Azərbaycanda İsrail - Israel in Azerbaijan

Azərbaycanda İsrail - Israel in Azerbaijan Israil Dövlətinin Azərbaycan Respublikasındakı rəsmi səhifəsi For all other inquires of importance, please email us. Shalom!

A page dedicated to promoting diplomatic relations, economic growth and friendship between the State of Israel and Azerbaijan.
__________________________________

User posting guidelines:

So as encourage the expression of opinions and open discussion with Embassy staff, we have enabled user posting on the wall but ask that you respect our user posting guidelines:

• Violent, obscene, pr

ofane, hateful, or racist content will be deleted and repeat offenders blocked from the page without notice.

• Comments that threaten or defame any person or organization will be deleted and repeat offenders blocked from the page without notice.

• Solicitations, advertisements, or endorsements of any financial, commercial organizations will be deleted and repeat offenders blocked from the page without notice. Thank you.

------------------------------------------------

If you have a media query, please contact the Embassy's spokesperson through your media contacts.

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz 5-6 avqust tarixlərində Gəncə və Mingəçevirə səfər edib. Səfər Azərbaycan və...
07/08/2026

İsrailin Azərbaycandakı səfiri Ronen Krausz 5-6 avqust tarixlərində Gəncə və Mingəçevirə səfər edib. Səfər Azərbaycan və İsrail arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, regionlararası əlaqələrin inkişafı və iqtisadi, mədəni, humanitar, kənd təsərrüfatı və enerji sahələrində əməkdaşlıq imkanlarının araşdırılması baxımından mühüm imkan yaradıb.

Səfərin ilk günü səfir Ronen Krausz Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan və İsrail arasında mövcud dostluq münasibətləri, regionlararası əməkdaşlığın inkişaf perspektivləri, eləcə də iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Gəncədə səfir və nümayəndə heyəti Gəncə Memorial Kompleksini ziyarət edib. Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mülki əhalisinə endirdiyi raket zərbələri nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib və memorial önünə gül dəstələri qoyulub.

Nümayəndə heyəti həmçinin Gəncə Şərab Zavodunda olub və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.

Göygöl rayonunda səfir bölgənin alman irsi ilə tanış olub və moruq bağlarında məhsul yığımı prosesi barədə məlumat alıb. Üçbulaq kəndində fəaliyyət göstərən “By Aurum Girls” MMC-nin təsisçiləri və üzvləri ilə keçirilən görüş zamanı onların fəaliyyəti, kənd təsərrüfatı sahəsində həyata keçirdikləri təşəbbüslər və gələcək planları barədə məlumat verilib.

Səfərin ikinci günü - 6 avqustda - səfir Ronen Krausz Mingəçevir şəhərinə səfər edib və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Görüş zamanı şəhərin sosial-iqtisadi inkişafı, sənaye və energetika potensialı, həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Səfir və nümayəndə heyəti Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq ümummilli liderin xatirəsini ehtiramla yad edib.

Mingəçevirdə nümayəndə heyəti Mingəçevir Su Elektrik Stansiyası, Azərbaycan İstilik Elektrik Stansiyası və Mingəçevir Su Anbarı ilə tanış olub, Azərbaycanın enerji infrastrukturu və strateji əhəmiyyət daşıyan obyektləri barədə ətraflı məlumat alıb.

Səfər çərçivəsində Mingəçevir Sənaye Parkı da ziyarət olunub. Burada fəaliyyət göstərən müəssisələr, həyata keçirilən sənaye layihələri və şəhərin sənaye potensialı ilə yaxından tanışlıq olub.

Səfər Azərbaycan və İsrail arasında əlaqələrin yalnız paytaxtlar səviyyəsində deyil, regionlar arasında da inkişaf etdirilməsi, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və iki ölkə arasında mövcud dostluğun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olub.

🇮🇱🇦🇿 İsrailin Bakıdakı Səfirliyi azərbaycanlı futbolçu Rüfət Abdullazadəni Hapoel Ironi Kiryat Shmona komandası heyətind...
04/08/2026

🇮🇱🇦🇿 İsrailin Bakıdakı Səfirliyi azərbaycanlı futbolçu Rüfət Abdullazadəni Hapoel Ironi Kiryat Shmona komandası heyətində vurduğu ilk qolu münasibətilə səmimi qəlbdən təbrik edir və ona gələcək oyunlarda da uğurlar arzulayır! ⚽️

Bu gün yəhudi təqvimində sevgi günü - Tu be-Av qeyd olunur 💗Bu xüsusi gündə hər kəsə bol sevgi, qarşılıqlı hörmət, xoşbə...
29/07/2026

