunmuş versiya)Sizi çox maraqlı bir məqalə ilə taniş etmək istəyərdim...
01/07/2023

Sərnişindaşımaların səmərəli olması.
(yeni redaktə olunmuş versiya)
Sizi çox maraqlı bir məqalə ilə taniş etmək istəyərdim. Sərnişindaşımaların təşkili ilə məşqul olanlar və maralqnanlar üçün çox dəyərli, tövsiyyə olan bir məqalədir. Məqalənin oriqinalı rus dilindədir və həddindən artıq böyükdür, bu səbəbdən tərcümə etməyə gücüm çatmır (üzürlü hesab edin). Onun əvəzinə məqalənin əsas tezisləri ilə sizi tanış edəcəm.
Məqalə ilə tam şəkildə tanış olmaq üçün bu linkə keçin
https://tr.ru/articles/4849-gonkongskaya-model-kak-chislennoe-vyrazhenie-vklada-obshchestvennogo-transporta-v

(Tərifləmək kimi çıxmasın, ümumiyyətlə mən özüm, bu məqalədə göstərilən amillər haqqında dəfələrlə yazmışam, məqalə isə fikirlərimin düzgün olmasını təsdiqlədi)

Məqalədə, dünyada səmərəli və gəlirlə fəaliyyət göstərən Honq-Konqun və Yaponiyanın rels nəqliyyatının təcrübəsi haqqındadır.

Əsas tezislər:

1. Sərnişindaşımalar tək A məntəqəsindən B məntəqəsinə sərnişin çatdırmaq məqsədi daşımır.
Sərnişindaşıma fəaliyyəti öz funksionallığı ilə, mühüm bir sosial-iqtisadi sahə yaradır. Yeni xidmətin (servisin) təklif edilməsi, xidmətə təlabat yaradır və bu yaranan təlabatın ödənilməsini tələb edir.
Qısa olaraq, hər bir yeni xətt, yeni qatar, yeni stansiya, əlavə reys, fəaliyyət göstərdiyi və əhatə etdikləri ərazilərdə, nəqliyyatın əlçatanlığını təmin etməklə, ərazinin dəyərini artırır, bu artım nəticəsində ərazi inkişaf edir. Torpağın qiyməti, ərazidə yerləşən obyektlərin dəyəri və ticarətin səviyyəsinin artması təmin edilir
2. Hər bir yeni nəqliyyat məntəqəsində yaradılan sosial və iaşə obyektləri, mağazalar, restoran və kafelər və s. məntəqəni cəlbedici məkana çevirir. Bu rolda məntəqə tək sərnişinlərin yox, ümumi olaraq yaxın ərazilərin sakinlərinin təlabatını ödəyir.
3. Yuxarıda qeyd olunan amillər nəticə olaraq , müəyyən bir ərazini yaşayış və biznes üçün daha cəlbedici edir . Ərazinin inkişafına sərmayələr cəlb edilir. Xidməti yaradan və idarə edən qurum, özü bu prosesdə iştirak edir, özü müəyyən sahələri icarə götürür yaxud icarəyə verir, öz tərəfindən müxtəlif daşınmaz obyektləri tikir və istifadə üçün icarəyə verir.
4. Bütün bu fəaliyyət nəticəsində əldə olunan gəlir, sərnişindaşıma fəaliyyətin hesabına formalaşır və sərnişindaşımanın gəliri hesab olunur. Yəni, nəqliyyat qurumu tərəfindən yığılan gəlirin bir hissəsi, sərnişindaşıma fəaliyyətinin gəlirləri üçün və xərclərinin ödənilməsinə yönləndirilir.
Bir sözlə Honq-Konqda və Yaponiyada sərnişindaşımanın gəliri, bilet satışından və yuxarıda qeyd olunan fəaliyyətlərdən (icarə, ticarət) yığılan vəsait hesab olunur.

