Azərbaycan Milli Kulinariya Mərkəzi

Azərbaycan Milli Kulinariya Mərkəzi Azərbaycan Milli Kulinariya Mərkəzinin rəsmi səhifəsi məhz AMKM-in istisna köməyi ilə ÜKTB-yə üzv oldular.

AMKM sabiq SSRİ məkanından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə 1992-cı ildə daxil olan ilk və yeganə təşkilat olmuşdur. Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna, Belorusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Malta və s. AMKM ölkəmizi dünyada təmsil edən informasiya blokadasını dağıda bilən ilk təşkilatlardandır. Buna yüksək qiymət verən milli liderimiz Heydər Əliyev 1994-cü ildə Ü

KTB-nin Dünya Konqresinə məktubla müraciət etmiş, ÜKTB-ni Azərbaycanla əməkdaşlığa dəvət etmişdir. AMKM dünyanın Kulinariya sahəsində ən yüksək mükafatlarını ölkəmizə gətirmiş, 25 il ərzində Ermənistanın Kulinariya sahəsində heç bir elmi konfrans, konqres, peşəkar çempionat, olimpiada və s.-də iştirakına imkan verməmişdir. Bu səylər nəticəsində 2002-ci ildən biz həm də UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatında (DXYT) “Ənənəvi qida komitəsi”nə sədrlik, 2015-ci ildən DXYT gənclərinin elm və praktika üzrə vitse-prezidentlik edir, “Ənənəvi geyim komitəsinə” də sədrlik etmək üçün heyəti formalaşdırırıq. Biz Dünya elminə bu müdətdə Yeni İnformatik Qida Nəzəriyyəsini bəxş etmişik, yüzlərlə yenilik vermişik.
Ölkədə və xaricdə 30-a yaxın kitab dərc edilib. Bu kitablardan biri dünyanın ən yaxşı kulinariya kitabı elan edilib.
İlk dəfə xörəklərin patent praktikası edilib, qədim xörəklər bərpa edilib və s.

Qarabağ mətbəxinin unudulmaq üzrə olan çox ləziz təamlarından biri  " Qırto " - nun hazırlanma prosesi və tərkibini sizl...
21/07/2026

Qarabağ mətbəxinin unudulmaq üzrə olan çox ləziz təamlarından biri " Qırto " - nun hazırlanma prosesi və tərkibini sizlərlə bölüşürük
Baş soğan soyulub xırda doğranır və yağda qovrulur. Üzərinə nanə qurusu və ya təzə halda doğranmış nanə, zəfəran və duz atılır. Süzmə qatığa yumurta, duz qatılıb çalınır və nanəli yağ-soğana əlavə olunub qarışdırılır. Təxminən 5 dəqiqədən sonra ocaqdan götürülür və isti halda yeyilir.

1 kq Süzmə qatıq
80 q Baş soğan
1 ədəd Yumurta
20 q Nanə
0.1 q Zəfəran
50 q Kərə yağı
10 q Duz

10/07/2026

Qutab Azərbaycan milli mətbəxinin ən məşhur və sevilən xəmir yeməklərindən biridir. Sadə görünüşünə baxmayaraq, bölgələrə görə fərqli hazırlanma üsulları və zəngin içlik çeşidləri ilə seçilir. Həm gündəlik süfrələrin, həm də bayram və qonaqlıq məclislərinin sevilən təamlarından hesab olunur.
Qutab nazik açılmış xəmirin müxtəlif içliklərlə doldurulub yarımdairə formasında bükülməsi və sac üzərində bişirilməsi ilə hazırlanan milli yeməkdir. Bişdikdən sonra üzərinə adətən kərə yağı çəkilir ki, bu da həm yumşaqlıq, həm də ləzzətli dad verir.
Qutabın bir çox növü mövcuddur:
Göyərti qutabı, ət qutabı, balqabaq qutabı, pəl qutabı, qarın qutabı, paxla qutabı və s. kimi növləri var
Qutab xəmiri nazik şəkildə yayılır, hazırlanmış içlik bir hissəsinə yerləşdirilir və yarımdairə formasında bükülərək kənarları möhkəm bağlanır. Daha sonra əsasən sacda iki tərəfi qızılı rəng alana qədər bişirilir.
Qutab adətən isti halda təqdim olunur. Ənənəvi olaraq yanında: qatıq və sumaq verilir.
Xüsusilə ət qutabının üzərinə sumaq səpmək onun dadını daha da zənginləşdirir. Göyərti qutabları isə qatıqla birlikdə daha çox sevilir.
Azərbaycanın zəngin kulinariya irsinin ayrılmaz hissəsi olan qutab bu gün də öz ənənəvi dadını qoruyaraq həm yerli sakinlərin, həm də ölkəmizə gələn qonaqların ən çox bəyəndiyi milli təamlardan biridir.