Bu gün yəhudi təqvimində sevgi günü - Tu be-Av qeyd olunur 💗
Bu xüsusi gündə hər kəsə bol sevgi, qarşılıqlı hörmət, xoşbəxtlik və həyatın ən gözəl anlarını sevdikləri insanlarla bölüşməyi arzulayırıq.
Qoy sevgi hər zaman qəlblərimizi birləşdirsin! 💕

Səfir Krausz və səfir müavini Zell İsrailə yola düşməzdən əvvəl Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb...
29/07/2026

Səfir Krausz və səfir müavini Zell İsrailə yola düşməzdən əvvəl Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüblər. Tələbələr xüsusi ivrit dili hazırlıq proqramında iştirak edəcəklər. Onlara arzulayırıq הצלחה רבה! 🇮🇱📚💫

🇮🇱🇦🇿 İsrail cazı Bakı ilə görüşürMatan Shani Trio Şahin Növrəsli Festivalında iştirak edərək özünəməxsus musiqisini Azər...
13/07/2026

🇮🇱🇦🇿 İsrail cazı Bakı ilə görüşür

Matan Shani Trio Şahin Növrəsli Festivalında iştirak edərək özünəməxsus musiqisini Azərbaycanın ən canlı musiqi səhnələrindən birinə gətirdi.

İsrail Səfirliyi ,İsrail musiqiçilərin Bakının zəngin mədəni həyatına töhfə verməsindən və şəhərin görkəmli bədii icması ilə eyni səhnəni bölüşməsindən qürur duyur. 🎶

Bu gün Səfir Müavini Aviv Zell “YAŞA Azərbaycan” tərəfindən Azərbaycanın müharibə veteranları üçün təşkil olunan “Yenilm...
10/07/2026

Bu gün Səfir Müavini Aviv Zell “YAŞA Azərbaycan” tərəfindən Azərbaycanın müharibə veteranları üçün təşkil olunan “Yenilməzlər” mini-futbol turniri çərçivəsində keçirilən ikinci oyunu izləyib.

Səfir Müavini Aviv Zell veteranları idman vasitəsilə bir araya gətirən, komanda ruhunu və həmrəyliyi gücləndirən, onların cəmiyyət həyatında fəal iştirakını təşviq edən bu mühüm təşəbbüsə İsrail Səfirliyinin dəstəyini ifadə edib.

İsrailin Azərbaycandakı Səfirliyi “YAŞA Azərbaycan”a və bu mənalı layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir, turnirdə iştirak edən bütün komandalara uğurlar arzulayır. ⚽🇮🇱🇦🇿

Azərbaycanlı futbolçu Rüfət Abdullazadəni Hapoel İroni Kiryat Şmona F.C.-yə transfer olunmazdan əvvəl İsrail vizasını ve...
02/07/2026

Azərbaycanlı futbolçu Rüfət Abdullazadəni Hapoel İroni Kiryat Şmona F.C.-yə transfer olunmazdan əvvəl İsrail vizasını verdikdən sonra onu Bakıdakı İsrail səfirliyində qarşılamaqdan məmnun olduq.

Səfir Ronen Krausz şəxsən ona İsrail futbolunda bu həyəcanverici yeni fəslin başlanğıcında böyük uğurlar arzuladı.

İsrail və Azərbaycan arasındakı xüsusi bağın idmanda da əks olunduğunu, meydanda və meydandan kənarda insanlar arasında körpülər qurduğunu görməkdən məmnunuq.

Uğurlar, Rüfət!

Səfirliyin Bəyanatıİsrail Venesuelada baş vermiş dağıdıcı zəlzələnin ardından Venesuela xalqı ilə həmrəy olduğunu bildir...
30/06/2026

Səfirliyin Bəyanatı

İsrail Venesuelada baş vermiş dağıdıcı zəlzələnin ardından Venesuela xalqı ilə həmrəy olduğunu bildirir.

Baş nazir Benjamin Netanyahu və xarici işlər naziri Gideon Sa’ar tərəfindən verilmiş tapşırığa, həmçinin İsrailin Milli Təhlükəsizlik Şurasının apardığı qiymətləndirməyə əsasən, İsrail Xarici İşlər Nazirliyi və Arxa Cəbhə Komandanlığının birgə humanitar yardım və fövqəladə hallara cavab missiyası sabah Venesuelaya yola düşəcək.

Nümayəndə heyətində Xarici İşlər Nazirliyini Venesuelada vaxtı ilə yaşamış səfir Yoed Magen təmsil edəcək. Arxa Cəbhə Komandanlığının heyətinə isə qurumun qərargah rəisi, briqada generalı Elad Edri rəhbərlik edəcək.