Əlavə: Bilet satışının artırılması, yeni və müxtəlif servislərin təşkili və təqdim edilməsi ilə sərnişinlərin cəlb olunması ilə təmin edilir.

Eyni prinsip bir az fərqli şəkildə yükdaşıma sahəsində də tədbiq olunur. Yazmışam bu haqqda, amma maraqlı olsa yenə də yazaram.

Fransanın Lill şəhərində, p*k saatlarda avtomobili sürməkdən imtina edən sürücülərə pul ödəniləcək.Şəhərin meriyası belə...
17/04/2023

Fransanın Lill şəhərində, p*k saatlarda avtomobili sürməkdən imtina edən sürücülərə pul ödəniləcək.
Şəhərin meriyası belə bir pilot layihəyə start verdi.
Layihədə iştirak edən sürücülərin avtomobillərinə gps-trekerlər quraşdırıldı, həmin avtomobillər saat 07:00 - 09:00 və 16:30 - 18:30 radələrində hərəkətsiz qalırlarsa, sürücülərinə 4 avro ödənilir.
Beləliklə bir ay ərzində 80 avro qazanmaq mümkündür.
Belə bir tədbirlə, şəhərdə yaranan tıxacların qarşısının almaq istəyirlər. İddia olunur ki, şəhərdə 6% sürücü p*k saatlarda yola çıxmasa, tıxaclar yaranmayacaq.

12/04/2023

Müasir velosipedin 1880-ci ildə ixtirasından bu günə kimi, bəşəriyyət aktiv olaraq velosipedi yenidən ixtira etməyə can atırdı və nəhayət ki deyəsən yenidən ixtira edə bildilər)))

Bakı S-Bahn-ı.Öncə qisa olaraq S-Bahn (alman dilindən Stadtschnellbahn, şəhər dəmir yolu) şəhər tramvayın və dəmir yolun...
04/04/2023

Bakı S-Bahn-ı.

Öncə qisa olaraq S-Bahn (alman dilindən Stadtschnellbahn, şəhər dəmir yolu) şəhər tramvayın və dəmir yolunun "hibridi" olan bir nəqliyyat növüdür. Əsas xüsusiyyəti, şəhərətrafı qatarların şəhərdaxili ərazilərdə tramvay şəbəkəsinə keçərək, şəhər içində hərəkəti davam etmək. Belə hərəkət heyətinin qabariti adətən qatar və tramvay qabaritlərin ortalama ölçülərində olur.

Adətən S-Bahn-nın vətəni Almaniya hesab olunur, daha dəqiq desək Berlin şəhəri Orada 1924-28-ci illərdə belə bir nəqliyyat sistemi ilə eksperimentlər aparılıb və nəticədə belə sistemin faydalı olması müəyyənləşdirilib, amma... 1926-cı ildə Almaniya ilə eyni zaman Bakıda elə S-Bahn üsulunda nəqliyyat sisteminin təşkili üzrə işlər aparılıb. Məqsəd , yeni işə başlamış Bakı şəhərətrafı elektrik-qatarlarının Bakı vağzalına daxil olmayaraq, şəhər tramvay şəbəkəsinə keçərək, şəhərin küçələri ilə hərəkəti davam etməyi olub. Təəsüflər olsun ki alınmadı, səbəb, şəhərətrafı elektrik-qatarların şəhər küçələrinə sigişmamasi olub. Bizim dəmir yollarına istismar olunan qatarlar ilə, şəhər tramvayın qabaritləri arasında çox böyük fərqin olmasıdır. Almaniyada və ümumiyyətlə Avropa ölkələrində dəmir yolların qabaritləri, keçmiş SSRİ dəmir yollarının qabarit ölçüləri ilə müqayisədə az olması səbəbindən, tramvayın qabariti ilə ortalama bir ölçü seçərək, hərəkət heyətinin istehsalını mümkün edib. Bizdə isə fərq elə olub ki, bu ortalama ölçülərdə olan hərəkət heyəti tramvay yollarına sığışsa, onda dəmir yolunda işləyə bilmirdi və əksinə.