Azərbaycan mətbəxinin unudulmayan xəzinəsi olan “Qovut”ən qədim şirniyyat növlərindən biridir.Qovut əsasən Xıdır Nəbi ba...
03/07/2026

Azərbaycan mətbəxinin unudulmayan xəzinəsi olan “Qovut”ən qədim şirniyyat növlərindən biridir.Qovut əsasən Xıdır Nəbi bayramında, həmçinin digər mərasimlərində də hazırlanır .
Qovut hazırlanan zaman 300 qr buğda yuyulur, 2-3 gün suda saxlandıqdan sonra parça dəsmal üzərinə sərilib qurudulur. Vam odda sacda və ya tavada qovrulur. Qovrulmuş buğda əl dəyirmanında (kirkirə, yaxud dəstar) və ya qəhvəüyüdənlə üyüdülür. 100 qr Qoz ləpəsi bıçaqla xırdalanır və ona qatılır.

Şərbət üçün 150 qr şəkər tozu və 150ml su qaynadılıb mət halına salınır. İsti şərbət (və ya doşab) buğda və qoz qarışığının üstünə tökülüb əllə yaxşıca qarışdırılır və sıxılaraq kiçik toplar şəklinə salınır. Bəzək elementi kimi topların üzərinə qoz ləpəsi qoyulur.

30/06/2026

Ləvəngi Azərbaycan mətbəxində xüsusilə Lənkəran–Astara bölgəsinə məxsus ən məşhur yeməklərdən biri hesab olunur və Cənub kulinariya ənənəsinin əsas nümunələrindən sayılır. Yemək əsasən Kütüm balığın içərisinə qoz, soğan və palçıq turşusundan hazırlanan içlik doldurularaq hazırlanır.

Ənənəvi ləvəngi içliyi üyüdülmüş qoz ləpəsi, soğan və palçıq turşusundan hazırlanır. Bu qarışıq balığın içinə doldurulur, sobada və ya təndirdə bişirilir. Nəticədə bu yemək özünəməxsus xarekterik dadı ilə seçilir.

Ləvəngi Cənub bölgəsində yalnız gündəlik yemək kimi deyil, həm də qonaqlıq və xüsusən də Novruz bayramı süfrələrinin ən hörmətli yeməklərindən biri hesab olunur. Bu yemək Lənkəran mətbəxinin əsas təamlarından sayılır və Azərbaycan qastronomiyasını tanıdan məşhur regional mətbəx nümunəsidir .

Yayın həm yüngül, həm dadlı həm doyumlu və asan hazırlanan bir yeməyi olan kükünün hazırlanması və inqridentlərini sizin...
19/06/2026

Yayın həm yüngül, həm dadlı həm doyumlu və asan hazırlanan bir yeməyi olan kükünün hazırlanması və inqridentlərini sizinlə paylaşırıq.

Göyərtilər təmizlənir, xırda doğranır, üzərinə yumurta, duz, istiot əlavə olunub qarışdırılır. Tavada yağ qızdırılır. Hazırlanmış qarışıq tavaya əlavə olunub bərabər yayılır. Kükünün hər iki tərəfi bişirilir. Təxminən 20 dəqiqəyə hazır olur.

