Azərbaycan Respublikası "Polisə Dəstək" İctimai Birliyi

Azərbaycan Respublikası "Polisə Dəstək" İctimai Birliyi Azərbaycan Respublikası "Polisə Dəstək" İctimai Birliyi

📊 Avqustun 2️⃣7️⃣-də polis əməkdaşları tərəfindən:- 85 cinayətin açılması təmin olunub (48-i cari, 37-si əvvəlki dövrlər...
28/08/2026

📊 Avqustun 2️⃣7️⃣-də polis əməkdaşları tərəfindən:

- 85 cinayətin açılması təmin olunub (48-i cari, 37-si əvvəlki dövrlərdən).

- 124 axtarışda olan şəxs saxlanılıb (100-ü borclu şəxs).

- 50 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 16 itkin kimi axtarılan şəxs tapılıb.

- 11 narkotik, 10 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb.

- 3,9 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

- 3 avtomat silahı, 1 tapança, 10 tüfəng, 4 patron darağı və 51 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıqSosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətə...
27/08/2026

DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq

Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur.

Saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir.

Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.

Şübhəli hallarla qarşılaşdıqda DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.

Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçiriləcəkdir✔️Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabr...
25/08/2026

Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçiriləcəkdir

✔️Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

✅Qəbula yazılmaq istəyən şəhər sakinləri Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.08.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

✅Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı sentyabrın 1-də saat 08:00-da DİN Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

✅Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, məsuliyyətli ...
23/08/2026

Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayırıq!

Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə müsabiq...
21/08/2026

Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edir ⤵️

Müsabiqədə dövlət ali təhsil müəssisələrini bitirən, yaşı 20-dən 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), xarici dil biliklərinə, yazılı və şifahi tərcümə, hüquqi sənədlərlə, terminologiya və lüğətlərlə işləmək bacarıqlarına malik, Bakı şəhərində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

🩺 📝 Namizədlərin sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

✔️ Müsabiqədə tərcüməçi kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Namizədlər 2026-cı ilin avqust ayının 20-dən oktyabr ayının 20-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında — www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

🌐 Ətraflı məlumat DİN-in rəsmi internet saytında yerləşdirilib:

https://mia.gov.az/az/vacancies/20/azerbaycan-respublikasi-daxili-isler-nazirliyi-orta-reis-heyeti-vezifelerine-xidmete-qebulla-elaqedar-musabiqe-elan-edir/

📞 Əlavə məlumat üçün əlaqə telefonları:
(012) 590-80-66; (012) 590-98-37;
(012) 590-93-64; (012) 590-97-52;
(012) 590-94-12; (012) 590-83-69; (012) 590-80-63.

🚸 🏫 Məktəb və bağça ətrafında, yaşayış məntəqələrində və uşaqların hərəkət etdiyi digər ərazilərdə sürətinizi azaldın, y...
20/08/2026

🚸 🏫 Məktəb və bağça ətrafında, yaşayış məntəqələrində və uşaqların hərəkət etdiyi digər ərazilərdə sürətinizi azaldın, yolu və ətrafı diqqətlə müşahidə edərək ehtiyatlı hərəkət edin.

Diqqətsizlik faciə ilə nəticələnməsin!

📊 Avqustun 1️⃣8️⃣-də polis əməkdaşları tərəfindən:- 52 cinayətin açılması təmin olunub (46-sı cari, 6-sı əvvəlki dövrlər...
19/08/2026

📊 Avqustun 1️⃣8️⃣-də polis əməkdaşları tərəfindən:

- 52 cinayətin açılması təmin olunub (46-sı cari, 6-sı əvvəlki dövrlərdən).

- 128 axtarışda olan şəxs saxlanılıb (109-u borclu şəxs).

- 50 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

- 12 itkin kimi axtarılan şəxs tapılıb.

- 23 narkotik, 9 qanunsuz silah-sursat faktı aşkarlanıb.

- Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb.

- 30 kq-a yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

- 8 odlu silah (2 avtomat, 6 tüfəng), 3 qumbara, 4 alışdırıcı, 4 patron darağı və 4363 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Güc birlikdədir 🇦🇿
07/08/2026

Güc birlikdədir 🇦🇿

Address

Baku
AZ1000

Telephone

+994125902744

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası "Polisə Dəstək" İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category