Yuxarı şəkildə ilk Bakı şəhərətrafı elektrik-qatarıdır, 1926--cı il
Aşağıda ki şəkildə, müasir Berlin S-Bahn-nın qatarıdır.

Çox zaman eşitmək olur ki, tramvay olsun, amma şəhərin mərkəzində yox. Səbəb, tramvay şəhərin dar küçələrdən keçə bilməz...
04/04/2023

Çox zaman eşitmək olur ki, tramvay olsun, amma şəhərin mərkəzində yox. Səbəb, tramvay şəhərin dar küçələrdən keçə bilməz.
Şəkildə bunun əksini görmək olar. Tramvay texnikasının istehsalçıları, bu amili hələ yüz il əvvəl nəzərə alıb və müasir dövrün tramvaylarının şəkillərdəki kimi, çoxseksiyalı şəkildə istehsalında, sərnişin tutumunun artırılmasından əlavə, məhz dar küçələrlə hərəkət etmələrini düşünüblər.

Çox vaxtı marşrut taksi sözünü eşidəndə,  1990-2000-ci illərin əvvəlində şəhəri zəbt  etmiş köhnə, nasaz, yarıdağılmış v...
11/03/2023

Çox vaxtı marşrut taksi sözünü eşidəndə, 1990-2000-ci illərin əvvəlində şəhəri zəbt etmiş köhnə, nasaz, yarıdağılmış vəziyyətdə olan maşınları ilk olaraq təsəvvür edib, xaricdə isə belə bir xidmətin mövcud olmadığını hesab edirik.
Amma marşrut taksilər heç da biz təsəvvür etdiyimiz kimi yox, tam əksinə, çox müasir və rahat bir xidmət ola bilər.
Şəkildə gördüyünüz Mercedes Sprinterlər, Avropada və ümumiyyətlə dünya səviyyəsində ən inkişaf etmiş və qabaqcıl ictimai nəqliyyatı olan Lüksemburqda çəkilib. Bu marşrut taksi xidməti dövlət sərnişin daşıyıcı şirkətə məxsusdur və lokal marşrut xidməti adlanır.
Bu marşrut xidmətinin əsas məqsədi, əhalini sıxlığı az olan yaşayış məntəqələrinin, əsas magistral yollarla və nəqliyyat qovşaqları ilə əlaqələndirməkdir. Eyni zaman bu marşrut xidməti, Lüksemburq dəmir yolları ilə sıx əlaqədə işləyərək, dəmiryol stansiyalarının əlcatanliğını təmin edir.

Dünyanın ən qəribə avtobus parkı.Bu Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən, keçmiş 7 nömrəli avtobus parkıdır.Şəki...
10/03/2023

Dünyanın ən qəribə avtobus parkı.
Bu Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən, keçmiş 7 nömrəli avtobus parkıdır.
Şəkillərdə gördüyünüz kimi, avtobusların saxlanılması üçün əsas anqar dairə şəklində tikilib.
Bu anqarda 400 avtobus eyni zamanda saxlanılırdır.
Tikilinin diametri 160 m. təşkil edir, 1973-cü ildə inşa edilmişdir.
2000-ci illərdən bu avtobus parkı fəaliyyət göstərmir.