200 q İspanaq

200 q Göy soğan

50 q Göy sarımsaq

200 q Keşniş

150 q Şüyüd

5 ədəd Yumurta

100 q Kərə yağı

8 q Duz

3 q İstiot

Cint (Zint)Daha çox Şəki – Zaqatala regionunun özünəməxsus yeməklərindən olan Cint şorbasının necə hzırlanmasına dair mə...
09/06/2026

Cint (Zint)
Daha çox Şəki – Zaqatala regionunun özünəməxsus yeməklərindən olan Cint şorbasının necə hzırlanmasına dair məlumatı sizinlə paylaşırıq .

Lobya suda bişirilib süzülür. Qaxac ət və bağırsaq 30 dəqiqə suda isladılır. Sudan çıxarılıb yuyulur və üzərinə yenidən su tökülüb qaynadılır. Un, duz və su ilə xəmir yoğrulur və yumşalması üçün bir qədər saxlanılır. Kündələnib qalın yayılır, ərsinlə uzununa lent şəklində, daha sonra eninə 1 sm uzunluqda kəsilir. Unlanır və barmaqla eşilir. Xəmir qaynayan ət və bağırsağın üzərinə əlavə olunur. Bir az bişdikdən sonra lobya, yağ-soğan, sarıkök və duz vurulub daha 15 dəqiqə bişirilir.

200 q Qaxac ət
150 q Quru bağırsaq
250 q Buğda unu
125 ml Su
100 q Qırmızı lobya
100 q Baş soğan
50 q Kərə yağı
0.5 q Sarıkök
10 q Duz

Yay mövsümünün daha bir ləzzətli və asan hazırlanan yeməyinin inqridentləri və bişirilmə qaydasını sizinlə paylaşırıq.  ...
01/06/2026

Yay mövsümünün daha bir ləzzətli və asan hazırlanan yeməyinin inqridentləri və bişirilmə qaydasını sizinlə paylaşırıq. Tərəvəzlər yuyulub doğranır və iri qazana lay-lay yığılır, ona duz, istiot, yağ, su əlavə olunub qapağı örtülür və vam odda bişməyə qoyulur. Təxminən 40-45 dəqiqəyə yemək hazır olur.

900 q Badımcan

600 q Kartof

400 q Pomidor

150 q Baş soğan

60 q Bibər (şirin)

80 q Kərə yağı

10 q Duz

3 q İstiot

“Nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti – lavaş, katrıma, jupka, yufka” 2016-cı ilin noyabr ayında çoxmi...
21/05/2026

“Nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti – lavaş, katrıma, jupka, yufka” 2016-cı ilin noyabr ayında çoxmilli nominasiya kimi (Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə) UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir.
Lavaş Azərbaycanda dərin köklərə malik ənənə simvoluna çevrilmişdir.
Lavaş un və sudan hazırlanan nazik çörəkdir və ənənəvi sobada təndirdə çox nazik formada, bişirildikdə isə sacda hazırlanır.
Lavaşı gündəlik və bir çox vacib əhəmiyyətli hadisələr zamanı – toy, nigah və yas mərasimlərində bişirirlər. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar zamanı bürünc dövrünə aid olan və lavaşın hazırlanmasında istifadə olunan məmulatlara da rast gəlinmişdir. Bu, onu göstərir ki, lavaşın hazırlanma üsulu əsrlər boyu dəyişilməz qalmışdır. Həmçinin bu fakt Azərbaycan xalqının öz çoxəsrlik ənənələrinə sadiqliyinin təcəssümüdür.

Yay mövsümünün ən sevilən yeməklərindən olan badımcan, pomidor, bibər dolmasının reseptini və hazırlanma qaydasını sizin...
19/05/2026

Yay mövsümünün ən sevilən yeməklərindən olan badımcan, pomidor, bibər dolmasının reseptini və hazırlanma qaydasını sizinlə paylaşırıq

450 q Qoyun və ya mal əti

50 q Qoyun quyruğu

300 q Badımcan

300 q Pomidor

200 q Bibər

50 q Reyhan

80 q Kərə yağı

0.5 q Sarıkök

0.05 q Darçın

18 q Duz

7 q İstiot

Yağlı qoyun əti baş soğanla birgə qiyməkeşlə döyülür və ya ətçəkən maşından keçirilir, ona düyü, duz, istiot, sarıkök, doğranmış reyhan və zövqə görə darçın əlavə edilib tavada qovrulur.