Missiyanın tərkibinə Arxa Cəbhə Komandanlığının mühəndislik sahəsi üzrə mütəxəssisləri ilə yanaşı, Xarici İşlər Nazirliyinin nümayəndələri də daxildir. Bundan əlavə, Arxa Cəbhə Komandanlığı və İsrailin Milli Fövqəladə Halların İdarəedilməsi Qurumunun digər ekspertlərinin də sonradan heyətə qoşulması nəzərdə tutulur.

İsrailli mütəxəssislər Venesuela tərəfi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək və işlərini ərazidə mövcud ehtiyaclara uyğun şəkildə həyata keçirəcəklər.

İsrail bu ağır günlərdə Venesuela xalqının yanında olduğunu bir daha vurğulayır və zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində yardım, peşəkar ekspertiza və hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirir.

Azərbaycanın İnnovasiya Nümayəndə Heyəti İsrailə Uğurlu Səfərini Başa Vurdu 🇦🇿🇮🇱Azərbaycanın innovasiya ekosistemini təm...
29/06/2026

Azərbaycanın İnnovasiya Nümayəndə Heyəti İsrailə Uğurlu Səfərini Başa Vurdu 🇦🇿🇮🇱

Azərbaycanın innovasiya ekosistemini təmsil edən nümayəndə heyəti İsrailə məhsuldar səfərini uğurla başa vuraraq innovasiya, texnologiya, sahibkarlıq, kənd təsərrüfatı, səhiyyə və dayanıqlı inkişaf sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verdi.

Səfər çərçivəsində nümayəndə heyəti yüksək səviyyəli görüşlərdə iştirak etmiş və aparıcı innovasiya qurumlarına, o cümlədən ALYN İnnovasiya Mərkəzi, Netafim, DeserTech, Shimon Peres Center for Peace and Innovation, Volcani İnstitutu və Takwin şirkətinə səfərlər etmişdir. Nümayəndə heyəti həmçinin MUNI EXPO 2026 sərgisində iştirak edərək ağıllı şəhərlər, süni intellekt, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, su idarəçiliyi və dayanıqlı şəhər həlləri sahəsində ən son yeniliklərlə tanış olmuşdur.

İsrailin dövlət rəsmiləri, texnologiya liderləri, investorlar və startap ekosisteminin nümayəndələri ilə keçirilən görüşlərdə Azərbaycan ilə İsrail arasında əməkdaşlığın genişləndirilməsi, texnologiya transferinin təşviqi, sahibkarlığın dəstəklənməsi və birgə innovasiya təşəbbüslərinin inkişafı məsələləri müzakirə edilmişdir.

Səfər iştirakçılara həmçinin Yerusəlim şəhərinin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaratmışdır.

Bu səfər iki ölkə arasında mövcud tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirməklə yanaşı, innovasiya, tədqiqat və qabaqcıl texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanları yaratmışdır.

Azərbaycan və Qazaxıstandan innovasiya sahəsində fəaliyyət göstərən 15 iştirakçıdan ibarət birgə nümayəndə heyəti bu həf...
22/06/2026

Azərbaycan və Qazaxıstandan innovasiya sahəsində fəaliyyət göstərən 15 iştirakçıdan ibarət birgə nümayəndə heyəti bu həftə İsrailə səfər edir. Səfərin məqsədi iştirakçıları innovasiya, akademik mühit, sənaye, sahibkarlıq və texnologiya mərkəzləri, startaplar, kibertəhlükəsizlik, rəqəmsal transformasiya, innovasiya mərkəzləri, su texnologiyaları və digər qabaqcıl texnoloji sahələr üzrə İsrail ekosistemi ilə tanış etməkdir.

Proqram çərçivəsində nümayəndə heyətinin dövlət, özəl sektor, akademik və innovasiya sahələrində fəaliyyət göstərən müvafiq israilli tərəfdaşlarla peşəkar görüşlər keçirməsi, eyni zamanda İsrail cəmiyyəti ilə yaxından tanış olması nəzərdə tutulur. Bundan əlavə, nümayəndə heyəti Bələdiyyələr və İnnovasiya Sərgisi - MUNI EXPO tədbirində iştirak edəcək, İsrail Xarici İşlər Nazirliyində keçiriləcək brifinqlərə qatılacaq, həmçinin İsrailin cənub bölgələrinə və Qəzza sərhədi icmalarına səfər edəcək.

Bakıda yerləşən İsrail Səfirliyi və Astanadakı İsrail Səfirliyi hesab edir ki, bu nümayəndə heyəti İsrail, Azərbaycan və Qazaxıstan arasında peşəkar dialoqu gücləndirmək üçün mühüm platforma olacaq və innovasiya, texnologiya, eləcə də tətbiqi həllər sahəsində gələcək əməkdaşlıq imkanları yaradacaq.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycanda İsrail - Israel in Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycanda İsrail - Israel in Azerbaijan:

Shortcuts

Share