İsrail dəmiryol möcüzəsi - Bütün ölkəyə "metro".İsrailin ərazisində dəmiryol nəqliyyatı hələ 19-c əsrdən olmasına baxmay...
26/02/2023

İsrail dəmiryol möcüzəsi - Bütün ölkəyə "metro".
İsrailin ərazisində dəmiryol nəqliyyatı hələ 19-c əsrdən olmasına baxmayaraq, bu nəqliyyat heç vaxt əsas nəqliyyat növü olmayıb, nə də ümumiyyətlə bir vacib rol oynamayıb İsrailin iqtisadiyyatında. Uzun illər, İsraildə də yagin fikriləşiblər ki, dəmiryol nəqliyyatı yaxın məsafələrdə əlverişli deyil. İsrailin ərazisinin ölçüsünü nəzərə alsaq, bütün məsafələr ancaq yaxın və ya şəhərətrafı məsafələr sayılacaq. Bir sözlə 21-ci əsrə İsrail dəmir yolları ölkədə ən geridə qalmış nəqliyyat növü olub, formal olaraq fəaliyyət göstərib.
Amma 21-ci əsrin əvvələrində, İsrail dəmir yolların rəhbərliyi, yeni inkişaf planı irəli sürdülər. Bu plannan sərnişin daşımaları, əsas daşıma növünə çevrilməli idi. Bu plan təqdim olunanda, təbii ki heç kim ona inanmırdı, tək dəmiryolçulardan başqa. Heç bir çətinliklərə baxmayaraq, dəmiryolçülar bu planın icrasına başladılar.
Plana əsasən ilk olaraq iş fəlsəfəsi dəyişilməli idi. Dəmir yolu necə olmalıdır, necə qurulmalıdır, onun işi necə təqdim olunmalıdır, işçi heyyətinin hazırlanması məsələləri əsas yer tutdu.
İkinci yanaşma, dəmir yolu nə və necə təklif etməlidir. Bu fəlsəfə ilə, hər bir insan ona rahat ola bilən servisə yiyələnə bilməlidir. İlk olaraq servis yaranır, o servislə sərnişinlər cəlb edilir, əksinə yox, sərnişin gəlsin, sonradan isə xidmət yaratmaq.
Üçüncü, sərnişin qatarı çox gözləməli deyil. Nə qədər çox qatar olsa, o qədər çox sərnişin olur. Sərnişin qatarla səyəhətin sürətli, üçüz və etibarlı olmasında əmin olaraq, qatarlara üstünlük verməlidir. Dəmir yollara maksimal olaraq ölkənin hər bir yerində olmalıdır.
Yük daşımalarında, müştərinin sifarişlə gəlməyini gözləmək yox, müştərinin yanına təkliflə getmək prinsipini əsas götürüblər.
Belə yanaşmanı əsas seçərək, ona uyğun müvafiq dəmiryol şəbəkəsinin yaradılması başlanıldı. Köhnə yollar və infrastruktur yenidən quruldu, yeni xətlər tikildi, elektrikləşdirmədə başlanıldı, yeni likomotivlər və vaqonlar alındı və s.
Ən əsasıda hərəkətin təşkili oldu. Məqalənin əvvlində qeyd etdim, İsrail dəmir yollarına - bütün olkəyə metro deyirlər. Əsassız demirlər. Sərnişin qatarların hərəkəti metropoliten tezliyi ilə təşkil olunub..
Hal-hazırda İsrail dəmir yolların uzunluğu 1138 km, təşkil edir, 9 əsas xətdən ibarıtdir. Sərnişindaşıma 13 istiqamətdə fəaliyyət göstərir.
Hər gün bü istiqamətlərlə 553 reys yerinə yetirilir, yəni hər bir xətdə 61 reys yerinə yetirilir, hər bir istiqamət üçün 42.5 reys yerinə yetirilir. İl ərzində 70 mln. sərnişin daşınır. Orta hesabla gündə 191,780 nəfər sərnişin daşıınır. Ölkənin əhalisinin sayı 9 mln. bir az çoxdur.
Heç kim İsrail dəmir yolların belə dirçəlməsinə inamırdı, amma İsrail dəmir yolları bütün dünyaya, dəmir yolların kiçik məsafələrdədə, çox etibarlı, sürətli və səmərəli bir nəqliyyat olduğunu sübüt etdi.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Transporter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Transporter:

Share

Category