Badımcanın içi yarılır və duzlanır, bir müddət qaldıqdan sonra yuyulur və yağda qızardılır. Bibər təmizlənib yuyulur və yağda azca pörtlədilir. Badımcan və bibər soyuduqdan sonra onların içinə qiymə doldurulur. Pomidorun içi çıxarılır və digər tərəvəzlər kimi eynilə içinə qiymə doldurulur. Badımcan, bibər və pomidor bir-bir tavaya düzülür, pomidorun suyu ilə vam odda bişirilir.

Hər kəs tərəfindən sevilən xəngəlin tarixi sizə də maraqlı olar ... Xəngəl Azərbaycan milli mətbəxinin qədim xəmir yemək...
18/05/2026

Hər kəs tərəfindən sevilən xəngəlin tarixi sizə də maraqlı olar ...

Xəngəl Azərbaycan milli mətbəxinin qədim xəmir yeməklərindən biridir. Sadə tərkibi və doyumlu olması onu əsrlər boyu xalq arasında yaşadaraq süfrələrimizin əsas yeməklərindən birinə çevirmişdir.
Ümumiyyətlə, Qafqazda yaşayan bütün xalqların mətbəxi demək olar ki, bir-birinə oxşardır. Fərqlər əsasən ölçüdə, hazırlanma üsulunda və istifadə olunan ərzaqlardadır. Tarix çox şeyi dəyişdiyi kimi, yeməklərin adlarını da dəyişib. Lakin buna baxmayaraq, Qafqaz xalqları mətbəxlərindəki bir çox yeməyi bu gün də Oğuz dastanlarında qeyd olunan adlarla tanıyırlar.
Bəs “xəngəl” və ya “xinkali” adlanan yemək Qafqaza nə vaxt gəlib?
Türkiyəli kulinariya mütəxəssisi və yazıçısı Aylin Tan, eləcə də Çin mətbəxi üzrə ingilis mütəxəssisi Fuchsia Dunlop bildirirlər ki, mantı, xinkali (xəngəl) və müxtəlif növ köftələr haqqında məlumatlara İpək Yolu boyunca səyyahların qeydlərində rast gəlinir.
ABŞ tarixçisi, “Cuisine and Empire: Cooking in World History” kitabının müəllifi Rachel Laudan isə yazır ki, bu yemək Qafqaza ilk dəfə moğollarla birlikdə gəlib. Onun fikrincə, mantı, xinkali və köftə kimi yeməklərin yayıldığı ölkələrin xəritəsinə baxdıqda, bu ərazilərin böyük ölçüdə keçmiş Monqol İmperiyası sərhədləri daxilində olduğu görünür. Yeməyin əvvəlcə Çində formalaşdığı, daha sonra isə Böyük İpək Yolu vasitəsilə Şərqə və Qafqaza yayıldığı ehtimal edilir.
Azərbaycanda yaşayan etnik xalqlar - avarlar, saxurlar və ləzgilər bu yeməyə “xinkali”, gürcülər “xingali”, azərbaycanlılar isə “xəngəl” deyirlər. İçi ətlə doldurulub dağ və onun ətəyini xatırladan formaya malik olan növ “xinkali”, yarpaq formasında hazırlanan növ isə “xəngəl” adlandırılıb.
Gürcü mənbələrində bu yeməyin adına XVII əsrdən etibarən rast gəlinsə də, eramızın ilk beş əsrinə aid Azərbaycan qaynaqlarında “xəngəl” adlı xəmir yeməyinin adı çəkilir.
Xəngəl Azərbaycanın bir çox bölgələrində hazırlanır. Hər regionda onu öz yerli ənənələrinə uyğun şəkildə təqdim edirlər.
Ənənəvi olaraq xəngəl qatıq, sarımsaq və xüsusilə qurut ilə yeyilir. Bu yemək milli yaddaşın, bölgə mədəniyyətinin və ailə süfrələrinin ayrılmaz bir hissəsidir.

Address

136 Qurban Abbasov
Baku
AZE1003

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124933043

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Milli Kulinariya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Milli Kulinariya Mərkəzi:

Shortcuts

Share